Teymur Musayevdən ÇİP ƏMƏLİYYATI... - Nazir işçilərini "total izləmə" kampaniyasına başlayıb
Tarix: 8-07-2021, 11:27 |
Çap et
Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin əcaib addımları haqqında ilginc iddia irəli sürülüb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Teymur Musayev Səhiyyə Nazirliyinin əməkdaşlarının avtomobillərinə çip taxılması haqqında şifahi əmr verib.
İddia edilir ki, işçilərin iş saatları daxilində harada olduğunu müəyyənləşdirmək və onların hərəkətlərini izləmək üçün avtomobillərə çiplərin taxılmasına başlanılıb.
Maraqlısı isə budur ki, çiplərin işçilərin sadəcə xidməti yox, həm də şəxsi avtomobillərinə taxılması nəzərdə tutulur. Məlumata görə, buna etiraz edən əməkdaşlar təzyiqlərə məruz qalır.