Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Qarabağ Qazilərindən pul qazanan kimlərdir? - "Möcüzəli Naftalan"da məmurların putyovka biznesi...
Tarix: 11-10-2021, 08:55 | Çap et
Qarabağ Qazilərindən pul qazanan kimlərdir?
Regionda, hətta min kilometrlərlə uzaq məsafədə olan ölkələrdə yaşayan insanların böyük inamla üz tutduğu, Azərbaycanı dünyada tanıdan dayanıqlı brendlərdən biri olan Naftalan nefti bu gün "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzi tərəfindən istismar edilməkdədir. Keyfiyyətsiz qidaları, nimdaş inventarı, biabırçı xidməti ilə sağlamlığı məhdud insanlara, qazilərə qənim kəsilən "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzi qeyri-neft sektorunun ən prioritet sahəsi olan turizmə ciddi zərbə vurmaqla yanaşı, eyni zamanda, uzun illərdən bəri Naftalan sanatoriyalarına olan inamı öldürməkdədir.

CivilAzerbaijan.com xəbər verir ki, adının böyrünə "sağlamlıq və istirahət mərkəzi" kimi diqqətçəkici epitet yapışdırmış "Möcüzəli Naftalan"da baş verən qanunsuzluqlar, özbaşınalıqlar təkcə zəif xidmətdən, keyfiyyətsiz və zərərli qidalardan, 20-25 il əvvəlin istehalı olan istismar müddəti bitmiş köhnə avadanlıqlardan ibarət deyil. Burada baş verən qanunsuzluqlar daha böyükdür. Ən acınacaqlı olan isə budur ki, "Möcüzəli Naftalan"da baş verən biabırçılıqlar, qanunsuzluqlar uğurunda minlərlə soydaşımızın şəhid olduğu Azərbaycan bayrağını kabinetində başı üzərində qoymuş bəzi məmurlarların dəstəyi ilə baş verir.

Bu yazıda çalışacağıq ki, "Möcüzəli Naftalan"ın pulgir rəhbərliyi ilə dövlətin verdiyi səlahiyyətləri şəxsi mənafelərinə istifadə edən məmurların uzun illərdən bəri davam edən müştərək cinayətləri barədə ətraflı məlumat verək. Ancaq öncə bəzi dövlət qurumlarının, əsasən də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "pulyuma maşını"na çevrilmiş "Möcüzəli Naftalan"ı oxuculara tanıdaq.

"Möcüzəli Naftalan"da əlillərə qurdlu ət yedirirlər

"Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzi tək Azərbaycanda yox, bəlkə də dünyada yeganə sanatoriyadır ki, vətən uğrunda sağlamlığını, əzalarını itirmiş şəxsləri pəncərəsiz, havasız zirzəmisinə yığır. Yəqin ki, 94 yerlik olan bir sanatoriyaya 300-400 nəfərin necə sığdırıldığını təsəvür edirsiniz. Mənbəyi məlum olmayan qurdlu ətləri qazilərə, əlillərə yedirən bu məkanda insanlar olan-olmaz əsəblərini də xərcləyib yarımcan halda evlərinə qayıdırlar.

Müalicə kursları müddətində gündə 3 dəfə normal qidalanmalı olan insanlara burada ən keyfiyyətsiz qidalar verilir. Xəstələrə uyğun təsnifatlaşdırılmayan qida rasionu keyfiyyətsiz olmaqla yanaşı, həm də sağlamlığa olduqca ciddi təhlükə yaradır. Çünki bu sanatoriyada yeməklərdə istifadə olunan ət məhsulları kolbasa sexləri üçün nəzərdə tutulan xəstə, bəzən isə ölmüş heyvanların ətləridir. Acınacaqlı mənzərə bir neçə il öncə sanatoriyaya müalicə almağa gəlmiş insanlar tərəfindən videoya çəkilərək ölkə mediasında yayımlansa da, bu barədə indiyədək heç bir ciddi tədbir görülməyib.



"Möcüzəli Naftalan”da bişirilən bütün yeməklər mənşəyi məlum olmayan, bir çox ölkələrdə texniki sürtkü kimi istifadə olunan yağlardan hazırlanır. Halbuki 7-14 günlük bu sanatoriyaya göndərilən məhdud fiziki imkanlı insanlara dövlət hesabına ödənilən göndərişlərdə (putyovkalarda) keyfiyyətli və təbii mənşəli qidaların verilməsi nəzərdə tutulub. Sanatoriyada həm personalın savadsızlığı, həm də tibbi avadanlıqların köhnə olmasına görə burada olan əlillərə heç bir tibbi xidmət göstərilmir. Mərkəz rəhbərliyi haqqını tələb edən əlilləri təzyiqlərini ölçdürməklə yola verir.

