"Proqress-2016": Fırıldaqlar niyə CƏZASIZ QALIR? - İTTİHAM
Tarix: 8-10-2021, 12:39 | Çap et
Öncə ondan başlayaq ki, son 20-30 ildə müxtəlif adlar altında şirkətlər, firmalar yaradılır. Hamısının da adı Gəl-Gəl deyir. Mütərəqqi adlar, təmtəraqlı sözlər və reklamlar. Ancaq əməlləri ilə tanış olanda görürsən ki, heç zibil də deyillər. Belə yerdə müdriklərin dediyi “ Kasıb itinin adını GÜMÜŞ qoyar” məsəli yada düşür. Bəli, şirkətinin adını “Proqress” qoyub. Bu sözün mənasını, yükünü başa düşüb-düşməyib, deyə bilmərik. Ancaq hamıya bəllidir ki, proqress sözünün mənası TƏRƏQQİ, müsbət əməllər deməkdir. Hətta bununla bağlı dünyada Proqressivizm deyilən bir fəlsəfi-ideoloji cərəyan var. Yəni inkişaf, tərəqqi, sivilləşmə və s. Bu kişinin də oğlu şirkətinin adını “Proqress 2016” MTK qoyub. Və Abşeron rayonunda yerləşən bu şirkət göydələn binalar tikməklə məşğuldur. Yəqin ki, şirkətin elanına rast gələn yazıq müştəri də fikirləşir ki, sən öl, şirkətinə belə ad qoyubsa, bu adam “obrazovonski”dir, sivil adamdır. Yazıq nə bilsin ki, adı PROQRESS olsa da əslində əməlləri çox BARBAR birisidir. Bəli, gözəl adların arxasında gizlənib, iyrənc əməlləri törətmək günümüzün reallığıdır. Günümüzün ən iyrənc reallıqlarından biri də göydələnlər tikib milyonlar qazanan şirkətlərin vətəndaşları aldatması, bir mənzili 5 adama satmasıdır. Axı, anlamaq olmur ki, 1 qoyub 5 yox e, 10 götürən, milyonlar qazanan tikinti şirkətləri vətəndaşları niyə aldadır ? Onsuz da milyonlar qazanırsan də. Həqiqətən də son 10-15 ildə belə fırıldaq-cinayətkar şirkətlərin sayı dözülməz həddə çatıb. Ən dəhşətlisi odur ki, hüquq-mühafizə orqanları da belə şirkətlərin əməllərinə göz yumur. Niyə, nə üçün ? Vətəndaşı bu dərəcədə dövlətdən narazı salmaq olmaz e. Axı, dövlət qurumları bu cür fırıldaqların qarşısını vaxtında ala bilərdi. Axı, 100-lərlə insan şikayət edir ki, müqavilədə mənzili 2 ilə tikib təhvil verməlidir, amma tikinti 5 ildir uzanır. Niyə pulu alanda əvvəlcədən ödənilir, amma mənzillər vaxtında təhvil verilimir ? Müqavilədə yüksək səviyyədə təmir nəzərdə tutulur, amma təmir sıfır dərəcəsində. Axı, bu ölkədə də müştərinin, istehlakçının hüququ qorunmalıdır. Vaxtında təhvil vermirsənsə, müştəriyə təzminat ödəməlisən. Vaxtında olmadığı cəhənnəmə, hələ bir mənzili 5 adama satmağa nə ad verək ? Vətəndaş sovet dövründə olduğu kimi mənzillə təmin olunmur. Qalır bircə yol. Borc-xərc edib özünə, ailəsinə, övladına mənzil almaq. Mənzil satanların bəzilərisə cinayətkarlardır. Bir daha qeyd edirik ki, dövlət qurumlarının bu məsləyə göz yumması sadə məsələ deyil. Hətta şikayətçilər ayaqlarını dirəyəndə, ora-bura şikayət edəndə, yəni bezdirəndə, hüquq-mühafizə orqanları şirkətin rəhbərinə 2-3 il iş verirlər. Bəs, sonra ? Birincisi, 1 