AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                 

ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Tarix: Dünən, 10:26 | Çap et
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir
Yanvarın 15-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Donald Trampın dövlət katibi vəzifəsinə namizədi senator Marko Rubionun namizədliyini təsdiq edən dinləmələr olub. Rubio Senatda geniş dəstəyə malikdir və bunun nəticəsində o, yanvarın 21-dən gec olmayaraq, heç bir maneə olmadan bu vəzifəni icra edəcək. Marko Rubio Trampın komandasının ən nüfuzlu üzvlərindən biri hesab olunur, çünki o, həm respublikaçılar, həm də demokratlar arasında əhəmiyyətli dəstəyə malikdir.

Haqqın.az yazır ki, ABŞ-dakı erməni diasporu Rubionun dövlət katibi vəzifəsinə təyin olunmasına böyük ümid bəsləyir. Məlum olduğu kimi, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda xüsusi əməliyyat keçirməsindən və ölkənin ərazi bütövlüyünü tam bərpa etdikdən sonra erməni diasporunun təsiri altında olan, həmçinin erməni lobbisinin nümayəndələri ilə sıx əlaqələri ilə tanınan Rubio Bakıya qarşı sanksiyaları gündəmə gətirmişdi. Respublikaçı senator Aleks Padilla ilə birgə “Laçın dəhlizinin blokadası” fonunda Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdilər.

Bu səbəbdən Amerika Erməni Milli Komitəsi (ANCA) Rubioya Senatda tam dəstəyini ifadə edib. Komitə ondan “ermənilərin Qarabağa qayıtması”, Azərbaycana qarşı sanksiyaların tətbiqi və digər bu kimi məsələlərdə yardım gözləyir.

Qeyd edək ki, Tramp administrasiyasının əsas xarici siyasət prioritetlərinin, o cümlədən Cənubi Qafqaza istiqamətli kursun necə formalaşacağı ilə bağlı müxtəlif fikirlər var. Lakin əksər ekspertlər hesab edir ki, ümumilikdə Cənubi Qafqaz, o cümlədən Ermənistan Tramp üçün prioritet olmayacaq.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, 53 yaşlı siyasətçi ABŞ dövlətinin hazırladığı siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməz: “Donald Tramp administrasiyasında dövlət katibi vəzifəsinə senator Marko Robionun gətirilməsinə indi daha çox ermənilər sevinir. Doğrudur, bu senator hər zaman ermənisevərliyi ilə seçilib. Amma burada bir məsələ var ki, Birləşmiş Ştatlarda senator olaraq hansısa etnik, dini qruplara simpatiyanı açıq formada ifadə edə bilərsən. Mövcud ABŞ qanunvericiliyi buna qarşı çıxmır. Əksinə, senatorlar icmaların "danışan dili" olduğu üçün rəğbətlə qarşılanır, dəstək verilir. Fəqət, dövlət katibi olduqca strateji postdur. Ölkənin xarici siyasətinin bir nömrəli şəxsi olaraq senator Robionun səhv etmək şansları yoxdur. ABŞ-ın baş diplomatı olaraq 53 yaşlı siyasətçi dövlət siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməyəcək. Onun ermənipərəst hər hansı addımı ABŞ dövlətinin siyasi xətti kimi dəyərləndiriləcək. Ən azından, qarşı tərəflər bu cür anlaya bilər. Ona görə də floridalı senator siyasi kursdan kənar addımlar atmayacaq. Əks halda, bu onun siyasi karyerasının zirvədən uçuruma yuvarlanması ilə nəticələnər. Bu baxımdan, düşünürəm ki, Marko Robio dövlət katibi postuna təsdiqləndikdən sonra ermənilərə qarşı rəsmi münasibətinə müəyyən korrektələr edəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Robio seçki təbliğatlarında erməni milyarderlərin pullarını xərcləyib və seçki kampaniyasını onların hesabına qurub. Digər tərəfdən, partiyadaxili seçkilərdə dördüncü yeri tutmaqla prezidentliyə əsas namizəd ola bilməyib və erməni milyarderlərin pulunu batırıb. 2020-2023-cü illərdəki seçkilərdə onun aşırı ermənipərəst addımları məhz bununla bağlıdır. Siyasətdə borclandığı erməni lobbisi önündə anti-Azərbaycan çıxışlar etməklə çıxmağa çalışıb. Doğrudur, Robio ABŞ və Ermənistan arasında məlum xartiyanın imzalandığı günlərdə dövlət katibi olacaq. Amma bu da ona hər hansı üstünlük tanımayacaq. Çünki Tramp administrasiyası Rusiya və Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dilə gətirməsə də, bunun siqnallarını verib. Çünki biznes təfəkkürlü yeni ABŞ prezidenti Azərbaycanın, Türkiyənin və Rusiyanın bölgədə açar ölkə olduğunun fərqindədir. Yəni Cənubi Qafqazda hökm etmək üçün Ermənistan, onun resursları və geostrateji durumu hər şeyi həll etmir. Təbii ki, Robio da peşəkar siyasətçi kimi sadalanan faktorların fərqindədir".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Marko Rubionun indiyə qədər mövqeyinin sadəcə bir senator mövqe olduğunu söylədi. O, Amerikanın yeni dövlət katibinin isminin kimliyindən qəti narahat deyil: “ABŞ-ın dövlət katibliyinə namizədi olan Marko Rubionun vəzifə başına gələndən sonra atacağı addımlar, mövqeyi hələ bir neçə ay öncə müzakirə mövzusu olmuşdu. Ölkəmizdə Tramp komandası üzvləri arasında məhz onun barəsində daha çox müzakirələrin aparılması təsadüfi deyildi. Çünki Rubio öncədən Cənubi Qafqazla bağlı obyektiv olmayan birtərəfli mövqeyi ilə tanınırdı. O səbəbdən onun dövlət katibi kimi işə başlayandan sonra həmin mövqeyini artıq ABŞ-ın xarici siyasət idarəsinin başçısı kimi davam etdirəcəyi söylənilirdi. Əslində isə ABŞ-da xarici siyasət bu şəkildə formalaşmır. Yəni bir məmurun mövqeyi ilə dövlət siyasəti yürüdülmür. Marco Rubio indiyədək söylədiyi fikirləri Florida ştatından olan senat üzvü kimi səsləndirirdi. ABŞ-da senatorlar və konqresmenlər ayrı-ayrı partiyaları təmsil etsələr də, fikirlərində və təkliflərində həmişə sərbəst olublar. Hətta bir çox hallarda onların fikirlərinin mənsub olduğu partiyanın mövqeyi ilə üst-üstə düşməməsinin də şahidi olmuşuq. Amma prezident tərəfindən vəzifəyə gətiriləndən sonra komanda içində fərqli fikir və siyasətin aparılması imkansız olur. Odur ki, Marco Rubionun hansı mövqedə olmasından öncə prezident Trampın müəyyənləşdirdiyi xarici siyasət kursunun necə olacağı daha vacibdir. Bu mövqe Rubionun şəxsi düşüncələrindən fərqli də ola bilər, qismən və yaxud tam üst-üstə düşə də bilər. Amma istənilən halda müəyyənləşmiş kursdan kənara çıxıla bilməz. Buna cəhd olunarsa, o zaman prezident onu azad etmək səlahiyyətini özündə saxlayır. Amma təcrübə göstərir ki, indiyədək vəzifəyə təyin olunan məmurlar şəxsi baxışlarına görə deyil, dövlət siyasətinə yönəlik fəaliyyət göstərməyə məcbur olublar. Odur ki, məni Marko Rubionun senator olaraq bundan öncəki düşüncələri, Ermənistan və Azərbaycana münasibəti o qədər də narahat etmir. Onun dövlət katibi olaraq işə başlayandan sonrakı fəaliyyəti əsas kimi götürülməlidir. Əsas məsələ ABŞ dövlətinin Cənubi Qafqaz siyasətinin hansı şəkildə olmasındadır”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru