Baramada daha bir yenilik
Tarix: 6-04-2018, 15:25 | Çap et
DİA.AZ: - Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb.
DİA.AZ xəbər verir ki, “Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.
Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı “Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir.
Portal hədiyyə seçimini sürətləndirmək üçün “Hədiyyələr” və “Kim üçün” adlanan menyularla mövcud hədiyyələr üzrə 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir.
“Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.
“Kim üçün” adlanan menyu isə “xanımlar”, “bəylər”, “uşaqlar”, “cütlüklər” və “valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.
Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır.
“Happy Moments” portalının digər üstünlüyü hədiyyə seçimi etməkdə çətinlik çəkən müştərilər üçün təklif edilən xüsusi “Happy Moments Hədiyyə Kartı” – dır. Müxtəlif məbləğlərdən ibarət hədiyyə kartını almaqla siz, hədiyyə edəcəyiniz şəxsə sərbəst seçim imkanı yaradır və hədiyyə edilən şəxs öz istəyinə uyğun seçim edir.
“Happy Moments” satışları ümumilikdə pərakəndə satış və korporativ sektor olmaqla, iki istiqamətdə həyata keçirilir. Pərakəndə satış online olaraq hər kəs üçün, korporativ satışlar isə şirkət əməkdaşları üçün nəzərdə tutulduğundan offline olaraq həyata keçirilsə də, şirkətlərin hədiyyə olaraq əsas üstünlük verdiyi “Happy Moments Hədiyyə Kartı”- nın son seçimi də hədiyyəni qəbul edən şəxslər tərəfindən online olaraq həyata keçirilir.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra müstəqil şirkətlər yaranıb. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|