Saleh Məmmədovun ayağındakı İNSAN ÖLÜMLƏRİ... - Bunun hesabı SORULMALIDIR...
Tarix: 23-02-2022, 12:37 | Çap et
Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla, bir ailənin 3 üzvü dünyasını dəyişdi. Həmin gün əslində o ailənin 8 üzvü həyatını itirdi, 5-i dəm qazından, 3-ü isə qəzada. Qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynadı.
Ancaq ekspertlərin bildirdiyinə görə, qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni, qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. DİA.AZ-ın məlumatına görə, mövzunu Publika.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, maşın heç nədən yoldan çıxıb aşmayıb və sözügedən yolda ciddi qüsurlar var imiş.
Bu səbəbi həm də nəqliyyat hadisəsinin baş verdiyi yolda hadisədən dərhal sonra təmir işlərinin aparılmasında da tapmaq olar. Belə ki, qəzadan sonra Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə asfalt döşənib. Bu isə onu deməyə əsas verir ki, qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub. Mənzərə onu da ortaya çıxarır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mövcud yolda təmir işlərinin aparılması üçün məhz bu cür dəhşətli bir qəzanın baş verməsini gözləyib. Qurumun əməkdaşları yolun sırf çökən hissələrinə yeni asfalt örtüyü çəkirlər. Bu isə yolun yenidən çökməyəcəyinə heç də zəmanət vermir.
E.Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi belə səhvləri bağışlamır. Onun sözlərinə görə, burada hər şeyi sürücünün üzərinə yükləmək düzgün yanaşma deyil: “Aydın məsələdir ki, sürücü sürət həddini aşıb, kəməri taxmayıb. Hansı birimizi onun yerinə qoysaq, o situasiyada nə kəmər, nə də sürət ağlımıza gələrdi. Böyük faciə baş verib, bir gündə 5 nəfər ölüb. Onlar həmin an affekt vəziyyətində olublar. İnsanları da başa düşmək lazımdır. Mən burada yüksək sürəti və bu kimi halları alqışlamıram, ancaq o yol qaydasında idisə, nə üçün qəzadan sonra gedib orda təmir işləri apardılar? Mən məsələni qabardanda, zənglər etdilər. Burada insan həyatından söhbət gedir, siz isə cibinizi, qohumlarınızın vəzifədə oturmasını düşünürsünüz. Yola nəzarət edən qurumun yoldan xəbəri yoxdur. Əslində xəbəri var, sadəcə orda pul gedəcək, bu isə onların cibinə ziyandır. Gözləyirlər ki, yol tamamilə dağılsın və sənəd yazıb dövlətə göndərsinlər. Kiçik rəqəmlərə iş kimi baxmırlar, milyonluq işlər olanda təmirə keçirlər. Burda insan həyatı müzakirə mövzusudur, bir ailə məhv oldu. Ancaq hələ də laqeyd yanaşırlar”.Ekspert bildirib ki, bu sahədə problem təkcə bununla bitmir. Yolların işıqlandırılmasında da eyni problem yaşanır: “Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələdir, ancaq icra etmir. Yol nişanları düzgün şəkildə quraşdırılmalı və aydın görünməlidir. Bunların anlaşılan vəziyyətdə olması təmin olunmalıdır. Piyada keçidlərində zolaqlar çəkilib, ancaq sonradan silinib, sadəcə zəif görünən izləri qalıb. Vətəndaş da həmişə keçdiyi və tanıdığı yol olduğu üçün həmin yerdən keçir. Ancaq sürücü bu zolağı görmür və piyadanı vurur. Belə hallar niyə yaşanmalıdır? Bir boya çəkmək bu qədərmi müşkülə çevrilib? Keyfiyyətsiz boya çəkib 2-3 aydan bir onu yeniləyirsiniz. Burada insanların həyatı məhv olur”.
Bu cür problemlərə görə bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, 2 ildən çoxdur ki, Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də yaxşı işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanının qoyulmaması, silinmiş xətlər, keçidlərin olmaması ucbatından baş verən qəzalar bu problemlərdə bir səbəbkarı göstərir.
