TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib
Tarix: 29-12-2024, 10:45 |
Çap et
TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.
TƏBIB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 22.12.2024-cü il tarixində saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib. Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.
"Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - qeyd edilib.