Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, məsələyə yanvarın 24-də baxılacaq.
Qeyd olunub ki, komissiya layihəni təsdiqləyərsə, məsələ plenar iclasa çıxarılacaq.
Xatırladaq ki, "Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında" qanun layihəsi yanvarın 9-da hökumətin cilasında təsdiqlənib.