Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                 

“Naxçıvan MR DİN” nağılının qaravəllisi: İfa edir nazir əvəzi Rəşad İsmayılov - Hamam hamam içində...
Tarix: 18-01-2022, 11:46 | Çap et
“Naxçıvan MR DİN” nağılının qaravəllisi: İfa edir nazir əvəzi Rəşad İsmayılov
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında Daxili İşlər Nazirliyində həyata keçirilən köklü islahatlar və Nazirliyin ştat strukturunun real əməliyyat şəraitinə uyğun olaraq yenidən təsdiq olunması daxili işlər orqanlarında idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, xidməti və icra intizamının möhkəmlənməsinə əlverişli şərait yaratmaqla polis orqanları əməkdaşlarının üzərinə daha ciddi məsuliyyət qoyub”.

DİA.AZ Ovqat.com-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan MR Daxili İşlər naziri əvəzi polis mayoru Rəşad İsmayılov dünən keçirdiyi 2021-ci ilin yekunlarına dair iclasda deyib.

(Mənbə: https://www.instagram.com/naxcivan.mr.din/tv/CY1q_9xFOCV/?utm_medium=copy_link)

Sual edə bilərsiniz: Cənab naziri əvəzi böyük bəh-bəhlə öydüyü “struktur islahatları” deyərkən nəyi nəzərdə tutur?

Zənnimizcə, bu suala ən dolğun cavabı saytımızın 23-11-2021 tarixli buraxılışında dərc olunan “Fazil Ələkbərovun sonunu gətirən əlbəyaxa döyüşü: Nazir “Cənab sədr”in səbr kasasını necə doldurdu?” sərlövhəli yazıda tapa bilərsiniz. Yazıda qeyd olunur:

“...Naxçıvan MR DİN-də “nizam-intizam”ı təmin edə bilmədiyinə görə “öz xoşuyla” “gedər-gəlməz” məzuniyyətinə göndərilən Fazil Ələkbərovdan sonra nazirlikdə böyük miqyaslı “struktur islahatları” aparılıb. Nazirliyin bir neçə şöbəsi ləğv edilib və yerinə hər hansı struktur yaradılmayıb. Ləğv edilən strukturlar bunlardır:

Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.

Təsəvvür edirsinizmi, Naxçıvan MR DİN-nin nazir əvəzi rəhbəri Rəşad İsmayılov istənilən daxili işlər orqanı üçün “olmazsa olmazlar”dan sayılan struktur vahidlərinin ləğv olunmasını, dolayısıyla qurumun suyu qurumuş dəyirmana çevrilməsini “müasir dövrün tələbləri”, “idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsi” sayır. Halbuki bu strukturlar olmadan DİN də yoxdur. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası içərisində dövlət olduğunu, onun DİN-də isə ən mühüm strukturlarının olmadığını nəzərə alsaq, yada uşaq vaxtı dinlədiyimiz nağılların proloqu sayılan məşhur qaravəlli düşür:

“Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər
Köhnə hamam içində,
Hamamçının tası yox,
Baltaçının baltası yox,
Orda bir tazı gördüm,
Onun da xaltası yox”.

Bu qaravəllidə “hamam” sözünü “dövlət”lə, “hamamçı” sözünü isə “DİN”lə əvəz etsək, daşlar tam yerinə oturar. Həmin “qaravəlli”dən sonra nazir əvəzi Rəşad müəllim öz şirin nağılının sonrakı hissəsinə belə davam edib:

“2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub. İl ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib”.

Qeyd edilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2021-ci il ərzində keçirilən tədbirlər nəticəsində 1 cinayət və 18 inzibati fakt aşkar edilib. 2020-ci illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı 2 cinayət, 12 inzibati fakt azalıb. Hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 193 ədəd müxtəlif növ silah, 1 ədəd silah üçün binokl, 1 ədəd minaaxtaran, 1 ədəd metalaxtaran, 1 ədəd siqnalkəsən cihaz, 58 ədəd xəzinə və 8631 ədəd müxtəlif növ döyüş sursаtı könüllü olaraq təhvil verilib.

Rəşad İsmayılov bildirib ki, hesabat ilində dахili işlər оrqаnlаrı tərəfindən 13 min 854 inzibаti prоtоkоl tərtib еdilib. Onlаrdаn 13 min 334-ü yоl hərəkəti qаydаlаrı əlеyhinə оlаn inzibаti хətаlаrа görə dövlət yol polisi əməkdаşlаrı, 438-i pоlis sаhə inspеktоrlаrı, 82-si isə digər xidmətlər tərəfindən tərtib оlunub. 2020-ci illə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 3523 vahid və ya 20,3% azalıb ki, buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsidir. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 434 dəfə profilaktiki söhbətlər aparılıb.

Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində görülən işlərdən də bəhs edən Rəşad İsmayılov vurğulayıb ki, xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1146 əməkdаş müхtəlif mükafatlara layiq görülüb.

Məruzə ətrafında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Qasım Həsənov, İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev çıxış ediblər.

İclasda ərazi polis orqanlarının qarşısına dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə qabaqlayıcı profilaktik və maarifləndirici tədbirlərə geniş yer verilməsi, Dövlət Yol Polisi İdarəsinin qarşısına isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobillərinin texniki vəziyyətinə, xüsusən nəqliyyat vasitələrinin qış aylarında texniki sazlığına, şəhərdaxili yollarda vətəndaşların piyada keçidlərindən istifadə etməsinə ciddi nəzarət edilməsi tapşırıqları qoyulub.

Sonda qərar layihəsi oxunaraq qəbul edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Dünən, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Dünən, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru