"Satdıqları problemli telefonu nə dəyişmir, nə də qaytarmırlar" - "İrşad Electronics"dan ŞİKAYƏT
Tarix: 30-09-2021, 13:10 |
Çap et
Redaksiyamıza "İrşad Electronics" mağazalar şəbəkəsi ilə bağlı şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, müştəri sentyabr ayının 1-də kreditlə "Samsung A32" markalı mobil telefon alıb, sentyabrın 9-da isə telefon anidən sönüb.
Mağazanın özəl servisində baxış keçirilib və cihazın daxilində maye aşkarlandığı bildirilib.
Şikayətçi isə qəti şəkildə problemin ondan qaynaqlanmadığını söyləyir:
"Mən telefonu nə suya salmamışam, nə də başqa bir şey. Mağaza satdıqları problemli telefonu nə dəyişmir, nə də qaytarmır. Telefon üstümdə qalıb".
Məsələ ilə bağlı "İrşad Electronics"in qaynar xətti ilə əlaqə saxladıq. Bizə zəmanət şərtləri ilə bağlı məlumat verildi:
"Standart zəmanət şərtlərinə əsasən, istehsalçı tərəfindən qüsur aşkar olunarsa, məhsul 1 il müddətində servisdə ödənişsiz şəkildə təmir olunur".