TƏHSİL NAZİRLİYİNİN “MİQ İMTAHANI” FİASKOSU... – Vakant yerlər əvvəlcədən satılıb?
Tarix: 19-08-2021, 12:54 | Çap et
Builki Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları haqda çox deyildi, çox yazıldı. İmtahanda iştirakçı müəllimlər arasında bərabərliyin təmin edilməməsi, sualların aid olduğu fənnin mahiyyətinə uyğun gəlməməsi və onun məğzinə aid olan mənanı əks etdirməməsi, bir çox hallarda isə ölkənin təhsil sistemində tədris edilən fənnlərin bazasında olmayan, sistemdən kənar mənbələrdən götürülən sualların salınması haqda narazılıq pik həddə idi. Gözlənilirdi ki, yenidən keçirilən imtahanlarda nələrsə dəyişəcək. Amma...
...Dəyişən bir şey olmadı, əksinə təxminən eyni səpgili suallar təkrar imtahanlara da salındı. Görünür, cavabdeh rəsmilər vəziyyətin ədalətli zəruriliyinin fərqində deyillər. Sosial şəbəkələrdə əks olunan müraciətlərdən belə mənzərə yaranır ki, nəinki neqativ hallar aradan qaldırıldı, hətta müdavimlər arasında vakant yerlər uğrunda ədalətsizliyə yol açan qaydaları təkmilləşdirmək yerinə, mövcud problemlər daha da dərinləşdirildi.
Narazılıq dalğası əsasən ana dili-ədəbiyyat fənnindən imtahan verən müdavimləri əhatə etdi. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən aydın olur ki, təkrar keçirilən MİQ imtahanından sonra “qəribə” hal yaşanıb. Belə ki, imtahandan sonra vakant yer seçimini reallaşdırmaq istəyən müəllimlər 50-dən yüksək bal toplayan 200 nəfərdən çox müdavimin “peyda olduğunu” aşkarlayıblar. Bu yüksək ballar əsasən 58-59 arasında olub.
Qeyd edək ki, əvvəllər ümumiyyətlə MİQ imtahanlarında 55-dən yüksək bal toplayanlar bunu paylaşırdılar, hətta onların fotoşəkli də çəkilirdi. Amma bu son imtahanda belə hallar yaşanmadı. Belə mənzərə yaranır ki, filologiya müdavimləri arasında 55-dən yüksək bal toplayanlar olmayıb. Amma necə olursa vakant yerlərə müraciət əsnasında Bakı şəhəri üzrə yüksək - 55 bal toplayanlar peyda olub və vakant yerləri də bu “seçilmişlər” əldə edib.
Məsələyə aydınlıq gətirmək üçün tanınmış təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrənməyi zəruri hesab etdik. Onun bildirdiyinə görə, MİQ imtahanları ilə bağlı Təhsil Nazirliyi öncə proqram müəyyənləşdirmişdi. Keçirdiyi sınaq imtahanları və təqdim etdiyi proqram bəzən çərçivəsindən kənara çıxır: “Əslində, Təhsil Naizrliyi çalışır ki, daha hazırlıqlı, daha bacarıqlı şəxsləri seçsin. Bizim üçün daha bilikli, daha emosional olmayan, proseslərə daha sakit yanaşan müəllimləri seçsin. Məlum oldu ki, bizim ali təhsil müəssisələrimiz əmək bazarının tələblərinə cavab verən kadr hazırlamır. Bu imtahanlar Təhsil Nazirliyinin nə qədər çətin imtahan təşkil etməsi ilə yanaşı, onu da göstərdi ki, bizim universitetlərimiz istədiyimiz müəllimləri hazırlamır. O müəllimlər müəllim olmaq üçün hazırlıqlara, hazırlıq kurslarına gedirlər.
Ümumilkdə, perspektiv baxımından hesab edirəm ki, təqdim edilmiş test tapşırıqları yeni model idi və təkcə bilikləri yoxlamırdı, yaddaşı da yoxlayırdı. Amma o suallara cavab verən bizim istədiyimizi müəllim ola bilməz. Ona görə də məhz bu il MİQ tarixində keçid balı bütün ixtisaslar üzrə 30 bala salındı. Ona görə imtahanlar həqiqətən də keyfiyyətli, yaxşı olsaydı keçid balı bu həddə salınmazdı. Ümumilikdə isə müəyyən şeylər şəffaf oldu, amma bu ədalətli olması demək deyil. Əlçatan olması demək deyil. Hesab edirəm ki, gələcəkdə daha təkmil, daha peşəkar səviyyədə imtahan keçirmək olar”.
