Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Tarix: 17-01-2025, 17:01 | Çap et
 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı fəaliyyətinə aydınlıq gətirib. XİN rəhbəri bildirib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Nazir əlavə edib ki, USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: "Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".
Politoloq Tural İsmayılov bildirib ki, bu gün USAİD-in Azərbaycandakı fəaliyyətinə rəvac verəcək situasiya yoxdur: "USAİD fəaliyyət göstərdiyi hər yerdə ABŞ-ın imperial maraqlarını həyata keçirən bir təşkilatdır. Təbii ki, belə bir təşkilatın fəaliyyətinə Azərbaycanda ehtiyac yoxdur. USAİD-in rəhbəri Samanta Pauer Azərbaycan əleyhinə açıqlama verməklə məşğuldur. Pauer Ermənistanı qızışdırmaq və bizim maraqlarımıza zidd olan açıqlamalar verməklə məşğuldur".
Onun sözlərinə görə, USAİD ötən il Ermənistana yardımlarını birdən-birə 2 dəfədən çox artırıb və yardımların həcmi 250 milyon dollara çatdırılıb: "Azərbaycanın anti-terror əməliyyatından sonra beynəlxalq hüququ təmin edərək Xankəndidə bayrağını sancması USAİD-in Azərbaycana qarşı fəaliyyətini kəskinləşdirdi. Təbii olaraq bu, rəsmi Bakıda ciddi narazılıqlar yaradırdı. Bütövlükdə hesab edirəm ki, USAİD ancaq rəngli inqilabları yetişdirən, xalqların, dövlətlərin milli identikliyinə sayğı ilə yanaşmayan bir təşkilatdır. ABŞ-ın bu cür təşkilatlarının başqa ölkələrin ərazisində öz istədikləri kimi davranmaq haqları yoxdur. Azərbaycanın USAİD-in fəaliyyətini istəməməsi bu baxımdan anlaşılandır".
Millət vəkili Elman Nəsirov deyir ki, ABŞ-da fəaliyyəti başa çatmaqda olan Co Bayden administrasiyası əslində öz fəaliyyətində sorosçuların müəyyən etdiyi xətti icra edirdi: "Sorosun strategiyasında ayrı-ayrı ölkələrin daxilində inqilabi şərait yaratmaq, hakimiyyətləri zəbt etmək, bununla həmin ölkələrin daxilində çaxnaşmalar salmaq, xüsusilə gəncləri öz tərəfinə çəkmək və onları dövlət əleyhinə formalaşdırmaq xətti üstünlük təşkil edirdi. Məhz Sorosun əli ilə Gürcüstanda, Qırğızıstanda, Yaxın Şərqdə inqilabi proseslər qızışdırıldı. Bütün bu inqilablar həmin xalqlara böyük fəlakətlər gətirdi. Həmin dövlətlər hələ də özünə gələ bilmir".
Elman Nəsirov bildirir ki, sorosçuların dağıdıcı fəaliyyəti həyata keçirmək üçün bir sıra mexanizmlər formalaşdırılıb və onlardan biri də USAİD-dir: "USAİD ABŞ-ın sivil görünür, lakin dağıdıcı, imperialist maraqlarını təmsil edir və hər yerdə bunu həyata keçirməyə çalışır. Onlar bu prosesi mərhələ-mərhələ icra edirlər. Nəticədə dövlətləri böyük sınaq qarşısında qoyurlar. Ona görə də, Azərbaycan dövləti dəfələrlə USAİD-in ermənipərəst mövqeyinə iradlar bildirib. USAİD-in bir çox hallarda Azərbaycanda insan hüquqlarının təmin edilməsi və demokratiya ilə bağlı yalan məlumatlar yayması, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən mətbu orqanlara dəstək verməsi barədə faktlar qeydə alınıb". "İndiki reallıqda bu təşkilatın Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələ aktuallaşıb. Azərbaycan öz maraqlarından çıxış edərək beynəlxalq təşkilatlarla münasibətlərini tənzimləyir. Hazırda USAİD-in fəaliyyətinin çox saylı neqativ tərəflərinin olmasını nəzərə aldıqda onunla əməkdaşlığa yenidən baxılması aktullaşıb. Bu kimi təşkilatlar, o cümlədən USAİD olduğuı yerə sülh, əminəmanlıq, inkişaf deyil, toqquşmalar, gərginliklər gətirir", - millət vəkili qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Paueri tənqid etmişdi. Hikmət Hacıyev "Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!" qeyd etmişdi.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski təklənir - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
• Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
Bu gün, 06:30 |
|
|
|
• "Fransa Avropa qoşunlarının Ukraynada arxa cəbhədə yerləşdirilməsini istəyir" - "Financial Times"
Bu gün, 02:17 |
|
|
|
• "Yelo Bank" Qarabağ qazisinin evini əlindən almaq istəyir... - "Manatla verdiyi krediti dollarla tələb edir"
Bu gün, 02:15 |
|
|
|
• ABŞ-la Rusiya arasında münasibətlər yumşalırmı?