qoyun oğurlayana 6-7 il cəza verirsiniz, yüzlərlə vətəndaşa milyonlar atan cinayətkar şəbəkəyə niyə 2-3 il ? İkincisi, şirkət rəhbəri həbs edildi, bəs zərəçəkən vətəndaşlar neyləsin? Pullarını kimdən tələb etsin? Bir sözlə, dövlət qurumları konkret olaraq tikinti şirkələrini ciddi nəzarətə götüməli, bunun mexanizmlərini düşünüb tapmalıdırlar. Amma atalar deyib ki, 100 dəfə imam üçün ağlayanda 1-cə dəfə də yezid üçün ağla. Bəli, tikinti şirkətləri də dövlət qurumlarına milyonlarla rüşvət verirlər. Bu məsələ də ciddi nəzarətə götürülməlidir. Nə isə, sözün qısası, vətəndaşları aldadan şirkətlərdən biri də adı gözəl, “Proqress 2016” MTK-dır. Dəfələrlə bu MTK barəsində istintaq işləri aparılıb, amma nəticə olmayıb. Bu şirkət Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı dəfələrlə saxtakarlığa, hətta cinayət əməlinə yol verib. Şirkətin sahibi Səməndərov Emil Tofiq oğlu həm də “Hayan E” MMC-nin hüquqi sədridir. Bu adamın işi-gücü vətəndaşları aldatmaqdır. Payçılar bu adamdan tələb edir ki, bağladığın müqaviləyə əməl elə. Payçı deyir ki, 39 min manat verib mənzil almışam. Amma məlum olub ki, mənzil 2 il qabaq başqa şəxsə satılıb. Başqa bir vətəndaş isə 30 min manat ödəyib, amma tikinti başa çatmır, müqavilədə göstərilən müddət isə çoxdan bitib. Başqa müştərinin aldığı mənzili isə nə az, nə çox 5 nəfərə satıblar. Hələ bu harasıdır ? Emil Səməndərov 2-ci Qarabağ Müharibəsi qazisinə mənzil atıb. Yəni qazi mənzili ala bilmir. Bax, burda deyillər ki, bərəkallah tərbiyənə, Səməndərov. Bütün bunlar ortada ola-ola şirkətin sahibi azadlıqda gəzir, heç kəsi saymır. Hətta.... Hətta...şirkət rəhbəri qoluzorlu mühafizəçilərlə gəzir, şikayətçilər isə ona yaxın düşə bilmirlər. Ən gülməlisi, daha doğrusu, ağlamalısı odur ki, bir neçə dəfə bu əməllərinə görə, məhkəmələr Emil Səməndərovu 3 min manat cərimələyib. Digər məhkəmə isə 3 min manat cəriməni 2500 manata endirib. Bu birbaşa cinayətkara qayğı və dəstəkdir. Bunun başqa adı ola bilməz. Vətəndaşlar dəfələrlə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Abşeron rayon prokurorluğuna müraciət ediblər. Ancaq nə faydası.. Hətta yazıq vətəndaşlar deyir ki, 44 günlük Vətən müharibəsində susduq, heç hara şikayət etmədik ki, qoy zəfər çalaq, sonra mübarizəmizi davam etdirərik. Vallah, bundan gözəl millət ola bilməz. Yazıq vətəndaş bundan artıq nə edə bilər ? Bəs bunun qarşılığında bizim dövlət orqanları niyə susur? Axı, Emil Səməndərov dəfələrlə məhkum olunub və sonra buraxılıb. Yuxarıda əbəs yerə qeyd etmədik ki, vətəndaşı öz dövlətindən narazı salmayın, cənablar. Bəli, şikayətçilər indi də Prezident Adminstarsiyasının qarşısında aksiya keçirmək istəyirlər. Bunu istəyirsinizmi, cənab məmurlar ? //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|