Xəzər rayonunda KOMMUNAL TALANÇILIQ... - İTTİHAM
Tarix: 20-10-2021, 10:09 | Çap et
Məlum olduğu kimi Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etdiyi barədə mətbuatda yayılanlara görə oğlu İlham İslamov Şüvəlanda bələdiyyə sədridir, qardaşı Böyükağa İslamov isə əvvəllər qəsəbələrin birində icra nümayəndəsi işləyib, daha sonra isə qardaşının vasitəçiliyi ilə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsinə gətirilib. Əvvəllər bu birlik rayon ərazisində boş torpaq sahələrinin satılmasına və qanunsuz tikililərin rəsmiləşdirilməsinə nəzarət edirdilər. İndi isə Xəzər rayonu ərazisində satılası torpaq sahəsi qalmadığından onlar dövlət vəsaitlərinin çıxdaş edilməsi ilə məşğuldurlar.
Böyükağa İslamovun rəhbəri olduğu Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi hər il satınalmalar yolu ilə Xəzər rayonunda asfalt örtüyünün təmir işlərinə, maşın və mexanizmlərin, xüsusi texnikaların, avadanlıqların, təsərrüfat mallarının satınalınmasına və abadlaşdırma işlərinin görülməsinə külli miqdarda dövlət vəsaiti ayırır.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən asfalt örtüyünün təmir işlərinin ( Xəzər rayon ərazisində yerləşən Türkan qəsəbəsi, Bağ sahəsi 1, 2, 3, 4, 5 və 6 ünvanlarında asfalt örtüyünün təmir işləri) satınalınması üzrə 296 365.61 məbləğinə satınalma müqaviləsi 18.12.2020-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb. Birlik tərəfindən 09.12.2020-ci il tarixdə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə 457 151.35 manat dəyərində tenderin qalibi “İMPROTEX TRUCKS AND BUSES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və əsas şərtlər toplusunda göstərilmişdir. 09.12.2020-ci il tarixdə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirilmiş tenderin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və MMC ilə birlik arasında 158 120 manat müqavilə bağlanıb. Birlik tərəfindən avadanlıqların satınalınması üzrə keçirilmiş tenderin nəticələri də 09.12.2020-ci il tarixdə açıqlanıb və “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 434 263.6 manat məbləğində müqavilə bağlanıb. Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23.11.2020-ci il tarixdə Dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirdiyi tenderi də “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti udub və aralarında 174 657.7 manat müqavilə bağlanıb. 07.10.2020-ci il tarixdə abadlaşdırma xidmət haqqının ödənilməsi (Asfalt örtüyün təmiri işləri) üzrə birlik tərəfindən keçirilmiş tenderin qalibi “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti olub və 249 153.06 manat məbləğində dövlət sifarişinin həyata keçirilməsi üçün müqavilə bağlanılıb.
Qeyd edək ki, “İmprotex Trucks and Buses” MMC “İmprotex” Şirkətlər Qrupuna daxildir və keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, vaxtilə adı maxinasiyalarda hallanmış, hazırda oliqarx Füzuli Ələkbərova məxsusdur.
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət olunan ərazilərdən yığılaraq daşınan məişət tullantılarının və çirkab mayenin həcmi “şişirdilir”, zibil meydançanın ətrafının mişar daşı ilə hörülməsi, əhəng məhlulu ilə ağardılması, konteynerlərin təmiri işlərinə artıq pul silinir. Küçələrdəki yaşıllıq zolağının ərazisində bulaqların ventilləri istismar müddəti bitmədən sıradan çıxmış kimi göstərilərək kağız üzərində tez-tez yenisi ilə “dəyişdirilir”.
MKTB-nin işçilərinə alınmış kimi göstərilən və toplam dəyəri iri məbləğlərlə ölçülən müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər heç də onların hamısına paylanılmır.
Birliyin su maşınları ilə хidməti ərazilərin, məcburi köçkünlərin, idarə və təşkilatların on minlərlə ton içməli su ilə təmin edildiyi göstərilsə də, yayda aparıllan müşahidələrdən bəlli olub ki, çox vaxt su maşınlarla satılır.
Bütün bu sadalananlardan başqa, mənzil fondunun qorunub saxlanması məqsədilə və payız-qış mövsümünə hazırlıqla əlaqədar Birliyin balansında olan çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının dam örtüklərinin “əsaslı təmiri”, binaların girişlərində “təmir-bərpa işləri”, binaların fasadının, girişlərinin və pilləkən qəfəslərinin “emulsiya ilə rənglənməsi”, hər birinin giriş qapılarının və pilləkən qəfəslərindəki pəncərələrin “yenisi ilə əvəz olunması”, pillələrin “aqlay daşı ilə üzlənməsi”, “alaq otlarının təmizlənməsi”, “ağacların gövdələrinin ağardılması”, “mənzillərin tüstü bacalarının və havadəyişmə kanallarının təmizlənməsi” adı altında xeyli vəsait “xırıd edilir”. Qeyri-qanuni bağ-bağçaların, kiçik torpaq sahələrinin, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər sökülməsində də vətəndaşlara münasibətdə ayrı-seçkilik edilir, rüşvət aldıqları şəxslərin qanunsuz tikililərinə əl vurmurlar. Böyükağa İslamovun bu müstəvidə işlərinin rəvan getməsi üçün “əldən – ayaqdan gedən” əsas əlaltısı isə MKTB-nin sanitar-təmizlik sahəsinin rəisi Məhəmməddir.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|