Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Ermənistanın baş naziri Nikol Paşinyan "Qərb və Şərq" adlandırıla biləcək yeni geosiyasi doktrina çərçivəsində siyasət yürütdüyünü vurğulayıb. Əslində, onun xarici siyasət taktikası Qərb, Rusiya və İran arasında ləngər vuraraq tərəflərdən hər birindən yararlanmaq niyyətindən başqa heç nə deyil. Bu isə, təbii ki, heç bir halda İrəvanın xarici siyasətinin düşünülmüş strategiya məcrasında yürüdüldüyünü söyləməyə əsas vermir.
ABŞ və Ermənistan arasında Co Bayden administrasiyasının gedərayaq "hədiyyə" kimi təqdim etdiyi, Vaşinqtonda imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" adlı sənəd sadəcə diplomatik jest deyil, Ermənistanın ABŞ və Rusiya arasında iki cəbhədə oynamağa çalışdığı və nəticədə özünü riskə atdığı ümidsiz cəhdin simvoludur. Nikol Paşinyan və onun dəstəsi siyasi manevrlər və kulis oyunlarına vərdiş etmiş olaraq, bu sənədi növbəti uzaqgörənlikdən məhrum bir səhv və özünüaldatma nümunəsinə çevirdilər.
Yanvarın 14-də ABŞ-nin artıq sabiq dövlət katibi Antoni Blinken və Ermənistanın XİN başçısı Ararat Mirzoyan tərəfindən təntənəli şəkildə imzalanmış Xartiya Ermənistanın hakimiyyət dəhlizlərində, daha sonra isə erməni mediasında "erməni xalqında qələbə ruhu yaradacaq addım" kimi qələmə verildi.
Erməni mediası haqqında bəhs olunan sənədi "diplomatiyada və ölkənin təhlükəsizliyinin təminatında çox ciddi irəliləyiş", "ABŞ ilə münasibətlərdə yeni dövr" kimi təqdim etməyə tələsdi. Di gəl, əslində olan tam fərqlidir.
Rəsmi İrəvan yenə diletantlıq etdi, Rusiya və İranla münasibətlərini ciddi təhlükə altına atdı, Vaşinqtonun vədlərinə inandı.
Xartiyanın əsas müddəaları Ermənistanın qonşuları və müttəfiqləri arasında əsl emosiya fırtınası yaratdı. ABŞ-nin "erməni sərhədçilərinin təlimi" bəhanəsi altında faktiki olaraq Ermənistan sərhədlərində nəzarət qurmaq imkanı əldə etməsi ermənilərə yaxşı heç nə vəd etmir.
Təbii ki, sərhədində amerikalı hərbçilərin peyda olması perspektivi İranı təşvişə salıb və yetərincə qəzəbləndirib.
Amma əsl şok Moskva üçün idi: Amerikanın "məsləhətçilərinin və təlimatçılarının" Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə və İranla sərhədlərində də peyda olması Kreml üçün çox sinirli ehtimaldır.
Çünki ermənilərin Türkiyə və İranla sərhədlərinin mühafizəsini məhz rusiyalı sərhədçilər reallaşdırır, həmin bölgədə onlar söz sahibidir. Bu günə qədər Rusiyanın hərbi və siyasi qüvvəsinin dominant olduğu sərhəd bölgələrində amerikalı "təlimatçılar"ın peyda olması Kreml üçün açıq bir çağırışdır.
Xartiyanın nüvə aspekti də bir o qədər mübahisəlidir. "Kütləvi qırğın silahlarının yayılmasına nəzarət" haqqında qeyd - Ermənistanın köhnəlmiş, lakin strateji əhəmiyyətli infrastrukturu olan Metsamor atom-elektrik stansiyasına açıq bir işarədir. Bu maddə, təbii ki, Rusiyanın Ermənistanın enerji sektorundakı rolunu zəiflətməyə və eyni zamanda ABŞ-nin təsirini artırmağa yönəlib. Amma Ermənistan bu "nəzarət" üçün həqiqətən də ödəməyə hazırdırmı?
Xartiyanın Qarabağa aid olan bölməsi xüsusi diqqətə layiqdir. İrəvan Vaşinqtonu "etnik təmizləmələr" və ya "məcburi köçürmə" kimi ifadələri sənədə daxil etməyə inandıra bilmədi. Bu, Ermənistan diplomatiyasının Qərbin dəstəyini qazanmaq üçün emosional narrativlərdən istifadə etdiyi hər bir cəhddə uğursuz olduğunu göstərir. Bunun əvəzinə, ABŞ münaqişə ritorikasından uzaq dayanaraq Ermənistanı keçmiş səhvlərini özünün əsaslandırmağa buraxdı.
Xartiya imzalanan kimi Nikol Paşinyan tələsik Vladimir Putinə zəng edib hərəkətlərinə izahat verməyə çalışdı. Fəqət vəziyyət özü-özlüyündə hər şeyi deyir: Ermənistan ABŞ-yə doğru addım atır və eyni zamanda Rusiyanın sadiq müttəfiqi olduğunu iddia edir. Bu ikiüzlü oyunu uğurlu adlandırmaq çətindir, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasındakı əsas prinsiplərin uyğun gəlmədiyini nəzərə alanda.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Sergey Lavrovla görüşərək Moskvaya ABŞ ilə strateji tərəfdaşlığın Rusiya ilə münasibətlərə təhdid yaratmadığını təsdiqləməyə çalışdı.
Amma belə bəyanatlar Ermənistanın qeyri-real ambisiyalarının ağırlığını daşıya bilməyən iki stulda oturmağa çalışmasını əks etdirir.
Donald Trampın inaqurasiyasından sonra ən maraqlı hadisələr baş verməyə başladı. ABŞ-nin sərt mövqeyi ilə tanınan yeni prezidenti Co Baydenin dövründə imzalanmış bütün sazişləri, o cümlədən Ermənistanla imzalanmış Xartiyanı yenidən gözdən keçirmək niyyətində ola bilər. Bu ehtimal, Ermənistan siyasətçilərini açıq-aşkar narahat edir. Aşkar görünür ki, İrəvan uzunmüddətli və çoxgedişli siyasi oyuna hazır deyil.
Rusiya siyasətçiləri isə artıq açıq şəkildə bildiriblər: Moskva Ermənistanın Rusiyanı öz maraqlarına xidmət edən bir alət kimi istifadə etməyə davam etməsinə göz yummayacaq. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözləri bu mövqeyi aydın ifadə edir: “Əgər Ermənistan rəhbərliyi Avropa İttifaqına qoşulmağa qərar versə, buyursunlar. Amma qoy o zaman seçimlərini qəti şəkildə etsinlər. Biz Rusiya olaraq, səbrimizin sərhədsiz olmadığını bildirmək istəyirik”.
Ermənistan ilə Rusiya arasında baş verən siyasi teatr artıq uzanan və sonluğu aydın olan bir dramı xatırladır. Leonid Kalaşnikovun Ermənistan hakimiyyətinə ünvanlanan sözləri göstərir ki, Kreml Paşinyan hökumətinin hərəkətlərindən əməllicə usanıb. Nikol Paşinyan və onun komandası, iki cəbhədə oynamaq səyləri ilə öz ölkəsini çıxılmaz vəziyyətə salırlar.
Sergey Lavrovun Ararat Mirzoyan ilə görüşündə “qarşılıqlı məqbul həll yolları” ifadəsini işlətməsi dərin məyusluğun diplomatik pərdələnməsi təsiri bağışlayır.
Ermənistan ABŞ-nin “xüsusi tərəfdaşı” statusunu qorumaq və eyni zamanda KTMT və Rusiya ilə formal əlaqələrini saxlamağa çalışaraq tam strateji perspektivdən məhrum olduğunu nümayiş etdirir.
Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edən İrəvanın bu addımı daxili siyasi qeyri-sabitlikdən diqqəti yayındırmaq və Ermənistan cəmiyyətinə xarici siyasətdə “uğurlar” göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Ancaq Moskva bu bəyanatların arxasında real məzmun olmadığını yaxşı başa düşür. Kreml üçün aydındır ki, Paşinyan və onun ətrafı hər hansı əməkdaşlıq formatını siyasi şantaj aləti kimi istifadə etməyə çalışır. Halbuki bu metod işlək deyil və çoxdan kütləşib.
Rusiya Ermənistanın münasibətlərindəki ikiüzlü yanaşmaya daha dözməyəcəyini açıq şəkildə bəyan edib.
Ermənilərsə iddia edirlər ki, Moskva əslində, İrəvanla münasibətləri qismən də olsa, normallaşdırmaq məqsədilə "diplomatik pauza" verib.
Əslində bu "pauza" İrəvana nişangahdan baxmaqdır.
Moskva İrəvanın ABŞ ilə alyansının və Avropa İttifaqına inteqrasiya cəhdlərinin ikitərəfli münasibətlərə təhdid olmadığını iddia edən açıqlamalarını huşyarlıqla dinləyirmiş kimi görünür. Amma əslində, Kreml Ermənistanda siyasi vəziyyətin dəyişəcəyini gözləyir ki, nəhayət, İrəvanda özünə etibarlı tərəfdaş tapa bilsin.
Səbəb bəlli: Nikol Paşinyan Kreml üçün artıq çoxdan "silinmiş" bir fiqurdur. Onun hakimiyyətdə qalması sadəcə müvəqqəti bir anlaşılmazlıq kimi qəbul edilir. Ananyan bildirir ki, Rusiya artıq Paşinyanı əvəz edə biləcək uyğun namizədləri axtarmağa başlayıb.
Bu kontekstdə “saray çevrilişi” ehtimalı haqqında söhbətlərin artması Kreml daxilində Ermənistan rəhbərliyinə qarşı artan məyusluğu əks etdirir.
Ermənistanın yanlış istiqamətə yönəlmiş siyasəti, ölkəni beynəlxalq arenada təcrid vəziyyətinə salmaq təhlükəsi ilə üz-üzə qoyur. Rusiya üçün Ermənistan strateji baxımdan vacib bir tərəfdaş olaraq qalır, lakin Kreml münasibətlərin davamlı və proqnozlaşdırıla bilən olması üçün Paşinyan hökumətinin yerinə daha etibarlı bir rəhbərlik görmək istəyir.
Əgər İrəvan siyasi kursunu dəyişməzsə, Ermənistan həm regional dəstəyini itirə, həm də öz suverenliyini daha da risk altına sala bilər.
Ermənistan təhlükəli siyasi oyunlar oynamaqla hər şeyi itirmək riski qarşısındadır. Onun Rusiya ilə Qərb arasında tutduğu mövqe diplomatik çevikliyin nümunəsi deyil, əksinə, strateji istiqamətin tamamilə itirilməsi anlamına gəlir. Strateji kurs seçməkdə çətinlik çəkən İrəvan, artıq heç kimin əməkdaşlıq etmək istəmədiyi problemli tərəfdaşa çevrilir.
Rusiya üçün Cənubi Qafqazda sabitlik siyasətinin əsas elementidir: ələlxüsus da Qərblə davam edən qarşıdurma və Ukrayna böhranı fonunda. Moskva Ermənistanın manevrlərinə müvəqqəti dözümlülük göstərir, lakin bunun yalnız yeni gərginlik ocaqlarının yaranmaması üçün olduğu aydındır.
Rusiyanın səbrinin sərhədi var və bu vəziyyət sonsuzadək davam edə bilməz.
Reallıq odur ki, Ermənistan elə bir vəziyyətə düşüb ki, onun gələcək taleyi yalnız siyasi kursun və hakimiyyətin dəyişdirilməsindən asılıdır. Rusiya Paşinyanla uzunmüddətli tərəfdaşlıq perspektivini görmür. İrəvanda yalnız yeni liderlərin hakimiyyətə gəlməsi, Kremlə aydın və proqnozlaşdırıla bilən münasibətləri təmin edə bilər. Bu dəyişiklik olmadan Ermənistanın sabitliyi təmin etməsi mümkün deyil.
Ermənistan öz siyasi oyunlarının artıq işə yaramadığı bir nöqtəyə gəlib çatıb. Rusiya ilə Qərb arasında balans saxlamaq cəhdi, ölkəni təcrid vəziyyətinə və əsas tərəfdaşların etimadını itirməyə aparır. Moskva üçün İrəvan strateji baxımdan mühüm müttəfiq olaraq qalır, lakin bu münasibətlərin davamı yalnız Ermənistan rəhbərliyindəki dəyişikliyə bağlıdır. Əks təqdirdə, Ermənistan təkcə Rusiyanın dəstəyini deyil, öz gələcəyini də itirmək riski ilə üzləşir.
Nikol Paşinyanın və dəstəsinin son konvulsiv davranışları ilə bəyanatları təkcə rəsmi İrəvanın diplomatik səhvini deyil, həm də onun bütün müttəfiqlərinə və qonşularına bir mesajını ifadə edir. İrəvan uzunmüddətli sabitliyi qurban verərək qısa müddətli mənfəətlərin arxasınca gedən strategiyasını davam etdirir. Amerikanın Ermənistan sərhədlərində mövcudluğu və Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında balans yaratmaq cəhdləri təkcə Rusiya ilə münasibətləri deyil, həm də Ermənistanın daxili sabitliyini təhlükə altına qoyur.
Ermənistanın qeyri-müəyyən xarici siyasəti onu geosiyasi arenada zəif və etibarsız oyunçuya çevirir. ABŞ ilə tərəfdaşlıq Moskvanın səbrini tükətdi. Ermənistanın gələcək taleyi yalnız daha aydın və davamlı bir siyasət kursu seçilməsindən asılı olacaq. Əks halda, Ermənistan regional dəstəkdən məhrum qalaraq yalnız özünü təcrid vəziyyətinə sala bilər.
Nikol Paşinyanın hər kəsə xoş gəlmək istəyi ermənilər üçün böyük risklər doğuracaq.
Sadəlövh illüziyalar və ikili standartlar siyasəti, İrəvanın ümid etdiyi nəticələri təmin etməyəcək. Moskva və Vaşinqton bu manevrləri müşahidə edərkən Ermənistan böyük geosiyasi oyunda getdikcə daha çox dəyişdirilə bilən bir fiqura çevrilir.
Elçin Alıoğlu - Trend
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|