Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesini başlatması ciddi müzakirələrə yol açıb. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir. “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bildirib ki, Ermənistanın bu addımı Rusiyaya qarşı və Aİİ-dən çıxmanın başlanması kimi qəbul edilib: “Ermənistanın Aİİ-dən çıxması təkcə iqtisadi deyil, həm də ciddi siyasi problemləri ehtiva edir və birbaşa Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Yeri gəlmişkən, KTMT ilə münasibətlərdə yaranmış böhran vəziyyətində hətta Ermənistan Aİİ-nin əhəmiyyətini və ondan əldə edilən böyük faydanı bəyan etsə də, Moskva xəbərdarlıq edib ki, onlar son addıma “göz yummaq” fikrində deyillər. İqtisadçılar bu prosesin ağır iqtisadi nəticələrindən danışacaqlar, lakin bu, siyasi və təhlükəsizlik baxımından ölkəni zəiflədəcək”. Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirib. Baş nazirin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa Virliyinə (Aİ) daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır. O bildirib ki, Aİİ ilə əlaqələr məhdudlaşdırılarsa, Ermənistanda enerji qiymətləri artacaq və ixrac azalacaq: "Aİİ və AB bir-birinə uyğun gəlmir. Hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Buna görə də Ermənistanda baxılan “Avropa Birliyinə qoşulma prosesinin başlanması” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov da bildirib ki, coğrafi baxımdan Ermənistanın nə Avropa, nə də NATO ilə bir əlaqəsi var. Rusiyalı parlamentari qeyd edib ki, Ermənistan rəhbərliyinin hərəkətlərini qlobusa bayquş sığdırmaq istəyi ilə müqayisə etmək olar: "Avropa İttifaqında İrəvan heç kimə lazım deyil və bütün bu vədlər Ermənistanı böyük ehtimalla ölüm gözlədiyi yerə şirnikləndirmək üçün eşşəyin qarşısında çubuqda sallanmış kök kimi istifadə olunur". Juravlyov əlavə edib ki, Ermənistan hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləməsi heç nə demək deyil. Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər. Dumanın MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov isə qeyd edib ki, əgər Ermənistan Avropaya inteqrasiya yolu ilə getmək qərarına gəlibsə, o zaman Avrasiya İqtisadi İttifaqından çıxarılmalıdır və Birlik sayəsində əldə etdiyi üstünlüklərdən məhrum edilməlidir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi indiki halda, yəni qonşu Azərbaycan ilə ciddi və normal münasibətlərin mövcud olmadığı, Türkiyəyə qarşı əsassız iddiaların geri çəkilmədiyi bir zəmində inandırıcı və real deyil. Ekspertin sözlərinə görə, Ermənistanı bu ittifaqa üzv etmək arzusunda olan Fransa kimi dövlətləri İrəvanın qonşularla münasibəti və onların maraqları, təhlükəsizliyi maraqlandırmır:
"Ancaq Azərbaycanı və əsasən də Türkiyəni bu məsələ ciddi şəkildə maraqlandırır. Gürcüstan və Ukrayna barədə Qərbin vədləri, son nəticədə isə onları Rusiya ilə üz-üzə qoyması faktı ortadadır. Əgər Ermənistanla da bu hal baş verərsə, regionda gərginlik arta bilər. Sərhədlərin müəyyənləşməsi və sülh prosesi hələ ləngiyir. Ermənistanın belə bir arzusu varsa, öncə Azərbaycanın tələblərini yerinə yetirməli, sülhə getməlidir. Üstəlik, təzminat və Qərbi Azərbaycan əhalisinin qayıdışı məsələsi də həllini tapmalıdır. Əks halda faşist və işğalçı ideologiya ilə, başqa dövlətlərin ərazisinə qarşı iddianı Konstitusiyasına salmış bir rejim necə Avropa İttifaqının üzvü ola bilər?! Onda belə çıxır ki, Avropa İttifaqının özü faşizmi dəstəkləyir, yaxud faşistləşir?!".
Siyasi şərhçinin fikrincə, Qərbin məqsədi, ümumiyyətlə, regionda Azərbaycan və Türkiyəyə qarşı Ermənistanı hər vəchlə gücləndirməkdir: "Rusiyanın müəyyən qədər zəiflədiyini və bölgədə təsirini itirdiyini görürlər və ona görə də Ermənistana mümkün dəstəyi verirlər ki, Azərbaycanın qarşısında bir maneəyə çevirsinlər. Ermənistan hələ ki, bu prosesə hazır deyil. Avropa bunu istəsə də, təkid etsə də, indiki halda mümkünsüzdür. Fransa başda olmaqla bəzi Qərb dövlətləri Ermənistana təhlükəsizlik statusu qazandırmaq istəyirlər. Fransa silahlandırır və bununla qane olmur. Çünki görür ki, müharibə şansı azdır. Ermənistan bir dəfə məğlub olub və qarşısında Azərbaycan və Türkiyə kimi güclü dövlət var. Ermənistana Fransa kimi beş dövlət də silah versə, yenə də bu güc qarşısında nəyəsə nail olması qeyri-mümkündür. Ona görə onu Aİ-yə üzv etmək təşəbbüslərinə meyl edirlər". T.İrfan vurğulayıb ki, Ermənistan bu məsələyə görə Rusiyanın ciddi təzyiqi ilə üzləşə bilər: "Qərb eyni zamanda bu addımı Rusiyanı tam təcrid edərək çökdürmək planının tərkib hissəsi kimi atmaq istəyir. Amma Azərbaycan və Türkiyə kimi region dövlətlərinin təhlükəsizlik məsələsi və Ermənistan ilə həll edilməmiş ciddi mövzular yoluna qoyulmadan buna rəvac verilməsi inandırıcı deyil. Əgər Qərb həqiqətən regionda sabitlik istəyirsə, Ermənistana silah vermək əvəzinə işğalın yaratdığı problemləri aradan qaldırmağı tövsiyə etməlidir ki, Aİ-yə üzv olmaq kimi proseslərə yol açılsın. Əks halda bu ondan xəbər verir ki, Ermənistanın mövqeyini möhkəmləndirib Azərbaycana qarşı yenidən qaldırmaq istəyirlər. Bu da Azərbaycan, Türkiyə, hətta Rusiyanın da region dövləti olaraq təhlükəsizliyinə təhdiddir. Məqsəd Ermənistanda kəşfiyyat qurumları, hərbi bazalar qurmaq və regionda Qərbin reket dövləti halına gətirməkdir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|