Müdafiə nazirliyində YENİ HƏBS: Bu dəfə İdarə rəisinin qollarına QANDAL VURULDU - 3,5 milyon manat maddi ziyan...
Tarix: 21-02-2022, 12:35 |
Çap et
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. DİA.AZ xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.