Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Tarix: 29-12-2024, 09:47 |
Çap et
" "Bank of Baku"dan ciddi şikayətim var. "Bank of Baku" rəsmilərinə müraciət edirəm: Bir neçə işçinizin bankın daimi müştərisinə məsuliyyətsiz yanaşıb 5 gün vaxtını alması və yanlış məlumatlar verməsi, digər əməkdaşınızın bunun müqabilində üzr istəmək əvəzinə qeyri-etik, hörmətsiz şəkildə danışması ilə bağlı şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə Mirkamil Kazımzadə adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımda giley edir.
Narazı vətəndaş dha asonra yazır: "Bu şikayəti təkcə yazılı şəkildə yox, canlı şəkildə edə biləcəyim ünvanınız varmı ? Şikayətim Nəsimi filialındakı iki əməkdaşlarınızdandır. Siz öz əməkdaşlarınıza müştəri ilə nə şəkildə danışmaq və müştəri tələblərinə uyğun xidmət göstərməsi barədə təlimat verirsinizmi ? Yoxsa yaxşılardan iraq, bəzi bank əməkdaşlarınız müştəriyə hörmətsizlik edib, özlərini ağa saymağı normal görürlər?"