Bu gün, 01:34 |
|
|
|
• Oğlu işdən çıxarıldı, ailəsi çətin durumda qalıb - Neftçaladan şikayət
Bu gün, 01:27 |
|
|
|
• Daha bir ölkənin "Avroviziya" təmsilçisi bəlli oldu
Bu gün, 01:01 |
|
|
|
• Trampın Ukraynanın yeraltı sərvətləri ilə bağlı planı açıqlandı - "The Telegraph"
Bu gün, 00:58 |
|
|
|
• "Heç bir xəstəliyim yoxdur" - Kadırov
Bu gün, 00:56 |
|
|
|
• Yaxın müddətdə Azərbaycanda bu banklar bağlanacaq - SİYAHI
Bu gün, 00:54 |
|
|
|
• Sabunçu Rayon İcra Hakimiyyətinin strukturundakı müəssisənin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:52 |
|
|
|
• “AAAF Park”da nə baş verir? - Üzürləri günahlarından betər...
Bu gün, 00:49 |
|
|
|
• Universitetlər Bakıdan bu qaydada köçürüləcək - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Jurnalistin "Kapitalbank" kartından oğurluq olub? - İddia + VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Erməni diasporu ilə Nikol Paşinyan arasında fikir ayrılıqları mövcuddur - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:26 |
|
|
|
• Ağlar günə qalan səhiyyəmiz... - BU FAKTDIR!
Bu gün, 00:23 |
|
|
|
• İş adamı Emin Huseynov SAXLANILDI - SƏBƏB
Bu gün, 00:19 |
|
|
|
• QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur
Bu gün, 00:16 |
|
|
|
• 'Nikolaydan qalma' direktor YOLA SALINIR? - İDDİA
Bu gün, 00:11 |
|
|
|
• Saxta cərrahlardan, saxta kosmetoloqlara: Gözəllik qurban tələb edir? - AXI NİYƏ?..
Bu gün, 00:06 |
|
|
|
• Uzun illərin qorxu və təşvişi: kim hökmranlıq edəcək? - türklər, iranlılar, yoxsa ərəblər?
Bu gün, 00:03 |
|
|
|
• Köhnə yolda tələsən Zaur... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:00 |
|
|
|
• “Əqrəb mövsümü”nün vəkillərə “qarşı” olub-olmadığı araşdırılır - RƏSMİ
Dünən, 19:16 |
|
|
|
• Vəkillərdən serialdakı söyüşə cavab: “Cinayət işi açılmalıdır!”
Dünən, 19:12 |
|
|
|
• Qurumların nə problemdən, nə də vəzifələrindən xəbəri var - Bakının zəbt olunan səkiləri
Dünən, 19:02 |
|
|
|
• Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Rusiya Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində kritik məqam: - Ərdoğanın işə qarışması…
Dünən, 18:08 |
|
|
|
• "Deyirlər, Ramal yatır, verilişə gəlmir"
Dünən, 18:03 |
|
|
|
• Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər - GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB
Dünən, 17:59 |
|
|
|
• Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi
Dünən, 17:57 |
|
|
|
• "Qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR - RƏSMİ
Dünən, 17:55 |
|
|
|
• Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ - AYNA-nın ABSURD SİSTEMİ
Dünən, 17:51 |
|
|
|
• "Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır" - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• Şəkidə 27 yaşlı qadının doğuşdan bir gün sonra MÜƏMMALI ÖLÜMÜ - VİDEO
Dünən, 17:45 |
|
|
|
• Əmək Müqaviləsinə xitam verilərkən... - Ekspert danışır...
Dünən, 17:42 |
|
|
|
• 17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
Dünən, 17:38 |
|
|
|
• Azərbaycan Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib
Dünən, 17:36 |
|
|
|
• Ağgöldə yegerlərin brakonyerlik fəaliyyəti - Rahim Gəncəliyev, dəstəsi və himayədar Ceyhun...
Dünən, 17:25 |
|
|
|
• “Atəşgah” sığorta müştərisinə dəymiş zərəri ödəmir - MÜRACİƏT
Dünən, 17:21 |
|
|
|
• Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir - Natiq Cəfərli
Dünən, 17:15 |
|
|
|
• Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan
Dünən, 17:13 |
|
|
|
• Bakıda tıxacları necə aradan qaldırmaq olar? - NƏ ETMƏLİ?
Dünən, 17:04 |
|
|
|
• Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:02 |
|
|
|
• Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ
Dünən, 17:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır? – “Risklər var, diqqətli olmalıyıq”
Dünən, 16:58 |
|
|
|
• Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
Dünən, 16:57 |
|
|
|
• İlyas İsmayılovla son danışığımız bu mövzuda oldu - Mütəllim Rəhimli
Dünən, 16:55 |
|
|
|
• Rus kölələrinin `ƏSL KİŞİLƏR` GÜNÜ BU İMİŞ... - BU NƏDİ BELƏ?..
Dünən, 16:49 |
|
|
|
• Məhkəmə Perinatal Mərkəzi cərimələyib - BUNA GÖRƏ...
Dünən, 16:46 |
|
|
|
|