ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                 

Baba Rzayev MİLYONLARI BELƏ QAZANIRMIŞ... - İLGİNC FAKTLAR
Tarix: 17-06-2021, 12:18 | Çap et
Baba Rzayev MİLYONLARI BELƏ QAZANIRMIŞ...
Mingəçevirdən olan iş adamları Nicat Həsənov və Rəşad Şirinov "Azərişıq” ASC-nin sədri Baba Rzayevin qardaşından Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova müraciət edib.

"Cumhuriyyet.az" xəbər verir ki, iş adamları Mingəçevir İES tikintisi zamanı hüquqlarını pozulduğunu və onlara ödəniləcək məbləğin indiyə qədər çatmadığını bildiriblər.

"Cənab Prezident, bizə kömək edin"

N.Həsənov və R.Şirinov deyir ki, şəxsən P.Şahbazovun 2018-ci ildəki səfəri zamanı Mingəçevir İES-in tikintisinin boya işlərini yerinə yetiriblər: "Amma həmin o boya işlərinin ödənişi hələ də yerinə yetirilməyib. Gördüyüm işlərin hamısının sübutunu şəkil və videolar ilə sizə təqdim etməyə hazıram. Mənim babam Nağı Qəhrəmanov və dayım Çapay Qəhrəmanov hər zaman vətəninə, dövlətinə layiqli xidmət göstəriblər. Biz də onların yolunu gedərək dövlətimizə xidmət edirik. Sizdən artıq dərəcədə xahiş edirəm, bizə köməklik edəsiniz".

Müraciətdən qeyd olunur ki, onlar "YAPSAN” firması olaraq 2018-ci ilin oktyabrında Azərbaycanın ən böyük istilik-elektrik stansiyası olan Mingəçevir İES-in təmirində subpodratçı olaraq fəaliyyət göstəriblər. Ana firma - podratçı "Elektro İndustries" QSC olub.

Bildirilir ki, hələ ana şirkət "Azərenerji” ASC ilə boyama işləri barədə müqavilə bağlanmadığına görə, onlar qeyri-rəsmi olaraq işə başladıqları üçün arada qeyri-rəsmi olaraq qiymət razılaşması əldə olunub.

Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmirlər

Qiymət razılaşmasında, diametri 20 sm-dan böyük olan boru materiallarında 1 m2 üçün 14,70 AZN ƏDV-siz, diametri 10 sm-dan kiçik olan boru materiallarında 1 p/m üçün 4,40 AZN ƏDV-siz, diametri 10 sm-dan 20 sm-ə qədər olan metalkonustruksiya və ya boruların 1 p/m üçün 7,90 ƏDV-siz, metal boruların istiyə davamlı boya ilə rənglənməsi üçün 1 m2 17,95 ƏDV-siz qiymət təyin olunmasında razılaşıblar. 2018-ci ilin oktyabrından boya işlərinə start verilib.

Şikayətçilər bunu votsap nömrələrinə göndərilən şəkil və videolarla sübut etməyə hazır olduqlarını deyiblər.

"Mən boya işlərinə 2018-ci ilin oktyabrında başlamışam. Bunu şəkillər və videolar ilə və aldığım boyalar ilə sübut edirəm. Sonradan 2019-cu ilin aprelində "Yapsan” MMC ilə bağlanılan rəsmi müqavilə 1 m2 üçün 10,10 AZN (on manat on qəpik) rəsmi qiymət razılaşması təklif etdi və qeyri-rəsmi qiymət razılaşmasını və p/m üçün olan məbləği qeyri-rəsmi olaraq veriləcəyini əmin etdilər, boya işlərinə aid ilk ödənişi 2019-cu ilin iyununda ediblər. 2018-ci ilin oktyabrından, 2019-cu ilin aprel ayına qədər işlədiyim işin qeyri-rəsmi hissəsinin rəsmi hissəsi ilə olan fərqinin ödənişi bu günə qədər Rəşad Şirinova ödənilməyib”, - deyə şikayətçilər yazıblar.

