Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!
Tarix: 11-06-2021, 12:02 | Çap et
Mən dünənə qədər elə bilirdim ki, təkcə biz jurnalistlər Azərbaycan ərazisində baş verənləri erməni mediasından öyrənirik. Ona görə də bizə operativ məlumat verməyən müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyini qınayırdım. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir məlumatı oxuyanda fikrim büs-bütün dəyişdi. Sən demə, bu nazirlik belə, Azərbaycan ərazisində baş verənlər barədə Ermənistandakı həmkarlarından xəbər alırmış. Təəccüblənməyin, bunu mən yox, Nazirliyin özü etiraf edib. MN-in dünən Kəlbəcər rayonundakı hərbi mövqelərimizin atəşə tutulması barədə məlumatı fikrimizin ən bariz sübutudur. “Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır. Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - MN-nin dünən yaydığı məlumatda belə deyilir. Göründüyü kimi məlumatda açıq şəkildə etiraf olunur ki, Kəlbəcərdəki mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması barədə məlumatı düşmən tərəf yayıb. Bizim MN isə iddianı araşdırıb və fakt öz təsdiqini tapıb.
Adama deyərlər, ay cənab generallar, öz sərhədimizdə baş verənlərdən sizin niyə xəbəriniz olmur? Axı bu ölkənin müdafiə strukturlarını kağız üzərində də olsa siz idarə edirsiniz. Heç olmasa, rəsmi mövqeyinizə hörmət edib sərhəddə baş verənlərlə maraqlanın. Mövlana demişkən, olduğunuz kimi görünməyə ar edirsinizsə, barı göründüyünüzə oxşamağa çalışın. Nə olar saqqalınızı rus “sülhməramlı” generalı Rüstəm Muradovun əlinə verəndə, onun təlimatları ilə oturub-duranda, sizin qəlbinizdə heçmi vətən eşqi, yurd sevgisi yoxdur? Hərbi qulluqdan uzaq olanlar belə, min yola baş vuraraq, cəbhədən xəbər almağa çalışırlar. Sizdə o qədər də milli təəssüb hissi yoxdur? Niyə gündə heç olmasa 2 dəfə cəbhə xəttinə zəng edib orda baş verənləri öz hərbçilərimizdən soruşmursunuz? Niyə axı sərhədimizdə baş verənləri siz də bizim kimi erməni həmkarlarınızdan eşitməlisiniz? Mən hələ onu demirəm ki, bizim erməni məlumatlarına möhtac olmağımız da sizin düzgün qurulmayan informasiya siyasətinizdən qaynaqlanır. Mən hələ onu da demirəm ki, ermənilər bəyanat yayıb bizim etibarımızı beş quruş etdikdən sonra sizin onları təsdiq etməniz, yumşaq desək, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Üstəlik, erməni əsgərləri bizim postlara atəş açırsa, deməli, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müvafiq maddələrini pozurlar. Bu da bizim ermənilərə qarşı adekvat addım atmaq hüququmuzu doğurur. Ermənilərdən öyrəndiyiniz atəşkəs rejiminin pozulması faktına qarşı hansı tədbiri görübsünüz? Sizin qabiliyyətiniz ancaq ona çatır ki, gənc oğullarımızı sərhəddə aparıb erməni hərbçiləri ilə qovala-qaçdı oynadasınız? Sonra da erməni əsgərlərindən birinin döyülməsi səhnəsinin yayılmasına rəvac verib düşmən əlini gücləndirəsiniz? Axı istənilən dövlətin sərhəd pozuntusuna qarşı atdığı bir addım var: düşmən qüvvələrini ya güllələyərək, ya da əsir götürərək zərərsizləşdirmək. Niyə o zaman sərhədlərimizi aşsüzənə çevirən düşmən qüvvələri yerindəcə cəzalandırılmır? Buna mane olan kimdir?
Müdafiə Nazirliyinin adına yaraşmayan bu kimi halların Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya gəlişi ərəfəsinə düşməsi də adamı başqa düşüncələrə yönləndirir. Görünür, MN-də kimlərsə Azərbaycan ərazisində nəzarətin öz əlimizdə olmadığı qənaətini formalaşdırıb bu ziyarətə mane olmaq istəyir. Zira dünən yayılan rəsmi məlumat öz ərazisində baş verənləri düşmənlərdən öyrənən Müdafiə Nazirliyimizin ölkəmizi nə dərəcədə etibarli qoruduğunu şübhə altına qoyur. Hər an hər cür hadisə ilə üzləşəcək qədər təhlükəli vəziyyətdə olan sərhədlərimizə hansı qonağı dəvət edə bilərik? Müdafiə Nazirliyini dünənki məlumatında diqqəti cəlb edən digər xüsus erməni hücumuna siyasi qiymət verilməsidir. Məlumatda bildirilir: “Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”. Cənab Zakir Həsənov, əvfinizə sığınaraq soruşmaq istəyirəm: hərbi struktur nə zamandan hadisəyə siyasi qiymət verən olub? Müdafiə Nazirliyinin vəzifəsi hücum faktını qeydə almaq, ona adekvat cavab vermək, düşməni susdurmaqdır. Təbii ki, görülən bu tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Amma ona siyasi qiymət vermək əsla MN-nin işi ola bilməz.
Görünür, MN rəhbərliyi XİN-nin fəaliyyətini yarıtmaz olduğunu düşünür və onun da vəzifəsini öz boynuna götürür. Bəlkə də ona görə ki, ölkə başçısı XİN rəhbəri Ceyhun Bayramovu yeni vəzifəsinə təyin edəndə xarici siyasət kursunun dəyişdiyini bildimirmiş və bundan sonra hücum diplomatiyası həyata keçirəcəyimizi vurğulamışdı. Müdafiə Nazirliyindəki baş bilənlər isə harda “hücum” sözü görsələr, öz sahələri sayırlar. Qınamıram. Məsəl var; evə bişməyib, qonşudan gəlməyib. İndiyədək hücum diplomatiyası ilə qarşılaşmayan zehniyyət onunla hücum taktikasının arasındakı fərqi hardan bilsinlər? Yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin hadisələrə adekvat və operativ reaksiya vermək qabiliyyəti də mübahisəyə açıqdır. Amma buna qiymət vermək Müdafiə Nazirliyinin işi deyil. Ən azı o səbəbdən ki, özü öz fəaliyyəti ilə məşğul ola bilmir, ən operativ məlumatları belə düşmənin ictimaiyyətə açıq qaynaqlarından öyrənin. Bu vəziyyətdə onun XİN-nin funksiyasını öz çiyinlərinə götürməsi “kor kora kor deməyincə” məsəlini xatırladır. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|