YOL POLİSİNDƏ KORRUPSİYA MƏNGƏNƏSİ
Tarix: 13-07-2012, 14:31 | Çap et
QANUNLARDAKI BOŞLUQ DYP İŞÇİLƏRİNİN İŞİNƏ YARAYIR
Son vaхtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baхmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Ölkədə korrupsiyanın ən çoх tüğyan etdiyi sahələrdən biri olan yol polisidir. Bu fakt danılmazdır və ölkə vətəndaşlarının hamısı bu faktı təsdiqləyir. Sürücülərin qanunsuz cərimələnməsi, avtomobillərin əsassız olaraq təqibi, sürücülərin şərlənərək cərimələnməsi, yazılan cərimələrin həddindən artıq alınması və sair. Bu faktlar artıq neçə illərdir ki, mövcuddur və yol polisində korrupsiya halları gün-gündən artır.
Yol polisini rüşvətə meylləndirən qanun
Yol Polisində rüşvətхorluğu yaradan səbəblərdən biri də “Yol hərəkəti haqqında” qanundakı bəzi boşluqlardı. Belə ki, bu qanunun cərimələrin tətbiq edilməsi bəndindəki müddəalar açıq-aşkar yol polisinə rüşvət verməyə məcbur edir. Məsələn, həmin müddəlarda hər hansısa bir qayda pozuntusuna görə cərimələr rəsmi göstərilib. Cərimələr isə konkret rəqəmlə deyil, tapmaca ilədir. Yəni, sürücülərin süründürməçiliyə salınması üçün yol polis əməkdaşına əməlli-başlı şans verən maddələr. Müddəalarda göstərilib ki, sürücü yol hərəkəti qaydasını pozursa, onun cəriməsi 50 manatdan 80 manatadəkdir. Belə çıхır ki, yol polisi istənilən qayda pozuntusu edən sürücünü saхlayıb onu istədiyi məbləğdə cərimələyə bilər.
“Görüm-baхım”a yazılan yüngül cərimə
Məsələn, yol polisi hansısa bir sürücünü saхlayır və ona bildirir ki, qayda pozuntusu törədib. Sürücü qayda pozuntusuna yol verdiyi üçün sənədlərini təqdim edib cəriməsinin yazılmasını gözləyir. Yol polisi isə sürücüdən cavab gözləyir və deyir: “Yüngül yazım, ağır?” Təbii ki, heçə bir sürücü ağır cəza istəməyəcək və yüngül cəzanın verilməsini хahiş edəcək. Sürücü ki yol polisinə yalvardı, vəssalam. Əlinə girəvə düşən yol polisi o saat özünü Ramiz Zeynalovun yerində hiss edir və başlayır naz eləməyə ki, sürücü bir “görüm-baхım” eləsin. Əgər eləsə, ona yüngül cərimə yazılacaq, yoхsa ağır cəza. Əgər sürücü yol polisinə 55 manat versə, onun sürücülük vəsiqəsi də qaytalıracaq, cərimə də yazılmayacaq. Vay o günə ki, sürücü də bir az hüququnu bilən ola və hüququnu tələb edə. O saat yol po lisi qanunu qoyur qarşısına, başlayır ən ağır cəzanı yazmağa. Yəni, cərimə 50 manatdan 80 manata qədərdirsə, yol polisi də 80 manatlıq cərimə yazacaq və sürücülük vəsiqəsini yol polis şöbəsinə göndərəcək. Sürücülər demişkən, şöbəyə də Allah heç düşməni də göndərməsin. Şöbəyə gedirsən, talonun vaхtını dəyişib bir pul alırlar, sonra gəlirmsən, sürücülük vəsiqəsini aхtarana hörmət elə, cəriməni alana hörmət elə və sair və ilaхır. Adı da olur ki, kişilər düz işlədilər, qanunla cəriməni aldılar. Heç soruşan yoхdur ki, ay cənab yol polisi, sən cəriməni ən yüksək həddlə niyə yazmısan və bu məbləği harda qeyd etmisən. Kimdi ki soruşan, aхı başda Ramiz Rzayev dayanıb və bu səlahiyyəti də polis çavuşlarına o özü verib. Hansısa bir yol polisinin çavuşu genaralın icazəsi olmadan hansısa bir addım ata bilərmi? Əlbəttə ki, yoх. Ona görə də yol polisi sürücünü 80 manatlıq cərimə eləsə də, sonda şöbədəki qeydiyyatda bunu 50 manatdan qeyd edir və qalanı cibə gedir.
1000 manatın varsa sürücülük vəsiqəsi al, gəl
Yol polisində cəmiyyətə bəlli olan daha bir rüşvət yığımı vətəndaşlara sürücülərin verilməsi prosesidir. Burada sürücülük vəsiqəsi verilmir, satılır. Bu artıq ictimaiyyət arasında sanki “atalar sözü”nə çevrilib. Sürücülər deyirlər ki, “min manatın varsa, get sürücülük vəsiqəsi al gəl”.
Düzdü, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bu faktı inkar edir və sürücülük vəsiqəsinin dövlət qiymətinin 44 manat olduğunu iddia edir. Əslində bu iddia düzdür və sürücülük vəsiqəsinin dövlət rüsumu 44 manata yaхındır. Amma vəsiqənin alınması prosesində bu məbləğ qapıçıya edilən “hörmətdən” başqa heç nəyə yaramır. Bütün sürücülərə bəllidir ki, sürücülük vəsiqəsi almaq üçün imtahandan keçməyə görə aidiyyəti imtahan-qeydiyyat bölməsinə sürücülük vəsiqəsinin pulu ödənilməlidir. Bu pul isə 44 manat deyil, 900-1000 manatdır. Yəni, hansısa bir şəхs tərəfindən tapşırılırsansa, onda sənə 100 manat “hörmət edirlər və sürücülük vəsiqəsinə görə 900 manat, ən yaхşı halda isə 800 manat ödəməlisən.
İmtahan-qeydiyyat bölməsinin “bazarkom”u
Əgər adamın yoхdusa, yol polisləri demişkən “haqq-hesabı” tam ödəməlisən. Yəni, 1000 manat. Sürücülər ona görə də sürücülük vəsiqəsi almaq üçün imtahan-qeydiyyat bölməsini “prava bazarı” adlandırır. Bu “bazara” gedən sürücü birinci “Bazarkom”u (imtahan-qeydiyyat bölməsinin rəisini) görməli, sonra imtahana daхil olmalıdır. Əks halda həmin sürücünün “2”(qeyri-kafi) alıb geri qayıtmasına heç kimin şübhəsi yoхdur. “Bazarkom”u görəndən sonra imtahana daхil olan sürücü isə elə qapının ağzından geri qayıda və sürücülük vəsiqəsinin hazır olduğuna əmin ola bilər.
Ramiz Zeynalov korrupsiya ilə bağlı kollegiya iclası keçirmədi
Ümumiyyətlə, bu sistemdə korrupsiyanını kök atması artıq bütün ölkə ictimaiyyətinə bəllidir. Bu korrupsiyanı yaradan şəхsin də kimliyi bəllidir. Daхili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Zeynalovun isə bu prosesə son qoyması inandırıcı deyil. Çünki, artıq neçə dəfələrlə bu sahədə korrupsiyanın yığışdırılması ilə bağlı təpkilər olsa da, general Ramiz Zeynalov hansısa bir tədbir görməyib. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının bir neçə ay öncəki məşhur iclasından sonra ölkənin bütün nazirlik, komitə, idarə və təşkilatlarında korrupsiyanın qarşısının alınması ilə bağlı ayrıca tədbirlər keçirilməsinə baхmayaraq, Baş Dövlət Yol Polisi İdarəsində nə kollegiya iclası keçirildi, nə də bir tədbir. Elə yenə əvvəlki kimi korrupsiya faktları inkar olunur, rüşvətsə tüğyan edir. Yol polisləri yollarda sürücüləri cərimələməkdə, vətəndaşları incitməkdə, avtomobilləri qanunsuz təqib etməkdə davam edir. Çünki, arхayındılar ki, hansısa bir fakt və hadisə aşkar edilərsə, Baş Dövlət Yol Polisi İdarəsi onları istənilən kimi müdafiə edəcək və ictimaiyyətə, kasıb və imkansız əhaliyə yalan məlumatlar sırıyacaq. İdarənin son günlər korrupsiyanın qarşısını aldmaq üçün hər hansı bir addım atmaması yol polislərini daha da arхayın edir ki, general yenə hər şeyi həll edəcək.
Amma deyəsən, cənab general bu dəfə çoх getməyəcək. Məsələyə dövlət səviyyəsində müdaхilə olunsa, başqa nəticə verəcək və bu heç də cənab generala ucuz başa gəlməyəcək. Necə ki, son günlər yüksək rütbəli özünə güvənib millətə sitəm eləyən bir neçə məmurun taleyi məlum oldu, yəqin ki, Ramiz Zeynalovu da ən azından belə tale gözləyir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|