"Möcüzəli Naftalan"da qarşılaşdıqları iyrənc mənzərədən, sayğısızlıqdan narazı qalan insanların aidiyyatı dövlət qurumlarına etdikləri şikayətlərə isə baxılmır. Dövlət hesabına "Möcüzəli Naftalan"a göndərilən sağlamlığı məhdud olan şəxslərin çoxsaylı şikayətlərinin araşdırılmamasının səbəbi aydındır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi bəzi məmurlar burada baş verən cinayətlərə ortaqdırlar. Bəs əlillərə, qazilərə reabilitasiya olunmaları üçün dövlət tərəfindən ayrılan vəsaitləri sanatoriya rəhbərliyi ilə basıb yeyən məmurlar kimlərdir?

Sahil Babayevin "Möcüzəli Naftalan”da əlillərdən, qazilərdən pul qazanan kadrı kimdir?

Azərbaycan Respublikasının qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi məşğul olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasılı ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentlik Qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı vətəndaşların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsini də təşkil edir.

CivilAzerbaijan.com-un əldə etdiyi məlumata görə Agentliyin rəhbərliyi "Möcüzəli Naftalan” Sağlamlıq və İstirahət Mərkəzinin rəhbərliyi ilə "işbirliyinə" gedərək hər ay 300-400 şəxsi bu sanatoriyaya göndərir. Dövlət hesabına göndərilən sağlamlığı məhdud şəxslərin - əlil və qazilərin hər birinin göndərişi üçün büdcədən müalicə müddətindən asılı olaraq 700-1500 manat arası vəsait ödənilir. Sosial Xidmətlər Agentliyinin "Möcüzəli Naftalan” sanatoriyasına putoyvka ilə göndərdiyi şəxslər üçün ödədiyi məbləğin 40-50 faizi sonradan geri alınır.

Alınan vəsaitlərin isə Nazirliyə ötürüldüyü deyilir. Bu barədə CivilAzerbaijan.com-u məlumatlandıran mənbə qeyd edir ki, bir neçə ildir "Möcüzəli Naftalan" sanatoriyasında baş verənlərlə bağlı əlillər və qazilər kütləvi şəkildə nazirliyə şikayət etsələr də, heç bir reaksiya verilmir. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sanki kimlərsə vətən uğrunda canlarını fəda etmiş, əzalarını, sağlamlıqlarını ömürlük itirmiş şəxslərin qəsdinə dayanıb.

Elə bil kimsə biz qaziləri "Möcüzəli Naftalan" kimi natəmiz, heç bir standarta uyğun gəlməyən məkana göndərməklə bizləri sındırmaq, vətənə şərəflə xidmət etdiyimiz üçün cəzalandırmaq, təhqir etmək istəyir. Dəfələrlə Sahil Babayevdən, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovdan bizi dövlətin hesabına normal şəraiti, müasir tibbi avadanlığı olan, gözləri cibimizdə olmayan vicdanlı insanların çalışdığı sanatoriyalara göndərilməsini xahiş etmişik.

Lakin bütün müraciətlərimiz nəticəsiz qalıb. Qarabağ qazisi, əlili, şəhid ailəsi adı gələndə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində elə bil kiminsə başına daş düşür. Sanki vətən, dövlət uğrunda sağlamlığını qurban verən bizlər torpaqlarımızı 30 il işğal edən, qız-gəlinlərimizi zorlayan, körpə uşaqlarımızın qarnını yaran ermənilərə yox, bu nazirlikdə çalışan hansısa vəzifəli şəxslərin qohumlarına qarşı savaşmışıq"- deyə Qarabağ qaziləri adından bildirilir.

Bəlkə də 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən Sahil Babayevin indiyədək ölkə vətəndaşlarına qarşı etdiyi qanunsuzluqlara nazirliyi təmsil edən insanların hansısa formada "islahat" donu geyindirməsinə inanmaq olardı. Lakin dövlət, vətən, xalq uğrunda sağlamlığını itirmiş şəxsləri uyğun olmayan bir yerə - "Möcüzəli Naftalan"a dövlət hesabına göndərib qurdlamış ət yedirtmək, əsəblərini korlatmaq yəqin ki, nazirliyin "islahatlar paketi"nə daxil deyil.

O zaman sual olunur, "Möcüzəli Naftalan"da sağlamlığını itirən şəxslərin sözün əsl mənasında alçalmasını təşkil edən kimlərdir?

Mövzunu diqqətdə saxlayacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru