Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı - İLGİNC FAKTLAR
Tarix: 9-02-2022, 11:55 | Çap et
Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı
Məlum olduğu kimi, fevralın 7-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı Sərəncamla Naxçıvan MR Daxili İşlər nazirinin kimliyi müəyyənləşdi. Muxtar Respublika polislərinin etirazlarına məhəl qoymayan Vasif Talıbov bu vəzifəyə hərbi prokurorluq orqanlarında yetişmiş Rəşad İsmayılovu təyin etdi. Digər bir Sərəncamla Zahid Əjdər oğlu Gözəlov isə nazir vəzifəsinə layiq görüldü. Halbuki Naxçıvanda əlaqə saxladığımız bütün polis əməkdaşları açıq şəkildə Zahid Gözəlovu nazir postuna daha layiqli kadr kimi dəyərləndirirdilər. Polis əməkdaşlarının iradəsinə zidd şəkildə həyata keçirilən bu təyinatlar onu göstərir ki, Naxçıvan MR hakimiyyəti ənənəvi heç kimi saymamaq və öz bildiyini etmək kursunu bundan sonra da davam etdirəcək.

Dərd burasındadır ki, müasir dövlət idarəçiliyi ənənələrinə heç cür uyğunlaşa bilməyən Vasif müəllim həzrətləri Naxçıvan MR DİN-də keçirdiyi müşavirədə Muxtar Respublika polislərindən ciddi islahatlar aparmağı, indiyədək yol verilən nöqsanları aradan qaldırmağı tələb edirdi. Konkret hansı nöqsanlardan bəhs etdiyinə isə aydınlıq gətirmirdi.

Vasif Talıbovun şəxsi nümunə kimi ortaya qoyduğu yeganə yenilik isə bu dəfə yeni naziri kollektivə şəxsən təqdim etməsi oldu. Zira indiyə qədərki bütün nazirlər xüsusi təqdimat mərasimi keçirilmədən vəzifəyə gətirilmişdilər. Bu dəfəki xüsusi təqdimat mərasiminin keçirilməsi Naxçıvan standartları üçün misli görülməmiş addım sayıla bilər. Di gəl ki, bu addım belə, bəzi çevrələr tərəfindən Vasif Talıbovun öz rəqiblərinə, deməli həm də rəsmi Bakıya “burda mənəm, Bağdadda kor xəlifə” mesajını kimi dərk olunur. Baxmayaraq ki, artıq Bağdad belə, “kor xəlifələr” tərəfindən idarə olunmur və bu gedişlə bəhs edilən atalar sözünün bənzətmə hissəsi “Pxenyan” təcrübəsi ilə əvəzlənəcək. Yəni atalar sözü belə olacaq: “Burda mənəm, Pxenyanda Kim Çen İn”.

Bütün bunlar öz yerində. Cənab Vasif Talıbovun məlum çıxışında bizə maraqlı gələn başqa məqam da var. Bəlli olduğu kimi, hüquq fəlsəfəsinə görə, istənilən cinayətkar ünsür cəzasını çəkdikdən sonra günahlarından arınır. Heç kim onu keçmiş əməlinə görə qınaya və şübhəli şəxs kateqoriyasına aid edə bilməz. Bu ilk növbədə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasında nəzərdə tutulan Təqsirsizlik prezumpsiyası prinsiplərinə ziddir. Çünki bu prinsipə görə, "hər bir kəs təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinməlidir". Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, hüquq mühafizə orqanları heç kimə keçmişdəki suçuna görə önyarğı ilə baxa bilməz. Vasif Talıbov isə Naxçıvan MR DİN yetkililərinin qarşısında etdiyi çıxışında polislərə faşist rejimlərindən yadigar qalan “fişləmə” (cinayətə meylli şəxslərin qara siyahısını tutma) üsulu ilə fəaliyyət göstərməyi məsləhət bilərək deyirdi: “Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş verən, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir”.

Mənbə: https://nuhcixan.az/news/resmi-xronika/59322-muxtar-respublikanin-daxili-isler-orqanlarinin-fealiyyeti-barede-musavire-kecirilib



(07:59-cu dəqiqə)

Ali Məclis Sədrinin bu sözlərindən də göründüyü kimi, o, faktiki olaraq Muxtar Respublikada cinayətə meylli şəxslərin siyahısının tutulduğunu və bu şəxslərin əsasən keçmişdə cinayət törətmiş insanlardan təşəkkül tapdığını etiraf edir. “Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılan şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır”, - cümlələri də Cənab Sədrin potensial cinayətkarlar fəlsəfəsinin ən dolğun etirafı kimi başa düşülə bilər.

Vasif Talıbov həmin çıxışında etiraf edir ki, Naxçıvanda cinayətlərin minimum səviyyədə olmasının başlıca səbəblərindən biri fundamental insan hüquqlarının pozulması müqabilində aparılan proflaktik tədbirlərdir. Başqa sözlə, sahə inspektorları “öz ərazilərinin pasportunu” çıxarır, bu ərazidə yaşayan insanları mütəmadi olaraq nəzarət altında saxlayır: “Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir”.

Bir sözlə, Ali Məclisin Sədri Naxçıvanda faşist Almaniyasına xas “Gestapo” rejiminin hökm sürdüyünü rəsmən etiraf edir ki, bu da bir çox beynəlxalq hüquq normalarına ziddir. Bu da azmış kimi, Vasif Talıbovun sözügedən etirafları “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahəyə aid müvaifiq normativ hüquqi aktlarının tələblərini də pozur. Nədən ki, nə qədər faşist üsulu olsa da, beynəlxalq hüquq normalarına cavab verməyən bu tətbiqlər dünyanın, demək olar, bütün ölkələri tərəfindən həyata keçirilir. Amma bütün dövlətlər bu faktı bacardıqları qədər məxfi saxlayırlar. Beləcə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar. Əslində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 7 sentyabr 2004-cü il tarixli 733-IIQ №-li Qanununun 5.4.2-ci maddəsi (kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında) də bu cür məlumatların açıqlanmasını yasaqlayır. Cənab Sədr isə ağına-bozuna baxmadan Naxçıvanda “Gestapo” rejiminin fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Zənnimizcə, Vasif Talıbovun dövlət sirrini yayması faktı Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılmalı və lazımi ölçü götürülməlidir.
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru