İTV-VƏTƏNDAŞ QALMAQALI DAVAM EDİR
Tarix: 3-07-2012, 11:28 | Çap et
ŞƏFA HƏŞİMOVUN KANAL RƏHBƏRLİYİNƏ SUALLARI VAR
DİA.AZ: - Məcburi köçkün Şəfa Həşimovla İctimai TV arasında qalmaqal davam edir. Qeyd edək ki, məsələyə İTV nümayəndəsi artıq reaksiya verib. Və bu reaksiyanın da narazı tərəfi qane etmədiyi aydın olur və redaksiyamıza Şəfa Həşimovun adından daha bir müraciət daxil olub. DİA.AZ-ın elektrob poçtuna göndərilən həmin məktubu diqqətinizə təqdim edirik:
“Hörmətli redaksiya. Sizə İTV-də yayımlanan “pöhrə-2012” layihəsi ilə bağlı üzləşdiyim problemdən bəhs etmişdim. Göstərmişdim ki, övladım Qalib Həşimov münsif rəyinin nəzərə alınmadığı müsabiqədə sms amili əsas götürülərək ikinciliyə layiq görülmüş, mən isə buna etiraz əlaməti olaraq övladıma verilən diplomları geri qaytarmışdım.
Sizlərin köməyi sayəsində bugünlərdə müraciətimə cavab verən İTV məsuliyyətdən yaxa qurtarmaq üçün gülünc müddəalar ortaya atıb. İndi sizə İTV-nin mənə ünvanladığı həmin müraciəti və o cümlədən mənim bu müraciətə cavabımı diqqətinizə çatdırıram. Bir vətəndaş olaraq redaksiyanızın mənə verdiyi dəstəyə görə də hər birinizə minnətdaram.
İTV-nin Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev adından daxil olan məktubda deyilir: “Sizin İctimai Televiziya və Radio Yayımları Şirkətinə ünvanladığınız məktuba cavab olaraq bildirmək istəyirik ki, övladınızın da iştirak etdiyi “Pöhrə-2012”müsabiqəsinin təşkili və keçirilməsi məsuliyyəti bütünlüklə müstəqil “Sehirli Aləm” cəmiyyətinə məxsusdur. Bu qurum müstəqil təşkilatdır, öz əsasnaməsinə uyğun fəaliyyət göstərir və İctimai Televiziya və Radio Yayımları Şirkətinə heç bir aidiyyatı yoxdur. Müsabiqənin İctimai Televiziyanın efirində yayımlanmasına gəldikdə isə bildirmək istəyirik ki, cəmiyyətin sədri Azər Abdullayev yarışmadan xeyli öncə İctimai Televiziyaya məktubla müraciət edərək rəhbərlik etdiyi təşkilatın uşaqlar arasında uzun illərdən bəri müxtəlif müsabiqələr keçirilməsini əsas gətirərək “Pöhrə-2012”-nin İctimai Televiziyada yayımlanmasını xahiş etmişdir. İctimai Televiziyanın Direktorlar Şurası həmin müraciətə baxaraq yarışmanın uşaqlara aid olduğunu və belə müsabiqələrin böyüməkdə olan nəslin yaradıcılıq imkanlarının üzə çıxarılmasında əhəmiyyətini nəzərə alıb “Sehirli Aləm” cəmiyyətinin xahişinə müsbət cavab vermiş, təmənnasız olaraq efir vaxtı ayırmışdır.
Aydınlıq üçün qeyd edək ki, müsabiqənin ideyası, formatı, şərtləri, hazırlanması və gedişatı bütünlüklə “Sehirli Aləm” cəmiyyəti tərəfindən həyata keçirilib. Bir daha xatırladırıq ki, layihə bütünlüklə “Sehirli Aləm” cəmiyyətinin müəlliflik hüququna aid olduğuna görə İctimai Televiziyanın ona hər hansı müdaxiləsi mümkünsüzdür. Buna baxmayaraq sizin narahatlığınızla bağlı layihənin rəhbəri Azər Abdullayevə müraciət olunmuş və onun təqdim etdiyi izahatı diqqətinizə çatdırırıq. Bir daha qeyd edək ki, sizin ünvanladığınız sualları cavablandırmaq İctimai Televiziyanın məsuliyyətinə aid deyil. Vətəndaş olaraq öz mövqeyinizi “Sehirli Aləm” cəmiyyətinin rəhbərliyi ilə aydınlaşdırmaq sizin hüququnuzdur”.
ITV-nin cavab məktubuna mənim münasibətim isə bundan ibarətdir: “İTV-nin cavab məktubu ilə bağlı öncə onu deyim ki, bu məktub sırf adıçəkilən televiziyanın maraqlarının qorunmasına hesablanıb və bu səbəbdən də məktubun hər sətirində İTV-nin baş verənlərlə əlaqəsi olmadığı söylənilir. Layihənin “Sehirli Aləm” cəmiyyətinin rəhbəri Azər Abdullayevə məxsus olduğunu, bütün şərtlərin məhz bu cəmiyyət tərəfindən hazırlandığını əsas gətirən İTV, bununla məni heç bir məsuliyyət daşımadığına inandırmağa çalışır. Halbuki, layihənin reallaşdığı ünvan məhz İTV kanalıdır və bu gün İTV-nin ancaq Azər Abdullayevin adı ilə bağlamağa çalışdığı layihə məhz aylar uzunu bu kanalda reallaşıb. Odur ki, İTV bu layihənin efir vasitəsilə xalqa çatdırılmasına şərait yaradan bir televiziya kimi əsla məsuliyyətdən kənarda qala bilməz.
Müsabiqədə yer tutan iştirakçılara Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı İTV rəhbəri İ.Ömərovun adından da diplom təqdim edilib. Bu, İTV-ni “Pöhrə-2012”müsabiqəsi ilə əlaqələndirən çox ciddi bir faktdır. İTV-nin açıqlamasından belə çıxır ki, hər hansı bir televiziya öz efir məkanını ona müraciət edən istənilən layihəyə aça, kanal rəhbərliyi adından kimə necə gəldi diplom paylaya və bundan sonra istənilən zaman baş verənlərin ona aidiyyatı olmadığını bildirərək yaxasını kənara çəkə bilər… Görəsən, ona ünvanladığım müraciətə öz əməkdaşının dili ilə cavab verən hörmətli İsmayıl müəllimin özünə İTV adından elan edilən bu fikirlər az da olsa, inandırıcı gəlirmi?”.
Şübhəsiz, bu məktub məni qane etmədi. Bu məktub məndə sadəcə olaraq gülüş doğurdu və mənim suallarımla İTV-nin cavabları arasındakı hədsiz uzaqlıq, kəskin rabitəsizlik məndə təbəssüm oyatdı. Ədalət naminə qeyd edim ki, çoxdandır bu cür ürəkdən güldüyüm yadıma gəlmir. Mən bu məktubla tanış olandan sonra yurdundan yuvasından ayrı düşən, illərdir vətən həsrəti ilə qovrulan, üzü gülsə də qəlbi ağlayan bir insanın gülə biləcəyi qədər güldüm. Odur ki, mənə əzab və iztirab dolu həyatımda bu cür gülüş bəxş etdiyi üçün İTV-ə və onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm və çox təəssüf ki, bu məktubu mənim üçün dəyərli edən yeganə amil elə budur. Bununla yanaşı qeyd edirəm ki, haqlı olduğumu sübut etmək üçün qanunun mənə verdiyi bütün hüquqlardan istifadə edərək gərəkli addımları atacağam”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|