Səlim Müslümovun nazirliyində yeni kadr ələməsi dalğası - Fizuli Ələkbərovun daha iki kadrı «vurulur»
Tarix: 7-03-2014, 12:14 |
Çap et
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi nazirliyində yeni kadr dəyişiklikləri planlaşdırılır. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaqlardan verilən xəbərdə bildirilir ki, birbaşa olaraq yeni nazir Səlim Müslümovun tapşırığı əsasında nazirliyin mərkəzi aparat işçilərindən daha ikisi yaxın günlərdə görəvdən alınacaq.
Mənbənin söylədikləri: «Onlar da eyni qaydada ciddi ittihamlarla - «işlərində yol verdikləri nöqsanlar» səbəbindən işlərindən kənarlaşdırılacaq. Hələlik bu barədə işlər bir qədər məxfi aparılır. Çünki onlardan birinin barəsində toplanan faktlar hüquq-mühafizə orqanlarına da təhvil verilib».
Onu da bildirək ki, bir neçə gün əvvəl ƏƏSMN şefi 3 rayonun sabiq ƏSMM rəhbərinə sənədlərini qaydasına salma barədə göstəriş vermişdi və açıq şəkildə həmin kadrları hədələyərək bildirmişdi ki, əks halda, əldə olan qanun pozuntuları ilə bağlı faktlar hüquq-mühafizə orqanlarına veriləcək.