Əmrullayev BAZAR AÇIB, YOXSA?.. - NƏ BAŞ VERİR?
Tarix: 30-03-2022, 13:09 | Çap et
Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsil alanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək. Təhsil və geyim… Uzun illər məktəblərdə vahid məktəbli forması olmayıb, amma bu nə uşaqların təhsil almasına, nə də gələcəkdə hansısa peşə, sənət sahibi olmasına mane olmayıb. Son illərdə məktəbli forması ətrafında olan müzakirələr isə, bitmək bilmir. Demək olar ki, ildən-ilə dəyişən fikirlər belə bir düşüncə formalaşdırır ki, sanki vahid forma olmasa, uşaqlar təhsil ala bilməyəcəklər. dia-az.life-ın məlumatına görə, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, pandemiyadan əvvəl Təhsil Nazirliyi yanında İctimai Şura məhz məktəbli geyimləri ilə bağlı müzakirə keçirib: “Təhsil nazirinin iki müavinini və aidiyyatı məsul şəxsləri və eyni zamanda məktəbli geyimi istehsalı ilə məşğul olan böyük şirkətlərdən 6 istehsal müəssisəsinin rəhbərini dəvət edərək, dəyirmi masada bu məsələni ciddi müzakirə etdik”.
Alim qeyd edib ki, vahid məktəbli formasını dəstəkləyir. Çünki burada şagirdlər arasında bərabərlik formalaşdırılır. Şagirdlər arasında iqtisadi baxımdan geyim arasında olan fərq aradan qaldırılır. Bu, çox vacib bir məsələdir. Onun sözlərinə görə, bir çox hallarda humanizmə hədəflənmiş bu addımdan sui-istifadə halları da baş verir. Bu sui-istifadə hallarını da elə bəzi məktəblərin özü edir. Fərqli-fərqli məktəblərdə hər məktəbin öz standart formasını qəbul etmək sərbəstliyi olur. Bir çox hallarda bu sərbəstlikdən sui-istifadə müşahidə edilir.
“Sizə bir halı qeyd edim, məktəblərdən biri bizə bildirdi ki, məktəbin öz standart forması var. Və o zamanlar məktəbli forması 60 manata idisə, bu məktəb onu 120 manata satırdı. Çünki arada kimlərinsə marağı vardı. Bu, yaxşı hal deyil” - deyən ekspert bildirir ki, məktəbli formaları bazarı böyük bir bazardır. 1,5 milyon şagird real müştəridir. Nəzərə alsaq ki, bir şagirdin iki məktəbli forması olacaqsa, dövriyyədə 3 milyondan daha çox şagird geyimi olacaq. Yəni bu bazar, çox böyük bir bazardır. Bu bazarda sui-istifadə hallarının olmaması mümkün deyil.
Amma qaydalar olmalı, standartlar formalaşmalı, parçalarla bağlı – şagirdlərin sağlamlığı üçün nə qədər zərərlidir, qısacası vahid bir yanaşma təklif olunması çox vacibdir.
Standartlara cavab verməyən parçalardan məktəbli geyimlərinin hazırlanması yolverilməz olmalıdır: “Mən valideynlərdən çox eşidirəm ki, “bu parça keyfiyyətsizdir”, və yaxud “geyim zövqsüzdür”. Bu kimi hallar daha çox pul qazanmağa hədəflənir. Zövqsüz, eyni zamanda sağlamlıq baxımından sui-istifadə halları olmasın. Kimlərsə hümanist təşəbbüsdən varlanmaq məqsədilə istifadə etməsin. İstehsalçının marağında olmasa əlbət də bu işi görməz. Amma bu, ədalətli olmalıdır. Burada məqsəd, sadəcə valideynin cibinə girmək olmamalıdır. Biz o müzakirəni təşkil edərkən düşünürdük ki, məktəbli geyimlərinin konkret standartları və vahid qaydaları olmalıdır. Zövq, estetiklik, gözəllik məsələsi önəmli olmalıdır. Məktəbli geyimində estetiklik, gözəllik, zövq məsələsi yoxdursa, yaxşı hal deyil”.
İ.Orucov qeyd edir ki, rəqabət mütləq şəkildə vacibdir. Amma əsas hədəf o olmalıdır ki, məktəblilər gözəl və sağlam geyinsinlər. Maddi baxımdan geyimlər onlara ucuz başa gəlsin və sui-istifadə halları olmasın: “Bu məqamlar nəzərə alınmaqla düşünürəm ki, vahid məktəbli geyiminin tətbiqi yaxşıdır. Çox təəssüf ki, bizdə bu məsələlərə varlanmaq məqsədi, daha çox qazanmaq baxımından önəm verilir. Açığı danışaq; 4 uşağı olan valideyn uşağına fərqi yoxdur, məktəbli geyimi olmasa hər hansı geyimi alıb verəcək. Əgər bir geyimdən 500 min hazırlanırsa, onun qiyməti baha ola bilməz. Bu, mümkün deyil. Çünki burada say bazarda qiyməti öldürməlidir. Amma baxırsan ki, bir şalvarın qiyməti ilə məktəbli geyiminin qiyməti eynilik təşkil edir. Bu necə mümkün ola bilir? Deməli, sui-istifadə halı var. Deməli, kimsə qazanc məqsədilə vəziyəti fürsətə çevirir. Bir var 10 şalvar istehsal edirsən, bir də var 10 min şalvar istehsal edirən. Burada qiymət ən azı 3 dəfə ucuz olmalıdır. Çünki bu xammal topdan sifariş edilib, topdan alınır”.
İ.Orucov bildirib ki, burada qaydalar sərtləşsə, standartlar müəyyənləşsə, hər bir valideyn məktəbli geyiminin alınmasına maraqlı olacaq. Çünki məktəbli geyimi adi geyimlərdən dəfələrlə ucuz başa gələcək, digər tərəfdən şagirdlər arasında bərabərsizliyi aradan qaldıracaq. Ayrı-seçkilik aradan qalxacaq və bir gözəllik olacaq:
“Təsəvvür edin ki, məktəbə daxil olursan hamı eyni geyinib. Təbii ki, bu gözəldir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|