N.Həsənov bildirir ki, bu gün həm dövlətə olan vergi borcunu ödəyə bilmir, həm də 2019-cu ilin avqustundan bu günə qədər fəaliyyətini bərpa edə bilməyib: "Üzümə də bütün dövlət orqanlarının qapıları bağlıdır. Heç bir yerdə işləməyimə də imkan vermirlər. Bu məbləğ nə az, nə çox 1 milyon 670 min manat vəsait edir. Xahiş edirəm, qeyri-rəsmi qiymət razılaşmasında təyin olunan paqon metrlərin və hər kvadrat metrə aid olan 4,60 AZN (dörd manat altmış qəpik) kəsr məbləğini mənə ödəsinlər. Mən həm dövlətə olan vergi borcumu ödəyim, həm də fəaliyyətimi bərpa edə bilim. Həmçinin Azərbaycan İES "MMC”-nin daxilində inzibati binanın təmizlik işlərini və tullantıların ərazidən uzaqlaşdırılmağını etdirmişəm. Onunda məbləği 35 000 manat edib. İndiyə kimi ala bilməmişəm. Mənim dövlətə olan vergi borcumu 2019-cu ilin avqustundan şirkətə qoyulan bloka görə bu günə qədər hesablanan, peniya da daxil olmaqla borcumun ödənilməsini tələb edirəm. Ümumi ödəniləcək məbləğ "Elektro İndustries” QSC-dən şirkətin peniyasından əlavə 1 670 000 manatdan yuxarıdır.

2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər, mən Şirinov Rəşad və "YAPSAN” MMC Azərbaycan İstilik Elektrik Stansiyasıında "Elektro İndustries” QSC ilə ümumilikdə 2.631.628,87 manatlıq müqavilə bağlamışıq. Bunun müqabilində gördüyüm işlər üçün bir milyon manatadək avans köçürülüb. Lakin həmin 7 ay müddətində boya işlərindən qeyri-rəsmi olaraq 800.000 manatdan çox iş görmüşəm. Şirkətimin də blok olunmağı, sanksiya qoyulmağı və ümumi olaraq sahibkar kimi dəymiş ziyanın ödənməsini tələb edirəm. Müqavilənin uzanma müddəti "Elektro İndustries” QSC-nin rəhbər heyətinin səhlənkarlığı ucbatından olmuşdur. Xahiş edirəm, insani hisslərlə yanaşı, mənim həm şirkətimin yenidən bərpasını həll edəsiniz, həm də mənim həmin müddətdə yaranan borclarımın qarşılığını ödəyəsiniz”.

"Baba Rzayevin qardaşı Emin Rzayev pulumu yeyə bilməyəcək"

Müraciət müəllifi qeyd edir ki, bütün bu qanunsuzluqların arxasında "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayevin qardaşı Emin Rzayev dayanır: "Baba Rzayevin qardaşı Emin Rzayev pulumu yeyə bilməyəcək. Lakin xəstəlik tapıb ölməmiş bütün bunlar baş verməlidir. Cənab Prezident, xahiş edirəm ki, Sizin dövlət büdcəsindən ayırdığınız vəsaitlə görülən bu layihə ilə bağlı boya işlərinin smetası yenidən hesablansın, yoxlanılsın, həqiqət üzə çıxsın. Nəyə görə Emin Rzayev daha çox qazansın, biz ziyana getməliyik, evimi, maşınımı satmalıyam?”, -deyə müraciətdə sual olunur.

Baba Rzayev

Müraciətdə deyilir ki, Emin Rzayev onların pulu ilə özünə şərait yaradır: "Ad qazanır, ancaq mən məhv oluram. Hətta Baba Rzayevi aldadıb ki, artıq pulu Şirinov Rəşada vermişəm. Halbuki heç ziyanımı qarşılamadı. Mənə yalvarırdı ki, cənab sədr bizi qovmasın, sən bütün işləri bitir, mən sənin nə xərcin varsa verəcəyəm”.

"Azərenerji” tərəfindən "Elektro Industries” QSC-yə boya işlərinə görə "AZIES Mingəçevir” layihəsinə görə normal pul ayrılıb.

Müraciətdə qeyd olunur ki, həm paqonmetr, həm kvadratmetr üçün ödəniş olmalıydı: "Mən strateji obyektdə özbaşına necə iş görə bilərdim? Ən böyük obyekt inzibati bina, laboratoriya binası (6 mərtəbə), maşın zalı və bir çox layihələr bitirmək üçün mənə yalvardı, axırda pul verilməyəndə Rəşad bacarmadı? Ona görə Prezident gəlib razı qaldı, təşəkkür etdi. Allah görür, haqqımı kəsənlər cavab verəcəklər”.

Rzayevlərin ailə biznesi

Baba Rzayevin qardaşı Emin Rzayevin adı zaman-zaman korrupsiya əmələrində hallandırılıb. 2012-ci ildə araşdırmaçı jurnalist Xədicə İsmayıl yazdığı "Baba Rzayevin ailə biznesi" adlı araşdırma yazısında qeyd edir ki, bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlinir.

Baba Rzayev MİLYONLARI BELƏ QAZANIRMIŞ...

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.

Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.

Nicat Həsənov və Rəşad Şirinovun videomüraciətini təqdim edirik:












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru