"Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" .....                     "Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... .....                     ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı? .....                     Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb .....                     Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu .....                     Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı .....                     "Heç bir xəstəliyim yoxdur" .....                     Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq .....                     Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı .....                     “AAAF Park”da nə baş verir? .....                     Universitetlər Bakıdan bu qaydada köçürüləcək .....                     Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? .....                     Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur .....                     Ağlar günə qalan səhiyyəmiz... .....                     İş adamı Emin Huseynov SAXLANILDI .....                     QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... .....                     'Nikolaydan qalma' direktor YOLA SALINIR? .....                     Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? .....                     Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? .....                     Köhnə yolda tələsən Zaur... .....                     “Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır .....                     Vəkillərdən serialdakı söyüşə cavab: .....                     Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var .....                     Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir .....                     “Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” .....                     Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: .....                     "Deyirlər, Ramal yatır, verilişə gəlmir" .....                     Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər .....                     Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü .....                     "Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR .....                     Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ .....                     "Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" .....                     Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? .....                     Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib .....                     Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti .....                     “Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir .....                     Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir .....                     Ermənistanı Avropa İttifaqında heç kim gözləmir .....                 

ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Tarix: 17-01-2025, 17:36 | Çap et
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb
Ermənistan üçün prinsipial seçim mərhələsi böyük sürətlə yaxınlaşmağa başlayıb. Belə ki, bundan sonra rəsmi İrəvanın xaotik xarici siyasət kursu Ermənistan üçün ümidverici nəticələrdən uzaq qala bilər. Çünki Paşinyan hakimiyyəti indiyə qədər bir-birinə düşmənçilik münasibəti olan nəhəng dövlətlərlə paralel yaxın münasibətlərə üstünlük verirdi. Və rəsmi İrəvan belə geopolitik oyunların Ermənistana fayda verə biləcəyini düşünürdü.

Ancaq son baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyətinin dünya nəhəngləri arasında xaotik hərəkət trayektoriyası Ermənistanı artıq "geopolitik labirintə" salmağa başlayıb. Çünki ABŞ və Qərbin Rusiya ilə qlobal qarşıdurması hazırda həlledici mərhələyə yaxınlaşır. Bu baxımdan, həm ABŞ və Qərb, həm də Rusiya Ermənistandan tərəfini seçməsini istəyir. Belə ki, əgər, rəsmi İrəvan Qərbə inteqrasiya kursuna sadiqdirsə, onda Rusiya ilə müttəfiqliyə və KTMT üzvlüyünə yenidən baxmaq məcburiyyətindədir. Və bunu indi Ermənistandan hər iki tərəf tələb edir.

Xüsusilə də, rəsmi İrəvanın Avropa Birliyinə üzvlük niyyətini sənədləşdirməsi və Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması Kremldə ciddi qəzəblə qarşılanıb. İndi Kreml rəsmi İrəvanı Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT-dan qovula biləcəyi ilə təhdid edir. rəsmi İrəvan nə qədər Qərbə inteqrasiya siyasəti yürütsə də, Ermənistan üçün hələlik Avrasiya İqtisadi İttifaqına və KTMT-ya alternativ iqtisadi-ticari, eləcə də təhlükəsizlik məkanı yaradılmayıb. Və bu, o deməkdir ki, hazırda rəsmi İrəvan həm iqtisadi-ticari, həm də təhlükəsizlik baxımından, blokadaya düşmək ehtimalı ilə üzləşib.

Təbii ki, belə qəliz situasiyada Ermənistan üçün Azərbaycanla imzalanacaq yekun sülh sazişinin strateji əhəmiyyəti daha da artmış olur. Hər halda, Paşinyan hakimiyyətinin üzvlük cəhdlərinin perspektivsiz olduğu şübhə doğurmayan Avropa Birliyi və Ermənistanın strateji tərəfdaşlıq sazişi imzaladığı ABŞ rəsmi İrəvana təhlükəsizlik təminatı, eləcə də yeni "iqtisadi-ticari pəncərə" vəd etmir. Və rəsmi İrəvanı çıxılmaz vəziyyətə yaxınlaşdıran əsas məsələ də məhz budur.

Ona görə də, baş nazir Nikol Paşinyanın "sülh, qonşu ölkələrlə, başqalarının himayəsi olmadan dinc yaşamaq qabiliyyətidir" məzmunlu açıqlaması qətiyyən təsadüfi deyil. Belə ki, Qərbə inteqrasiyaya can atan erməni baş nazir Ermənistanın gələcək taleyinin məhz qonşu ölkələrdən, xüsusilə də, Azərbaycan və Türkiyədən asılı olduğunu da anlamamış deyil. Və ona görə də, Paşinyan hakimiyyəti manipulyativ də olsa, Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün hər halda, "açıq qapı" buraxmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla sülh sazişinin imzalanması yaxın vaxtlarda Ermənistan üçün taleyüklü strateji hədəfə də çevrilə bilər. Çünki Qərbə inteqrasiya cəhdləri Kremlin Ermənistana qarşı iqtisadi-ticari sanksiyalarına yol açarsa, rəsmi İrəvan məhz Azərbaycan və Türkiyəyə möhtac duruma düşə bilər. Azərbaycanla yekun sülh sazişini imzalamadan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması isə qətiyyən mümkün görünmür. Və sülh sazişi üçün Qərbdən hələ icazə almamış rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının Ermənistan üçün "geopolitik labirint"dən alternativsiz "çıxış qapısı" ola biləcəyini də artıq anlayır.

Ancaq Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalayaraq, Ermənistanı "geopolitik labirint"dən çıxarmağa nail olması üçün ilk növbədə qərəzli və bloklayıcı erməni narrativlərindən uzaqlaşması da lazımdır. Çünki artıq heç kimə maraqlı olmayan, əhəmiyyət verilməyən erməni narrativləri Ermənistanın önünü qapayır. Rəsmi İrəvana sülh şərtlərini qəbul etməyə imkan tanımır. Və nəticədə Ermənistanın gələcək mövcudluq şansları böyük təhlükələr qarşısında qalmış olur.

Rəsmi Bakının yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın yerinə yetirilməsini tələb etdiyi şərtlər isə həm sadə, həm də beynəlxalq hüquq normalarına uyğundur. Belə ki, rəsmi İrəvan ilk növbədə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ifadə edən maddələri mütləq təmizlənməlidir. Eyni zamanda, iki ölkə arasında silahlı münaqişəyə son qoyulduğu üçün Ermənistan da Azərbaycan kimi, ATƏT-ə Minsk Qrupunun ləğv edilməsi ilə bağlı rəsmi müraciət göndərməlidir. Və nəhayət, tərkibi Qərb kəşfiyyatının əməkdaşları hesabına formalaşdırılmış, yalnız casusluq fəaliyyəti ilə məşğul olan Avropa Birliyinin mülki müşahidə missiyasi da ləğv edilməlidir.

Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi əslində, o qədər də uzaqda deyil. İlk növbədə sülh sənədinin bütün maddələri tərəflər arasında razılaşdırılmalıdır. Buna paralel olaraq da Azərbaycan Prezidenti İlham Əliyevin israr etdiyi tələblər mütləq yerinə yetirilməlidir. Əks halda, bunlar baş verməyəcəyi təqdirdə, Azərbaycan lideri yekun sülh sazişini imzalamaz. Və bundan yalnız Ermənistan ziyan çəkən tərəf olar.

Maraqlıdır ki, son vaxtlar rəsmi İrəvanın Azərbaycan Prezidenti İlham Əliyevin sülh sazişinin imzalanmasından öncə atılmalı olan addımlarla bağlı tələblərini icra etməyə meylli olduğu müşahidə edilir. Belə ki, rəsmi İrəvan yeni Ermənistan konstitusiyasının növbəti parlament seçkilərinə qədər hazır olacağını bəyanlayıb. Halbuki, buna qədər Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasının dəyişdirilməyəcəyini vurğulayırdı. Və indi bu məsələ ilə bağlı irəliyə doğru addımların atılma ehtimalı artıb.

Digər tərəfdən, rəsmi İrəvan Avropa Birliyinin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinin delimitasiya edilmiş hissəsində fəaliyyətinə ehtiyac olmadığını bildirib. Böyük ehtimalla bu, rəsmi İrəvanın tədricən bu missiyadan imtina olunmasının mümkünlüyünə yönəlik mesajdır. Və Ermənistanın Cənubi Qafqazda Qərbin "geopolitik müstəmləkə"si durumuna düşdüyünü nəzərə aldıqda, bu məsələnin rəsmi İrəvanı müəyyən problemlərlə üzləşdirə biləcəyi də qətiyyən şübhə doğurmur.

Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət məsələsində də müəyyən pozitiv irəliləyiş ehtimalı artmış kimi görünür. Belə ki, "Hraparak" nəşri Paşinyan hakimiyyəti daxilindəki mənbələrinə istinadən iddia edir ki, rəsmi İrəvan yaxın aylarda Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət göndərmək niyyətindədir. Ermənistan siyasi dairələrində hesab edirlər ki, baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə son açıqlamalarından sonra öz əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin bütün şərtlərini yerinə yetirməyin qaçılmaz olduğunu artıq qəbul etməyə başlayıb. Rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişi imzalanmadan Ermənistanın yeni iqtisadi-ticari məkana çıxış və təhlükəsizlik təminatı qazanmasının mümkün olmayacağı ilə barışmaq məcburiyyətində qalıb. Çünki nə Avropa Birliyi, nə də ABŞ Ermənistana belə imkanlar açmaq niyyətində deyil. Və bu baxımdan, Qərbə inteqrasiyaya can atan Ermənistanın gələcək taleyi əslində, məhz Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə bağlıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" - "Financial Times"
Bu gün, 02:17
"Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... - "Manatla verdiyi krediti dollarla tələb edir"
Bu gün, 02:15
ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı?
Bu gün, 01:34
Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb - Neftçaladan şikayət
Bu gün, 01:27
Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu
Bu gün, 01:01
Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı - "The Telegraph"
Bu gün, 00:58
"Heç bir xəstəliyim yoxdur" - Kadırov
Bu gün, 00:56
Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq - SİYAHI
Bu gün, 00:54
Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:52
“AAAF Park”da nə baş verir? - Üzürləri günahlarından betər...
Bu gün, 00:49
Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Bu gün, 00:38
Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? - İddia + VİDEO
Bu gün, 00:33
Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:26
Ağlar günə qalan səhiyyəmiz... - BU FAKTDIR!
Bu gün, 00:23
İş adamı Emin Huseynov SAXLANILDI - SƏBƏB
Bu gün, 00:19
QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur
Bu gün, 00:16
'Nikolaydan qalma' direktor YOLA SALINIR? - İDDİA
Bu gün, 00:11
Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? - AXI NİYƏ?..
Bu gün, 00:06
Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? - türklər, iranlılar, yoxsa ərəblər?
Bu gün, 00:03
Köhnə yolda tələsən Zaur... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:00
“Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır - RƏSMİ
Dünən, 19:16
Vəkillərdən serialdakı söyüşə cavab: “Cinayət işi açılmalıdır!”
Dünən, 19:12
Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var - Bakının zəbt olunan səkiləri
Dünən, 19:02
Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir - FAKT BUDUR!
Dünən, 19:00
“Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” - ŞƏRH
Dünən, 18:58
Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: - Ərdoğanın işə qarışması…
Dünən, 18:08
"Deyirlər, Ramal yatır, verilişə gəlmir"
Dünən, 18:03
Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər - GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB
Dünən, 17:59
Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi
Dünən, 17:57
"Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR - RƏSMİ
Dünən, 17:55
Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ - AYNA-nın ABSURD SİSTEMİ
Dünən, 17:51
"Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" - AÇIQLAMA
Dünən, 17:46
Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ - VİDEO
Dünən, 17:45
Əmək Müqaviləsinə xitam verilərkən... - Ekspert danışır...
Dünən, 17:42
17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
Dünən, 17:38
Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib
Dünən, 17:36
Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...
Dünən, 17:25
“Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir - MÜRACİƏT
Dünən, 17:21
Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir - Natiq Cəfərli
Dünən, 17:15
Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan
Dünən, 17:13
Bakıda tıxacları necə aradan qaldırmaq olar? - NƏ ETMƏLİ?
Dünən, 17:04
Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:02
Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ
Dünən, 17:00
Ermənistan müharibəyə hazırlaşır? – “Risklər var, diqqətli olmalıyıq”
Dünən, 16:58
Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
Dünən, 16:57
İlyas İsmayılovla son danışığımız bu mövzuda oldu - Mütəllim Rəhimli
Dünən, 16:55
Rus kölələrinin `ƏSL KİŞİLƏR` GÜNÜ BU İMİŞ... - BU NƏDİ BELƏ?..
Dünən, 16:49
Məhkəmə Perinatal Mərkəzi cərimələyib - BUNA GÖRƏ...
Dünən, 16:46
Modelyerin atasını öldürənlər "Konkat Home"un sahibi Elnur Allahverdiyevin qohumlarıdır? - FOTO
Dünən, 16:44
Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır - 42 min manata
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru