Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Karateçi deputat özünü bir daha belə ifşa etdi - İLGİNC FAKTLAR
Tarix: 17-11-2021, 12:10 | Çap et
Karateçi deputat özünü bir daha belə ifşa etdi
Ötən il, deputat seçkiləri ərəfəsində, Aktualinfo.org 113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halında bir sıra ciddi çatışmazlıqların olduğu barədə araşdırma məqalə yaymışdı. Tərcümeyi-halındakı şübhəli məqamlara həmin dövrdə nə Vüqar İskəndərov, nə YAP, nə də Mərkəzi Seçki Komissiyası heç bir aydınlıq gətirmədi. Nəticədə Vüqar İskəndərov akademek Yaqub Mahmudovdan “güclü” çıxaraq VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Hazırda Hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü kimi fəaliyyətini davam etdirir.

Üstündən bir il keçdikdən, yəni Milli Məclisdə yerini möhkəmləndirdikdən sonra deputat Vüqar İsgəndərov dövrü mətbuatda tərcümeyi-halındakı qaranlıq məqamlara aydınlıq gətirən açıqlamalar verib. Amma zənimizcə bu açıqlama ilə karateçi deputat özünü bir daha ifşa etmiş olub.

Əvvəlcə Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə nəzər salaq. Vüqar İskəndərovun birinci problemi təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Vüqar İsgəndərovun 1996-cı ildə Gürcüstanın Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsində qiyabi təhsil aldığı, həmin institutin isə Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında yer almadığı qeyd edilir. Bəri başdan qeyd edilməlidir ki, Gürcüstan Respublikası ərazisində təhsil boloniya sistemi üzrə aparıldığından ali məktəblərdə qiyabi təhsil ləğv edilmişdir. Buna baxmayaraq Gürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən vaxtı ilə tanınıb. Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.

Qeyd edək ki, ötən yazılarda deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını bildirmişdik.

Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.

Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.

Bir müddət öncə cənab deputat təhsili ilə bağlı xəbərlərə də münasibət bildirib. O, diplomlarının təsdiq edildiyini bildirərək sənədləri göndərib: “Laqodexidə Dövlət İnstitutunun hüquq fakültəsini qiyabi bitimişəm. 2011-ci ildə diplomum Təhsil Nazirliyi tərəfindən tanınıb.

Karateçi deputat özünü bir daha belə ifşa etdi

Göründüyü kimi, doğrudan da deputat Vüqar İsgəndərovun mətbuata təqdim etdiyi diplom tanınıb. Bu Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ona təqdim edilmiş şəhadətnamədən də görünür. Lakin buradan ortaya suallar çıxmağa başlayır. Əgər Vüqar İskəndərovun diplomu 2011-ci ildə tanınıbsa, deməli onun Laqodexi Elmi-Tədris İnstitutundan 2001-ci ildə əldə etdiyi diplomu 10 il heç bir hüquqi statusa malik olmayıb. Belə olan halda cənab V.İsgəndərovun əmək fəaliyyətinə yenə diqqət yetirmək zorunda qalırıq.

· 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.

· Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010–2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

Bax bu yerdə təbii suallar ortalığa çıxır: Necə olur ki, adam 1999-cu ildən 2011-ci ilədək, yəni diplomu Azərbaycan Respublikasında hüquqi status alanadək müxtəif dövlət orqanlarında əvvəlcə hüquqşünas kimi, 2005-2020-ci ilədək Şəki şəhər İcra Hakimiyyəti Aparatında Gənclər və İdman İdarəsinin rəisi və bu illər ərzində Şəki şəhər İH-ti başçısı yanında şuranın üzvü, 2010-cu ildən isə Şəki Pedaqoi Kollecin Dövlət İmtahan Komissiyasının sədri seçilmişdir? Bir az da olsa düşünməyə dəyər, cənablar! Vaxtilə Gürcüstanın 9 min nəfər əhalisi olan bir qəsəbəsində 200 tələbəsi belə olmayan bir təhsil müəssisəsinə adını yazdıran və 1999-2011-ci ilədək ən mühüm dövlət idarələrində vəzifələr tutan, lakin diplomu rəsmən tanınmayan birisinə bu qədər etimad etmək o qədər vacib idimi? Əsla.

