“Atamı Binəqədi İcra Hakimiyyətinin işçiləri öldürüblər” - İTTİHAM
Tarix: 12-10-2021, 12:00 | Çap et
Binəqədi rayon Ağamirək İsfahani küçəsi, ev 9-da yaşayan Vəli Əhməd Tapdıq oğlu “Hürriyyət”in redaksiyasına müraciət edərək, atası Əhmədov Tapdıq Əhməd oğlunun öldürüldüyünü iddia edir. Oktyabrın 7-də özünü Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər Tapdıq Əhmədovun yaşadığı ünvana gələrək, evi sökməklə hədələyiblər. Evində təmir işləri aparan 68 yaşlı ahıl kişi tikinti işləriylə bağlı əvvəlcədən qəsəbə nümayəndəsi Qadir Məmmədov ilə razılığa da gəlib. Buna baxmayaraq, özünü Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər evi sökməyə israr ediblər. Daha sonra, Tapdıq Əhmədov onları evindən çıxardıb.
Bunu həzm edə bilməyən nümayəndələr əraziyə Post Potrul Xidmətinin (PPX) əməkdaşlarını cəlb ediblər. Əraziyə gələn polis əməkdaşları Tapdıq Əhmədovun ahıl şəxs olduğunu görüb, sözügedən ünvanı tərk ediblər. Bunun da faydası olmadığını görən evə zorla girməyə çalışan bir qrup şəxs əlbir olduqları sahə müvəkkilərini hadisə yerinə dəvət ediblər. Ahıl kişinin əsəbləşdiyini və əl-ayaqlarının əsdiyini görən şəxslər, hadisə yerini bir göz qırpımında tərk ediblər. Anında heç bir müdaxilə edilməməsi səbəbindən Tapdıq Əhmədov hadisə yerində dünyasını dəyişib. Hadisənin tam təfərrüatlarını mərhumun oğlu Vəli Əhməd "Hürriyyət"ə danışıb:
"Oktyabrın 7-də atam Əhmədov Tapdıq Əhməd oğlunu yaşadığı mənzildə Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri öldürüblər. Hadisə Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, ev 9-da baş verib. Atam evinin yaşamağa yararsız vəziyyətdə olduğuna görə, Binəqədi rayon İcra Hakimiyyətinin ərazi üzrə qəsəbə nümayəndəsinə müraciət edib. Onlar nümayəndə göndəriblər ki, evə baxış keçirilsin. Baxış keçiriləndən sonra evin həqiqətən də yaşamağa yararsız vəziyyətdə olduğunu görüblər. Atama evi bərpa etmək üçün icazə veriblər. Özüm də bu evdə qeydiyyatdayam və yaşayıram. Atam evi bərpa etmək istəyərkən, Binəqədi rayon İcra Hakimiyyəti qoçu dəstəsini evimizə göndərib. Onlar gəlib qapını döyüblər. Atam həmin gün evdə istirahət edib. Atam qapını açanda, əvvəlcə kim olduqlarını soruşub. Deyiblər ki, İcra Hakimiyyətinin əməkdaşlarıyıq. Atam onlardan sənədlərinin olub-olmamasını soruşub. Heç bir sənədlərinin olmadığını deyiblər. Niyə gəldiklərini soruşduq da isə "evi sökməyə gəlmişik" deyə cavab veriblər. Atamla söhbətlərində bizim onlara pul verməli olduqlarını deyiblər. Nəticədə, atam onları evdən çıxardıb.
Daha sonra sözügedən şəxslər gedib, evin əvvəlcədən yararsız vəziyyətdə olduğuna qərar verən şəxslə yenidən evimizə gəliblər. Atam həmin şəxsi tanıdığına görə evə buraxıb. Həmin şəxslə birlikdə digər şəxslər də fürsətdən istifadə edib evə daxil olublar. Daha sonra atam onları evdən qovmaq istəyib. Onlar isə Post Patrul Xidmətinə (PPX) zəng ediblər. Evə gələn post patrul atamın yaşlı olduğunu görüb, çıxıb gediblər. Sonra ərazi üzrə polis müvəkkilinə zəng ediblər. Bizim ərazi üzrə sahəyə Fuad adlı şəxs baxır. O, Binəqədi rayon 43-cü polis bölməsinin işçisidir. O, mülki geyimdə əraziyə gəlib. Bizim sahəyə aid olmayan mayor rütbəsində olan İldırım adlı şəxs isə polis formasında gəlib. Atamın əsəbləşdiyini və əl-ayağının əsdiyini görən Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları vəziyyətin pis olduğunu görüb ərazidən qaçıblar. İldırım adlı polis mayoru da onların qaçmasına şərait yaradıb. Bizim əraziyə baxan və hadisə yerinə mülki geyimdə gələn polis müvəkkili Fuad adlı şəxs isə sadəcə hadisəni kənardan izləyib və sonra vəziyyətin pis olduğunu görüb o da ərazini tərk edib.
Anam Gülsümxanım Əhmədova da hadisəyə şahiddir. Anam deyib ki, "kişini öldürdünüz". Deyiblər ki, yox ölməyib, sağdır. Atam ölüm vəziyyətində olmasına baxmayaraq, heç bir yardım edilməyib. Təcili yardım belə çağırılmayıb. Qonşularımız atamı yerdən götürüb, evdə uzandırıblar. Sonra təcili yardıma zəng olunub".
Bu hadisədən sonra atasını itirən Vəli Əhməd deyir ki, Binəqədi rayonu İcra Hakimiyyəti onlardan xəbərsiz yaşadıqları şəxsi evlərinə xeyli sayda insanı da qeydiyyata salıb:
"Burda birbaşa Binəqədi rayon İcra Hakimiyyəti, qəsəbə nümayəndəsi Qadir Məmmədov, onun müavini Əlikram Haqverdiyev iştirak edib. Mən qəsəbə nümayədəsindən soruşuram ki, bu gələnlər kimin işçisidir? Deyir ki, bizim işçidir. Ardınca deyirəm ki, axı sən tikintiyə icazə vermişdin, niyə işçilərini göndərmisən? Cavabında deyir ki, mən göndərməmişəm. Gələnlərə də polis birbaşa dəstək verir. Əgər, onları həyətdən qovsaq, bizi həbs edəcəklər. Bizi həbs edəndən sonra, evimizi də sökürlər. Vurğulayım ki, ərazidə evlər də var. Hamısı da köhnə evlərdir. Eyni zamanda, evimizin rəsmi sənədi də var. Qeyd edim ki, Binəqədi rayonu İcra Hakimiyyəti şəxsi evimizə bizdən xəbərsiz xeyli sayda insanı qeydiyyata salıb".
Tapdıq Əhmədovun ölümündən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları müxtəlif şəxslərdən izahat alıb. Baş vermiş hadisə ilə bağlı həmin ərazidə olan müstəntiq, Tapdıq Əhmədovun ölməsini yaşı çox olduğuna görə normal şəkildə qəbul edib:
"Həmin vaxt evdə olmamışam. Anam zəng edəndən sonra evə gəlmişəm. Evə gəldiyimdə görüdüm ki, 43-cü polis bölməsinin bütün əməkdaşları bizim həyətdədir. Təcili yardım gəldiyi zaman atam artıq dünyasını dəyişmişdi. Mən şikayətçi olduğunu bildirdim. Binəqədi rayon məhkəməsinə zəng etdilər. Hadisə yerinə müstəntiq gəldi. Hadisəni araşdırmaq üçün meyiti morq apardılar. Müstnətiq hadisə yerinə gəlib deyir ki, atanın 68 yaşı var da, ölməli idi... Müstəntiq mənimlə birbaşa Binəqədi rayon İcra Hakimiyyətinin vəkili kimi danışırdı. Müstəntiq məni izahat almağa aparmışdı. Gördüm ki, Binəqədi rayon DTX-dan iki əməkdaş da gəlib. Onlar mənim qohumlarımdan hadisənin necə baş verdiyini soruşublar. DTX əməkdaşları bildirib ki, bizə hadisəyələ bağlı yanlış məlumat veriblər.
İşi məhkəməyə verəcəm. Bizə ayrılan müstəntiq Binəqədi rayon İcra Hakimiyyətinin vəkili kimi danışır. Hazırda anamın vəziyyəti də pisləşib. Qeyd edim ki, hadisə anında evimizdə işləyən usta da orda olub".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|