Problem yalnız Bakı-Quba yolunda deyil. Şikayətçilərin bildirdiyinə görə, Bakı-Astara yolunda da analoji vəziyyət mövcuddur. Xüsusilə də çayların üzərində quraşdırılan körpülər qəzaya səbəb olur.
Elməddin Muradlı qeyd edib ki, əslində körpülərlə bağlı problem çox yerdə var. Elə paytaxt Bakıda da: “Körpülərin əksəriyyəti keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilib. O da bir körpü üçün 3 milyon yazıb, 2 milyonunu mənimsəyib. Ona görə körpülər bu vəziyyətdədir. Qələbə dairəsindən gəldiyimiz körpüdə də eyni problem var. Oradan keçəndə maşının içərisində səs-küydən oturmaq olmur. Bu problem tezliklə həll edilməlidir”.
Digər bir problem isə yollarda aparılan qazıntı işləri ilə bağlıdır.
Ekspert bildirib ki, bununla bağlı paytaxtda mütəmadi olaraq qəzalar yaşanır: “Yolu qazırlar, ancaq heç bir nişan qoymadıqları üçün maşın ora düşür. Bu yaxınlarda 8 Noyabr prospektində qazılan çuxura maşın düşdü. Ondan əvvəl Hüseyn Cavid prospektində çuxur qazdılar, müvafiq nişanları əraziyə qoymadılar və orda da eyni hadisə yaşandı. İnsanlara xeyli zərər dəydi. AAYDA yollarda təhlükəsizliyi təmin etmək üçün yaranıb, yoxsa yollarda problem yaratmağa? Bu qurumun funksiyası hələ də anlaşılan deyil. Yol dağıtmaq, yoxsa yol tikmək?! Tikdikləri yol da 6 aydan sonra dağılır, elə bir yol yoxdur ki, 6 aydan sonra oranı qazmasınlar, ya da orada nəsə bir problem yaşanmasın”.
Məsələnin hüquqi tərəfinə gəlincə, vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilərmi? Məsələn, Bakı-Quba yolunda baş verən qəza ilə bağlı həm təzminat davasının açılması, həm də cavabdeh şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündürmü?
Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, yol-nəqliyyat hadisələri ilə bağlı ekspertizalar keçirilərək, baş vermiş hadisənin səbəb və şəraiti aydınlaşdırılmalıdır: “Hadisənin baş vermə mexanizmi, avtomobilin sazlıq, nasazlıq məsələsi, eyni zamanda yolun standartlara uyğun olub-olmaması ilə bağlı istintaq tərəfindən ekspertiza keçirilə bilər. Əgər baş vermiş yol-nəqliyyat hadisəsi yolun nahamarlığı ilə, yolda həyata keçirilən qazıntılarla və s. bu kimi məsələlərlə bağlı olubsa, yolun qəzalı vəziyyətdə olmağı ilə bağlı yolu təmir etməli olan idarələrin burada məsuliyyət məsələsi ortaya çıxa bilər. Belə olan halda zərərçəkən şəxslər, eyni zamanda təqsirləndirilən şəxsin özü də həmin yola xidmət etməli olan dövlət qurumunu məhkəməyə verərək, baş vermiş hadisə ilə bağlı maddi təzminat ala bilər”.
Hüquqşünas hesab edir ki, burada ekspertin müvafiq rəy verməsi də zəruri olan haldır: “Eyni zamanda, istintaqın gedişi zamanı hadisənin səbəb və şəraiti, hadisənin baş verməsinə şərait yaradan hallar qeyd edilməlidir. Həmin hadisə ilə, yolun nahamarlığı və ya saz vəziyyətdə olmaması, yolda olan hər hansısa problemlərin səbəb və nəticə məsələsi burada qabardılmalıdır. Belə hallar varsa, vətəndaşların təzminat almaq hüququ yaranır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|