Naxçıvan səhiyyəsinin TURŞUMUŞ ÜZÜ... - İLGİNC İDDİALAR...
Tarix: 9-04-2022, 12:52 | Çap et
Naxçıvan MR Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə yenicə yazmağa başlayanda xəstəxananın üzündən zəhrimar yağan baş həkimi Zəbur Bağırovun sifət cizgiləri dəyişilmişdi. Deyilənlərə görə, yazılardan sonra sifətində 180 dərəcəlik dəyişiklilər edən baş həkim dodağına gülüş qondurub xəstələrin və işçilərinin qarşısına çıxır, günün böyük hissəsini isə kabinetdə keçirir, gözə çox görünməməyə çalışırdı. Son zamanlar isə onun qarışığının açıldığı, yenə köhnə xasiyyətinə qayıtdığı xəbər verilir. Bu da Zəbur həkimin Muxtar Respublika rəhbərindən “yazılanlara fikir vermə, xəstəxananı öz bildiyin kimi idarə et” təlimatını alması ilə izah olunur. Bəs, bir neçə ay ərzində Zəbur həkimin üzündə baş verən bu ani dəyişiklərin səbəbi nə ola bilər? Ovqat.com-a xəstəxanadan ötürülən məlumatlar bu suala qismən aydınlıq gətirir. Naxçıvan MR Mərkəzi Xəstəxanasındakı mənbələrimizdən aldığımız məlumata görə, 3 gün əvvəl xəstəxanaya boğazından və qollarından bıçaq yarası alan bir şəxs gətiriblər. Deyilənlərə görə, hadisə “Grand Oteldə” baş verib, hansı ki, həmin otel Talıbovlar ailəsinə məxsusdur. Hadisə gizli saxlanıldığından onun necə və hansı şəraitdə baş verdiyi barədə təfsilatlı məlumat ala bilmədik. Mənbəmizin bildirdiyinə görə, bu hadisədən sonra baş həkim Zəbur Bağırov xəstəxananın gündəlik toplantısını keçirib və iclasda xəstənin psixolojik problemləri olduğunu idda edib. İclasdan sonra Psixoloji xəstəxananın baş həkimini yanına çağıraraq yaralıya psixi xəstə diaqnozu qoymasını istəyib. Mənbəmizin təxminlərinə görə, Zəbur həkimin üzündə yenidən zəhrimar tuluqlarının peyda olması da məhz bu hadisə ilə birbaşa əlaqəlidir. Məsələ burasındadır ki, “Grand Otel” artıq bir ildən çoxdur ki yerli camaat arasında “bariton otel” kimi tanınır. “Çox rahatlıqla bəzi qadınlar orada öz müştərilərinə randevu verə bilirlər. Yerli şəxslərin o oteldə qalması ancaq bu məqsəd üçün ola bilər. Burada tam aydınlaşdıra bilmədiyimiz məsələ zərərçəkənin oteldə görüşməyə gələn qadınların qohumu yoxsa müştəri olduğudur”. Mənbəmiz xəstənin psixi problemi olan şəxs kimi göstərilməsinin səbəbini insidentin ört-bas edilməsi cəhdindən qaynaqlandığına inanır.
Maraqlıdır ki, bu hadisədən sonra Zəbur həkimin üzündəki zəhrimar tuluğu da böyüyüb. Hətta son iki ayda xəstəxananın gündəlik toplantısını aparmaq başqa həkimlərə həvalə edildiyi halda, “Grand Otel” qalmaqalından sonra həmin imtiyaz yenidən baş həkimə qaytarılıb. Görünür, Zəbur həkimin Naxçıvanın ali hakimiyyətinin biznes fəaliyyətinə kölgə düşürən məlum hadisəni yaxşı ört-basdır etmək qabiliyyəti yuxarı orqanlar tərəfindən təqdirlə qarşılanıb və ona yenidən “yaşıl işıq” yandırılıb. Zəbur həkim də “xan” həzrətləri qarşısında bərpa etdiyi etimadın sayəsində yenidən “zəhrimar tuluqlu üz” siyasətinə daha qərarlı şəkildə geri qayıdıb və 2 aylıq fasilənin əvəzini işçilərindən, xüsusilə də zəif təbəələr kateqoriyasına daxil olan tibb bacılarından və xadimələrdən çıxmağa çalışır. Məlumata görə, Zəbur həkimin köhnə xasiyyətinə qayıdışının ilk qurbanı endekrinoloji şöbənin bir tibb bacısı olub. Bildirilir ki, “Grand Otel” qalmaqalından dərhal sonra baş həkim geri qayıdışını nümayiş etdirmək üçün xəstəxananın endekrinologiya şöbəsini yoxlamağa gedib. Xəstələrin geydiyyat jurnalını yoxlayarkən, bir hərf səhvi gözünə dəyib. Tibb bacısının üstünə çımxıraraq niyə belə böyük qəbahətə yol verdiyini soruşub. Tibb bacısı isə baş həkimin kobudluğuna gülərüzlə cavab verib gərginliyi yumşaltmağa çalışıb. Deyib ki, əslində mətndə səhv yoxdur, sadəcə xətti bir az pis olduğundan o cür görünür. Baş həkim mətni yenidən gözdən keçirib, tibb bacısının haqlı olduğunu görüb, amma özünü də “sındırmaq” istəməyib. Dönüb ona daha yüksək səslə bağırıb: -Üzümə niyə hırıldayırsan? Get, evdə ərinin üzünə hırılda, - və digər daha nalayiq, alçaldıcı sözlərlə tibb bacısını aşağılayıb. Hadisənin şahidi olan endekrinologiya şöbəsinin rəisi, baş həkimin qadın müavini və digər həkimlər isə müti qullar kimi (əslində daha betər, sadəcə xətirlərinə dəyməmək üçün layiq olduqları epitetlərdən istifadə etmədik) başlarını aşağı salaraq susublar. Guya əsəblərini guya cilovlaya bilməyən Zəbur həkim bir az da irəli gedərək, qeydiyyat dəftərini cırıb və tibb bacısına zəhmət çəkib onu səliqəli xətlə yenidən yazmağı və bu işi bitirmədən evə getməməyi tapşırıb. Zavallı tibb bacısı vəziyyəti daha da gərginləşdirməmək üçün cırılmış vərəqələrin parçalarını yerdən toplayıb bir-birinə calayaraq, qeydləri yeni dəftərə köçürmək məcburiyyətində qalıb. Nəticədə iki gün evə gedə bilməyib. Tibb bacısının taksi sürücüsü olan həyat yoldaşı xanımının iki gündür evə gəlmədiyindən qəzəblənib və xəstəxanaya hücum çəkərək onu bütün kollektivin qarşısında döyməyə başlayıb. Səs-küyə Zəbur həkim və xəstəxananın digər rəhbərləri kabinetdən çıxıb bu “döyüş səhnəsi”nə şahidlik ediblər. Taksi sürücüsü onların da üstünə çığırıb və Ali Məclisə şikayətə gedəcəyini bildirib.
Vəziyyətin tündləşdiyini görən baş həkim yenicə qazandığı etimadı bir daha itirməmək üçün öz qadın müavininə ər-arvadı ayırmağı və tibb bacısının ərini şikayətdən vaz keçirmək üçün “qaynar nöqtəyə” göndərib. Zəburun müavinəsi taksi sürücüsünü dilə tutaraq deyib ki, “axı burda nə var, baş həkimimiz bir az hövsələsizdir də, hirslənib, tibb bacısına bir qədər sərt göstəriş verib. Bunu niyə böyüdüb vəziyyəti tündələşdirirsiniz?”. Qısası, bütün şöbənin kollektivi yığışıb uzun dil-ağızdan sonra taksi sürücüsü yola gətirə biliblər. Ovqat.com P.S. Bir gözümüz daim Naxçıvanda olacaq. Qarşılaşdığınız problemləri bizə yazmaqdan çəkinməyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|