Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından yerli KİV-də çox yazılıb. Bu səhiyyə ocağı ilə bağlı neqativlər hər zaman nəinki xəstəxana rəhbərliyi tərəfindən, TƏBİB və səhiyyə nazirliyi tərəfindən belə təkzib olunub. Yəni yekunda mətbuat son söz kimi rəsmilərin dediklərini rəhbər tutmalı olub. Çünki qeyd olunan müəssisə qapalı olduğundan əlavə dəlil və sübutların toplanması mətbuatt üçün nəinki çətindir, hətta əksər hallarda imkansızdır.
dia-az.life bildirir ki, amma bu dəfə ortada çox ciddi ittihamlara yol açacaq və hüquq-mühafizə orqanları tərəfindən araşdırılması labüd olan faktlar var. Çünki iddiaları səsləndirən şəxs Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından qaçdığını deyən Nazimdir və onun bildirdiyinə görə, sözügedən müəssisədə xəsələrə əməlli-başlı divan tutmaqla yanaşı, qanunsuz - daha dəqiqi cinayət xarakterli işlərlə də məşğuldurlar.
dia-az.life bildirir ki, dəlixanadan qaçan Nazim orda olan hadisələrdən məşhur videobloger Nail Kəmərlinin kanalına danışıb. Onun söylədikərini olduğu kimi (18+) təqdim edirik və ümid edirik ki, gərəkən qurumlar səslənən itihamları araşdıracaq. Çünki söhbət insanlarımıza - xəstə olan, ağılları başlarında olmayan vətəndaşlarımıza qarşı cinayə xarakterli əməllərdən gedir...