Qayıdaq Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə. Vüqar İskəndərovun ikinci problemi isə hərbi xidmətlə bağlıdır.

Yəni, Vüqar İskəndərovun hərbi xidmətdə olmadığı da iddia edilirdi. Daha doğrusu onun Azərbaycan Ordusunda xidmət etmədiyi bildirilir. “Qafqazinfo” xəbər verir ki, sözügedən xəbərlərlə bağlı deputat Vüqar İskəndərovla əlaqə saxlanılıb. O bildirib ki, 1991-ci ildə Moskva şəhərində əsgərlikdə olub: “1992-c ilin sonunda hərbi xidmətdən qayıtmışam. Hərbi xidmətdə olmasaq, Milli Məclisdə nə işimiz var? Bunlar açıq məsələlərdir”.

Bəli, Vüqar İsgəndərov hərbi xidmətlə bağlı mətbuata da verdiyi açıqlamada bildirir ki, o 1 il Rusiya Federasiyasının Moskva şəhərində hərbi xidmətdə olmuşdur. Xatırlatmaq yerinə düşərki, o vaxtlar istər Rusiyada, istərsə də Azərbaycanda hərbi xidmət 2 il nəzərdə tutulurdu. Həqiqətən də araşdırmalarımız zamanı məlum olmuşdur ki, 1991-ci ilin okryabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra müstəqil ordu quruculuğuna da start verilmişdir. 1992-ci ilin “Xocalı soyqrımı”ndan sonra formalaşan Milli Ordumuz yayda Dağlıq Qarabağın xeyli ərazisini düşmən qüvvələrindən azad etmişdir. Bu arada milli hökümət tərəfindən Rusiya və digər ölkələrdə xidmət edən azərbaycanlıların Vətənə qayıdaraq hərbi xidmətlərini davam etdirilməsi barədə rəsmi tapşırıqlar verilmişdir. 1992-ci ilin sonundan rəsmən Azərbaycana qayıtmış minlərlə çağırışçı əsgərimiz öz xidmətlərini Milli Ordu sıralarında davam etdirmiş və 1996-cı ilədək xidmətlərini ləyaqətlə başa vurmuşlar, təkcə bu günkü deputat Vüqar İsgəndərlidən başqa. Məlumata görə o da digər azərbaycanlılar kimi Vətənə qayıtdıqdan sonra yaşadığı yer üzrə Hərbi Komissarlıqda qeydiyyata düşmək əvəzinə, asanlıqla Milli Ordu sıralarına qatılmaqdan yayınmışdır. Cənab İsgəndərovun mətbuata təqdim etdiyi hərbi biletin 1-ci səhifəsinə nəzər saldıqda asanlıqala oxunur ki, bu hərbi bilet onun reallıqda xidmət etdiyi, həmin dövrdə SSRİ Silahlı Qüvvələri tərəfindən deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əvəzedici ( “dublikat”) sənəd kimi verilmişdir. Qısası bu deputat Sovet ordusu tərəfindən verilmiş hərbi bileti ortadan çıxarmış, əvəzinə artəşkəs rejimi qüvvəyə mindikdən sonra milli hərbi bilet əldə edilmişdir.

Bir daha qeyd edək ki, Vüqar İskəndərov VI çağırış parlamentin Yeni Azərbaycan Partiyasından seçilmiş üzvüdür və 1 il 7 aydır ki, deputat kimi fəaliyyət göstərir.

· Növbəti saylarımızda deputat Vüqar İsgəndərovun hansı dövlət məmurunun himayəsi altında Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olduğu 2010-2015-ci illər ərzində Pedaqoji Kollecdə etdiyi “Şəki sərgüzəştləri” barəsində ətraflı məlumatlar veriləcəkdir.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru