BOYNUBÜKÜK BÖNƏVŞƏ – HACIBALA ABUTALIBOV
Tarix: 12-07-2012, 14:51 | Çap et
BAKI MERİ HAQQINDA SƏMİMİ QEYDLƏR
DİA.AZ: - Bilmirəm, nədəndir, amma mən Bakı merini hər görəndə kollar arasında gizlənən və əl vurduqda ləçəkləri qopub düşən boynubükük bənövşə yadıma düşür. Bəlkə də onun prezident yanında ənənəvi duruşu mənə bənövşəni xatırladır, amma bu boyun o qədər bükülüb ki, hətta prezidentin olmadığı məclislərdə belə büküyünün açılması mümkün olmur.
Onun kimi boynubükük kadrlar əksər dövlətlərdə, əksər padşahların yanında olub. Çünki belələri də mütləq olmalıdır. Hirslənəndə kiminsə üstünə acıq tökməyə ehtiyac yaranır və yaxud da keyfin xoş olanda kiminləsə əylənmək də ürəkdən keçir. Odur ki, Hacıbala Abutalıbov kimi adamların da istənilən bir prezidentin siyasi komandasında təmsil olunması heç bir halda ciddi qəbahət kimi qarşılanmır.
Amma onu da etiraf edim ki, Hacıbala Abutalıbov həddindən artıq boynubükükdür ki, bu da onun ənənəvi, yəni digər padşahlarda olan boynubüküklərdən belə fərqlənməsinə nədən olur. Yəni məhz Hacıbala Abutalıbova görə, hətta dövrünün ən möhtəşəm padşahlarından olan Əmir Teymur belə həm mərhum prezident Heydər Əliyevə və həm də hazırkı prezident İlham Əliyevə həsəd apara bilər.
Rüşvət alıdığını etiraf edib
Bəli, bu da bir faktdır. Etiraf edib ki, boğaza qədər rüşvət adlı çirkabın içindədir. İndi amma bu barədə danışmaz yəqin ki. Çünki onun bu sözləri işlətdiyi ərəfədə hakimiyyət heç görüntü naminə olsa da, rüşvətlə mübarizə aparmırdı. İndii isə maşallah, rüşvətin anasını ağlatmışıq. Bir nəfər də korrupsioner qalmayıb. Belə yerdə Hacıbala Abutalıbovun susması anlaşılandır. Danışsa, desə ki, o, rüşvətxordur, mütləq həbs edərlər. Nə bilmək olar, kişinin düşməni çoxdur…
Bəlkə də bu Bakı merinin hayqırtısı idi. Çünki olur belə hadisələr. Məsələn, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli hakimiyyət komandasının sevimli simalarından biri olduğu dönəmlərdə parlamentdə qayıdıb demişdi ki, bəs “Yeni Azərbaycan Partiyası simasız quldurlar partiyasıdır”. Və özü də Heydər Əliyevin vaxtında. Elə hazırda həbsxanada saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də mənsub olduğu düşərgəni tənqid etməsi ilə diqqətə gəlirdi bir ara, daha dəqiqi, hakimiyyətdə olanda. Keçmiş millət vəkili Hüseyn Abdullayev də hakimiyyəti sərt formada tənqid edirdi və son parlament çıxışında nazirlər kabinetinin fəaliyyətini də top atəşinə tutmuşdu.
Təbii ki, onların aqibətinin necəliyini də yada salmaq yerinə düşərdi. Sirus Təbrizlinin səsi-sorağı kəsilib, Fərhad Əliyevin azadlığı, Hüseyn Abdullayevin isə mandatı əlindən alınıb. Tək qalanı bəlkə də elə Hacıbala Abutalıbovdur ki, onun da sirri mənə məlumdur. Yəni mən bilirəm ki, Bakı meri nədən digər cəza görmüşlərdən fərqlənməsə də, cəzasız canını qurtara bildi və hələ də Bakı kimi yekə bir şəhərə rəhbərlik edir. Yenə də məsələ birbaşa olaraq onun boynunun büküklüyündən irəli gəlir ki, ondan fərqli olaraq nə Sirus Təbrizlinin, nə Fərhad Əliyevin və nə də ki, Hüseyn Abdullayevin nəinki boyunları bükülmürdü, hətta dizləri bükülüb yerə qoyulana qədər onlar boyunlarını dik tutdular. Belə şeylər isə bizim Azərbaycanda yolverilməz hesab olunur. Hacıbala Abutalıbov isə rüşvət aldığını etiraf etsə də, yolverilməz işə baş qoşmadığından işində qalmaqdadır.
Bakıya bir süpürgə çəkdi ki...
Bakını Hacıbala Abutalıbov ciddi şəkildə təmizlədi. Əlindəki dəmir süpürgəsi ilə rəsmi rəqəmlərdə etiraf edildiyi kimi 40 mindən artıq “budka”nın axırına çıxdı. Təbii ki, bunun nəticəsində ən azından 40 min ailə çörək yerini itirdi. Amma önəmli olanı bu deyildi, önəmli olanı acqarınların seyr etməsi üçün yaradılan abutalıbovsayağı gözəllik idi.
Bakını elə gözəlləşdirdi ki, bu gün Azərbaycan paytaxtı daha çox tikinti meydançasını xatırladır, nəinki şəhəri. Məhz onun sayəsində Bakıda bir qarış torpağın qiyməti min at torbası qədərində qızılla ekvivalent oldu. Necə ki, sökmədiyi “budka” qalmadı, eləcə də satmadığı torpaq qalmadı. Onun bugünkü varidatının miqyasını ölçmək üçün gərəki ki, on günlərlə vaxt gedə. Bizim isə nə başqasının pullarını saymaq həvəsimiz var və nə də ki, on günlərlə boş vaxtımız.
O deyirdi ki, Bakını sevə-sevə sökmür, sevə-sevə tikir. Və onun sevdiyi Bakının bugünkü abırını gördükdə həqiqətən də bir Hacıbala Abutalıbov məhəbbətinə şahidlik etməli olursan. Bakının hər tinində sevgi macəraları üçün münasib ünvanlar yaranıb. Hacıbala Abutalıbovun sayəsində möhtəşəm görkəm alan Bakının Milli Parkı da artıq sevgililərin oylağına çevrilib ki, bütün bunların da arxasında daha böyük sevgi - Hacıbala Abutalıbov sevgisi dayanır.
Onun gedişini gözləyirlər...
Bəli, neçə vaxtdır ki, onun gedişindən danışırlar. Qəzetlərin “padşivka”larına baxdıqda, nəzər saldıqda Hacıbala Abutalıbovun barəsində yazılan yazıların bəlkə də yüzdə doxsanının “Hacıbala Abutalıbov vurulur” başlığı altında verilməsinə şahidlik edərik. Yəni xeyli müddətdir ki, onun vurulacağını yazmaqdayıq. Nə edək, çünki artıq sosial sifarişə çevrilən bu vəzifə dəyişikliyi qəzetlərin ən işlək mövzularından birinə çevrilib.
Amma Hacıbala Abutalıbova dəyib-toxunan yoxdur. Bir neçə il əvvəl “Yaşıl Teatr”ın açılışı məqsədilə təşkil olunan törəndən sonra isə Bakı merinin hələ bundan sonra da xeyli müddət görəv başında qalacağı haqda bir yəqinlik yaranıb. Çünki həmin tədbirdə prezident İlham Əliyev Hacıbala Abutalıbova ərkyana jest elədi, onunla zarafatlaşdı. Bu isə çox böyük anlam daşıdı Hacıbala Abutalıbov üçün.
Çünki hakimiyyətin də yazılmayan qanunları var və həmin qanunlar toplusunun bir müddəasına görə, əgər prezident kiminləsə zarafat edirsə, deməli, həmin şəxs hələ xeyli müddət toxunulmazlıq statusu qazanmış olur və onunla digərlərinin zarafat etmə fikrinə düşməsi də yolverilməzdir. Çünki artıq onunla yalnız bir şəxs zarafat edə bilər ki, həmin şəxs də prezidentdir.
Deyilənə görə, “Yaşıl Teatr” triumfundan sonra Hacıbala Abutalıbovun ayağı daha da yer aldı. Hətta onun əleyhinə mətbuatda kampaniya aparan məmurların, ondan mənsəbcə yuxarıda olan məmurların özlərini belə hədələmək cəsarətini nümayiş etdirdi. Və qeyd edim ki, Bakı merinin belə bir ünvana, yəni prezidentin ərk ünvanına layiq görülməsinin səbəbi də yuxarıda qeyd etdiyimi həmin məsələ ilə - boynubüküklə bağlıdır.
Hacıbala Abutalıbovu “basdırmağa” tələsməyin
Bir ara rəhmətlik Boris Yeltsinin öləcəyi haqda məlumatlar dolaşırdı. O zamanlar o, Rusiyanın prezidenti idi. Və sağlığında problem var idi. Düz beş il durmadan onun öləcəyi haqda yazılar yazıldı Rusiya mətbuatında. Lakin Boris Yeltsin prezidentliyini sona qədər davam etdirə bildi və ondan sonra da xeyli yaşadı. Və həmin ərəfədə, yəni onun ölüm ayağında olduğu rus mətbuatının ən işlək mövzularından biri olduğu ərəfədə Rusiyanın idbar tanınmış siyasətçilərindən olan və hələ də Rusiyaya ayaq basması yasaq hesab olunan Berezovski müsahibələrinin birində qeyd etmişdi ki, Yeltsini basdırmağa tələsməyin, o hələ Jirinovskinin dəfn mərasimində soyuqlayacaq.
Hacıbala Abutalıbovu da basdırmağa, yəni vəzifədən yola salmağa mətbuat tələsməməlidir. Doğrudan da, o çox məmurların yola salınma mərasimlərinə qatılacaq və çox məmurların yeni təyinatlarının yuyulması şərəfinə açılan sürfələrdə tostlar deyəcək. Çünki onun kimi kadrlardan tezliklə imtina olunmur. İmtina olunduğu təqdirdə belə, daha yksək mərtəbələrə gətirilir. Çünki boynubükük bənövşə konkret mövsümdə yaranır və onun dərilməsi də ustalıq tələb edir, ilboyu saxlanması da. Və əgər kiminsə əlində ləçəkləri yerində olan bənövşə varsa, nədən ondan imtina etməlidir ki?
Çirkab bataqlığının mahir üzgüçüsü
Bu da son. Yox, bir daha qeyd edim ki, bu onun sonu deyil. Yazının sonudur. Amma çox güman Bakı meri haqqında bundan sonra da yazı yazacam və çox inanıram ki, o zaman da həmin postda məhz Hacıbala Abutalıbov əyləşəcək. ...”Deyilənə görə, Hacıbala Abutalıbov istefaya göndərilir” başlıqlı yazılar da həmin ərəfədə olacaq. Amma o heç bir yerə getməyəcək. Çünki ona elə belə də yaxşıdır, burası da yaxşıdır.
Onun son zamanlar səlahiyyətlərinin digər məmurlar arasında, yəni məmur-oliqarxlar arasında bölüşdürüldüyü də söylənilir. Bunun özü belə qorxulu deyil. Çünki Hacıbala Abutalıbov elə oğullardan deyil və onun hətta daşdan belə pul çıxarma imkanı var. Yəni tək Bakı meri postunda qalması yetər ki, Hacıbala Abutalıbov milyonları qatlayıb cibinə qoysun. Çünki onun boğaza qədər içində olduğu rüşvət adlı çirkabda uzun müddətdən bəri qalması, son nəticədə Hacıbala Abutalıbovu mahir bir üzgüçüyə də çevirib. Yəni rüşvət bataqlığında Bakı meri heç də xırda balıqlardan hesab olunmur və onun daha iri akulalar tərəfindən yeyilməsi də asan başa gələn iş deyil.
P.S. Yəqin ki, bu qeydlərimdən sonra Hacıbala Abutalıbov mənə qəzəblənməz və səmimi olaraq yazdığım fikirlərimi anlaqlı qəbul edər. Çünki bu isti yay günlərində mənim onunla üz-üzə gəlmək niyyətim yoxdur. Yəqin ki, o da mənim fikrimdədir. Və bu yazıda yazılan hansısa fikri ünvanına təhqir kimi qəbul edib, məhkəməyə müraciət etməz. Hər halda, mən buna inanıram. Bir də ki, Hacıbala Abutalıbov da mətbuatla ünsiyyəti normal olan məmurlardan hesab olunur, yəni onun da tarixi keçmişində jurnalistlərlə mücadiləsi çox nadir hallarda müşahidə olunur...
RƏSUL – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|