Ekspert eləcə də müəllimləri hazırlayan universitetlərin kifayət qədər keyfiyyətli təhsil verməməsi barədə məsələyə toxunaraq bildirdi ki, mütəxəssislər universitetlərdə təkcə orta məktəb üçün hazırlanmır: “Dövlət qurumları üçün, özəl sektor üçün də hazırlanır. Dövlət qurumunda işləmək üçün hər hansı bir ixtisas tələbi yoxdur. İstənilən pedaqoji təhsilli şəxs ora qəbul olunur. Ali təhsil müəssisələri təkcə orta məktəblər üçün müəllim hazırlamır. Özəl kurslar üçün, litseylər üçün də hazırlayır. Bu gün jurnalistika sahəsində işləyənlərin heç də hamısı jurnalist təhsilli deyil ki... Bizim əsas məqsədimiz ölkədə ali təhsilli insanların sayını artırmaqdır. Amma burada kəmiyyətlə bərabər, keyfiyyət də artırılmalıdır. Yəni plan yerinə bu qədər müəllim orudusunun hazırlanması problem deyil. Bizdə problem keyfiyyət məsələsidir və mən düşünürəm ki, biz mütləq şəkildə diplom veririksə, bu diplomu necə vermişik, dövlət imtahanından keçmiş şəxslər niyə bu qədər aşağı nəticə göstərirlər, niyə ziddiyyətlər var - bu məsələnin həlli ilə məşğul olmaq lazımdır.
Vakant yerlərinin 52 bal nəticə göstərənlər içindən 58-59 bal nəticəli müdavimlərin ortaya çıxması və onların bu vakant yerləri tutması barədə məsələyə gəlincə isə, Kamran Əsədov bildirir ki, belə bir fakt yoxdur: “Sadəcə olaraq bir epizoda rast gəlinmişdir ki, riyaziyyat müəllimi üçün maksimum 56 bal lazım idi, onun isə 57 bal yığdığı bildirilmişdi. O da Apellyasiya onun balını qaldırarkən baş vermişdi. Qalan bütün hallarda imtahanda yalnız cari ildə bal toplayanlar iştirak etmişlər. Bir müdavim də 4 yer seçdiyinə görə, onlar 4 yerdə də eyni şeyi görürlər. Tutalım həmin 10 nəfər də 40 yeri seçirsə, siz həmin balı görə bilirsiniz. MİQ imtahanında kənar müdaxilə ilə bal artırılması yoxdur”.
Vakant yerlərin hansısa yolla əvvəlcədən satılmış ola bilməsi ehtimalına gəldikdə isə, ekspert bu variantı tamamilə rədd edir. Kamran Əsədov bildirir ki, MİQ imtahanı tamamilə obyektiv və şəffaf olaraq keçirilir: “Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanının şəffaflığına hər hansı bir şübhə yoxdur. Məsələ keyfiyyət məsələsidir. Yəni tam obyektiv, tam şəffaf imtahanlar keçirilib, amma bu imtahanlar ədalətli deyil. Təhsil Nazirliyi vakant çıxardığı heç bir yeri satmır və heç kim kənar müdaxilə ilə bu yerə heç kimi qəbul etmir. Belə bir fakt yoxdur. Ola da bilməz”.
İmtahanın ədalətsiz olması məsələsini isə ekspert suallar baxımından izah edir. Yəni onun yanaşmasına görə, suallar daha ədalətli olmalıydı: “Kurrikulumdan sual olmamalıydı. Öncədən müəyyənləşdirilmiş proqram üzrə suallar müəyyən olunmalıydı. Sualların məzmunu ilə bağlı ədalətsizlik var idi. Yəni yaddaş yoxlayan suallar var idi. Ümid edirəm ki, gələcəkdə mütəxəssislər cəlb edilərsə, bu məsələ düzələ bilər”.
Bu fikirlər bir mütəxəssis mövqeyi idi. Əlbəttə, neqativ halların aradan qaldırılması üçün mütləq sadalanan qüsurlar çözülməlidir ki, şübhələr və haqlı narazılıqlar yaranmasın. Əgər iddialarda şübhələrə yer varsa dğvlətin bel sütunu olan təhsil sistemindəki mənfi halları aradan qaldırmaq, şübhələri aydınlaşdırmaq üçün məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür. Hurriyyet.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
|