Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Tarix: 29-12-2024, 09:41 |
Çap et
"Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən bu marketdə satıcılar məcburi sellofan torba satır, almaq istəməyənə, sadə paket tələb edənə kobud şəkildə "tut qucağına get" deyirlər..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Həmçinin alıcılara tələb etməsə kassa çeki də təqdim olunmur.
"Azersun" Holding və "AL Market" rəhbərliyi əgər belə göstəriş verməyibsə, bəs onda bu nə özfəaliyyət və özbaşınalıqdır? Yoxsa Azərbaycan qanunvericiliyi bu marketə aid deyil?"