“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                 

Onların məhkəməsi başlyır, amma Vüqar İsayev hələ də iş başındadır - İLGİNC FAKTLAR
Tarix: 21-05-2021, 11:57 | Çap et
Onların məhkəməsi başlyır, amma Vüqar İsayev hələ də iş başındadır
Məlum olduğu kimi 3 gün öncə, Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə ötən il,may ayının 9-da həbs edilmişdilər. Məlum hadisədən sonra dövrü mətbuatda həmin dövrdə Mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin və dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verdiklərinə görə daha bir neçə Regional Mədəniyyət İdarəsi rəhbələrinin də həbs olunacağı barədə məlumatlar yayılmışdı. Lakin göründüyü kimi bunların heç biri baş vermədi. Əbülfəz Qarayev vəzifəsindən alındı,digər adları hallananlar isə 5 yanvar 2021-ci ildən Mədəniyyət naziri təyin edilmiş Anar Kərimov tərəfindən sistemdən kənarlaşdırıldılar.

Həmin dövrdə mətbuatda adları hallananların artıq bir neçəsi vəzifələrini itirsələr də,yeni nazir köhnə komandada əli korrupsiyaya bulaşmış bir çox idarə rəhbərlərini hələ də vəzifəsində saxlamaqdadır. İndi onların Anar Kərimov tərəfindən hansı məqsədlər üçün,niyə saxlanıldığını söyləmək çətindir və ayrı bir məqalənin mövsusu olduğundan buna sonradan qayıtmalı olacağıq.Lakin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun kadrlarından olan, sözügedən xidmətdə Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin, abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləmiş,01.10.2018-ci ildən Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunmuş Vüqar İsayevin hələ də qeyd etdiyimiz vəzifədə hansı səbəbdən qalmasına aydınlıq gətirməyə çalışacağıq.

Əbülfəs Qarayevin dövründə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti artıq hamıya məlumdur.Vüqar İsayevin müdiri olduğu abidələrin qorunması və texniki nəzarət sektorunun fəaliyyəti də həmçinin. Həmin dövrlərdə tarixi mədəni abidələrin qorunması hansı səviyyədə həyata keçirilib,bu gün baxımsız, uçulub dağılmış abidələr canlı şahid kimi bizlərə çox şey deyir.Bəs Anar Kərimov bir nazir kimi bunları görmürmü? Görürsə Vüqar İsayevi Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru vəzifəsində niyə saxlayır?

Aktualinfo.org Vüqar İsayevin o vaxtlar, yəni Zakir Sultanovun rəhbərliyi altında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin çalışdığı dönəmlərdə nə kimi işbirlikləri olması barədə konkret məlumatlara sahib olmasa da,Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru kimi gördüyü işlər barədə araşdırmalardan sonra müəyyən məlumatlar əldə edib. Belə ki,Qobustan Dövlət Tarix-Bədii Qoruğuna direktor təyin edildikdən sonra Vüqar İsayevin əsas gəlirləri dövlət satınalmalarından olub.Onun idarəsində nə qədər “ölü can”olub,seyfində nə qədər maaş kartı olub,deyə bilmərik. Amma ictimaiyyətdən gizli yollarla keçirdiyi satınalmaladan əldə etdikləri barədə təsəvvür yarada bilərik.Bunun üçün Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən 2019-cu ildə keçirilmiş şübhə doğuran kotirovka sorğularına nəzər salmaq kifayətdir.

Qobustan Milli Tarix Bədii Qoruğunda “Qayaüstü mədəniyyət;mif,rəsm və dünya” adlı tədbirin keçirilməsinin satınalması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 10 455 manat dəyərində satınalma müqaviləsi fziki şəxs Əhədov Kamil Rafiq oğlu ilə bağlanılıb.

İnventarın satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 18 375 manat dəyərində satınalma müqaviləsi “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.11.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, PARLAMENT PR. ev 2B, m. 77, qanuni təmsilçisi kimi isə Məmmədov Mübariz Elman oğlu qeyd olunub.

Digər maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 19 684 manat dəyərində satınalma müqaviləsi “QALAKTIKA-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QALAKTIKA-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.06.2008-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, VƏNDAM qəsəbəsi, qanuni təmsilçisi kimi isə Əliyev Əli Vəli oğlu qeyd olunub.

Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş dağının aşağı səki ərazisində elmi-tədqiqat işləri üzrə keçirilmiş kotirovka sorğusunda 25.07.2019-cu il tarixdə 24 727 manat dəyərində satınalma müqaviləsi “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.06.2006-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU,qanuni təmsilçisi kimi isə Əliyev Əli Vəli oğlu qeyd olunub.

Tədbirin təşkilinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 17.07.2019-cu il tarixdə 14 997.5 manat dəyərində satınalma müqaviləsi “LİDER GZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında“LİDER GZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 12 MKR, ev 33, m. 25, qanuni təmsilçisi kimi isə Salmanov Rəhman Məcid oğlu qeyd olunub.

Yeni audio-bələdçiləin infrastrukturunun qurulması,onlara aid müxtəlif cihazların,audio yazılış xidmətlərin,tərcümə xidmətlərin,şəbəkə avadanlıqları və proqram təminatlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 08.07.2019-cu il tarixdə 92 748 manat dəyərində satınalma müqaviləsi “GT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.01.2007-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev 44, qanuni təmsilçisi kimi isə Həsənov Elxan Mirhadi oğlu qeyd olunub.

Bağlanmış müqavilələrdən və Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi Qobustan Milli Tarix Bədii Qoruğu “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə inventarların satınalınması üzrə bağladığı müqavilədən cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu da satıınalmalar haqqında mövcud qanunvericiliyin tələblərinə zidd bir haldır.

Digər tərəfdən Qobustan Milli Tarix Bədii Qoruğu tərəfindən “QALAKTIKA-A” və “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə müqavilələr baxlanarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki,qeyd etdiyimiz MMC-lər ayrı-ayrı ünvanlarda,başqa adlar ltında dövlət qeydiyyatına alınsa da qanuni təmsilçisinin bir nəfər, Əliyev Əli Vəli oğlu olduğu məlum olmuşdur ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.

Bunlardan əlavə apardığımız araşdırmalar zamanı Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən 2020-ci ildə elan olunmuş bir sıra kotirovka sorğularının nəticələri satınalmaların vahid elektron portalında yerləşdirilməmişdir. Belə ki, 19.11.2020-ci il tarixdə Qobustan Milli Tarix-Bədii qoruğu ərazisində kommunal xətlərinin çəkilişinin kotirovka sorğusu üsulu ilə satın alınması, 20.10.2020-ci il tarixdə abadlaşdırma işlərinin görülməsinin kotirovka sorğusu üsulu ilə satın alınması, 18.09.2020-ci il tarixdə avadапlıqların kotirovka sorğusu üsulu ilə satın alınması, 14.08.2020-ci il tarixdə cari təmir işləri kotirovka sorğusu üsulu ilə satın alınması, 07.05.2020-ci il tarixdə dəftərxana və təsərrüfat mallarının alınması kotirovka sorğusu üsulu ilə satın alınması barədə əvvəlcədən elan verilsə də nəticəsi barədə məlumatlar ictimaiyyətə açıqlanmamışdır.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 4-cü maddəsinin (4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur: 4-1.3.1. satınalan təşkilatın adı; 4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü; 4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;) bu kimi tələbləri satınalan təşkilat olaraq Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən pozulmuşdur.

“Dövlət Satınalmaları Haqqında” Qanunun 10-cu maddəsinin (10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir: 10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri; 10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti�?�

“Dövlət Satınalmaları Haqqında” Qanunun göstərilən maddələrinin tələblərinə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Tender Komissiyası tərəfindən riayət olunmaması kotirovka sorğularının keçirilməsi zamanı şəffaflıq prinsiplərindən kənar olduğunu bir daha təsdiq edir. Mal materialların və digər xidmətlərin satınalmaları üzrə keçirilən kotirovka sorğularının nəticələrinin dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilməməsi, bağlanmış müqavilələrdə qiymətlərin açıq şəkildə göstərilməməsi, satınalma müqavilələrinin formal olaraq bağlanılmasını və dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasını deməyə əsas verir.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin heç birinin analoji işlərdə təcrübəsinin olmaması, yalnız Qobustan Dövlət Tarix-Bədii Qoruğunun sifarişlərinin qalibi olmaları onu göstərir ki,kotirovka sorğularının keçirilməsi bir nəfər tərəfindən idarə olunur və satınalma müqavilələri yaxın şəxslərlə formal olaraq bağlanılıb.

Bütün bu göstərilənlərə aydınlıq gətirmək məqsədi ilə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Tender Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı.Təbii ki,qoruğun direktoru Vüqar İsayevin yol verdiyi qanun pozuntuları bunlarla kifayətlənmir.Araşdırılarsa onun sabiq müavini Rafiq Bayramov və Zakir Sultanovla işbirliyi barədə çox gizli məsələlər ortaya çıxa bilər. Yuxarıda qeyd etdiyimiz kimi arıtıq onların məhkəməsi başlamaq üzrədir. Amma Vüqar İsayev hələ də iş başındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru