Astarada vətəndaşlar dəniz üzünə də HƏSRƏT QALIB... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 15-02-2022, 11:39 | Çap et
Artıq bir çox illərdir ki, Astara şəhərinin ərazisində Xəzər sahilinin hasarlanması davam edir. Yerli sakinlərin "deputatların çimərliyi" adlandırdıqları yerlərdə Xəzərə çıxış qapadılıb. Hasar çəkilib, dəmir darvaza qoyulub. Elə yerlər var ki, hasar suyun içinə qədər hörülüb. Xəzərə açılan dəmir qapının üstündə kilid var. Nəzarətçinin deməsinə görə, kim dənizə getmək istəyirsə, qapını açırlar…
DİA.AZ xəbər verir ki, Xəzər sahilindən İrana gedən nəqliyyat yolunun bir tərəfində restoranlar, mehmanxanalar, evlər tikilib. Yerli sakinlərin demələrinə görə, çimərlik mövsümündə dənizə çıxmaq çətinləşir.
"Sahilə düşmək istəyirdim, imkan vermədilər..." "Mən dənizə yaxın yerdə yaşayıram. Yayda nəvələrimlə parka getmişdim, dəniz sahilinə düşmək istəyirdim, imkan vermədilər. Vaxtilə həmin yerlər boş idi, dənizə rahat enə bilirdik". Bu sözləri Astara şəhər sakini Həsənağa Məmmədov deyir.
O, daha sonra da əlavə edir: "Bəzi yerlərdə dənizə çıxış var. Həmin yerlərdə çimmək mümkün deyil. Park salıblar, amma burada yayda xidmət bahadır. Yayda dayanacaqlardan pul alırlar, halbuki, park dövlətin hesabına inşa edilib. İstəyirik ki, növbəti çimərlik mövsümünə qədər burada qayda yaratsınlar. Narahatçılıq doğuran hal odur ki, dəniz hasarlanır".
"Yazdıq prezidentə" Astara şəhərinin başqa bir sakini Zabir Ağayev də deyir ki, dənizin hasarlanması və çimərliklə bağlı ölkə başçısına müraciətləri olub: "Dəniz sahilində uzunluğu 70 metr olan çimərlik qalıb. 100 mindən çox əhalisi olan Astara rayon sakinləri neçə illərdir ki, həmin çimərlikdən istifadə edirdilər. Gördük ki, o çimərliyi də zəbt edirlər. Yazdıq prezidentə. Cavab Astara Rayon İcra Hakimiyyəti Aparatından gəldi. Bildirdilər ki, həmin yer dövlət çimərliyidir, heç kim oranı zəbt edə bilməz. Müxtəlif qurğular qurublar...".
"Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır" Adının çəkilməsini istəməyən bir Astara şəhər sakinin deməsinə görə isə, yüksək vəzifəli məmurlar ərazidə villalar inşa ediblər: "Burda mənzillər Bakıdakı mənzillərdən də bahadır. Kim onları alır?! Biz ala bilmirik".
Ərazidə gözətçilərdən başqa kimsə gözə dəymir. Amma tikinti işləri davam edir. Tikintini aparan məsul şəxslərdən və mövcud qurğuların sahibləri ilə isə danışmaq mümkün olmayıb.
Astara Şəhər Bələdiyyəsindən bildiriblər ki, dəniz sahilinə onlar nəzarət etmir. Astara şəhər inzibati ərazi nümayəndəliyindən rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət gördülər.
İcra hakimiyyəti: "Heç kimə dənizə getməyə qadağa qoyulmayıb" Astara Rayon İcra Hakimiyyətindən isə bunları bildirdilər: "Oraya şirkət nəzarət edir, onların balansındadır. Dənizin mühafizə zolaqları var, nəzərə alınmalıdır. Orda kölgəliklər düzəldiblər, insanların rahatlığı üçündür. Dəniz kənarında olan mülklər şəxsi mülkiyyətdir, amma dənizə çıxış var. Heç kimə dənizə getməyə qadağa qoyulmayıb. Oralarda tikinti işləri aparanda sənədlərə baxırıq".
Amma icra hakimiyyətindən hər hansı bir ad çəkilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|