Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
“Əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?” Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Biz bu mövqeyi başa düşürük, amma əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır” - Paşinyan deyib.
Ermənistanın xarici siyasətini və Avropaya inteqrasiya siyasətini tənqid edən Çiçəklənən Ermənistan Partiyasının lideri Edmon Marukyan isə Minsk Qrupunun buraxılmasını “son dərəcə təhlükəli” adlandırıb: “Minsk Qrupunun buraxılması ona gətirib çıxaracaq ki, əslində biz işğalçı kimi tanınırıq, Marukyan hesab edir. Azərbaycan bizim faşist və işğalçı dövlət olduğumuz fikrini təbliğ edir və keçmişimizi nəzərə alsaq, diqqətli olmalıyıq. Minsk Qrupu dünyanı "Ermənistan işğalçıdır" deməkdən saxlayan beynəlxalq hüquqi format idi. Söhbət ondan gedirdi ki, münaqişə var idi və onu həll etmək üçün Minsk Qrupu yaradılıb. Lakin Bakı münaqişənin bitdiyini iddia edir və qrupun buraxılmasını təklif edir. Baş nazirimiz də bunu təsdiqləyir".
Erməni siyasətçi hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”. Onun fikrincə, onun ləğvindən yalnız Azərbaycan qazanır, Ermənistan isə əvəzində heç nə almadan onun ləğvinə razılaşır.
Qeyd edək ki, Ermənistanın siyasi dairələrində bir çoxları Edmond Marukyanın fikrini bölüşürlər. Xüsusən də müxalifət düşərgəsində də oxşar fikirlər səslənir, iqtidarın əleyhidarları sülh sazişi imzalanana qədər Minsk Qrupunun ən azı formal mövcudluğunu qorumağa çağırırlar.
Rəsmi İrəvanın da Minsk Qrupunun buraxılmasını sülh danışıqlarının gedişatı ilə əlaqələndirib-əlaqələndirmədiyi, yoxsa erməni tərəfinin saziş imzalanmadan ATƏT-ə qrupun buraxılması ilə bağlı müraciət göndərməyə hazır olub-olmadığı da aydın deyil.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq diplomatiya kontekstində Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan qurum idi: “Hər kəsə məlumdur ki, sözügedən üçlü format münaqişə müddətində hər hansı bir ciddi fəaliyyətlə yadda qalmadı. Əksinə, hər üç dövlət bəzən aşkar, bəzən də üstüörtülü Ermənistanı dəstəkləməklə İrəvanın təcavüzkar, işğalçı siyasətini stimullaşdırırdı. Ermənistan isə cəzasızlıq mühitində işğalçı siyasətini rəsmiləşdirməyə çalışırdı. Təbii ki, bu kimi qanunsuz fəaliyyətlər və beynəlxalq təsisatlar fonunda Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamağa sövq etdi. 44 gün davam edən Vətən müharibəsi işğal faktorunun aradan qalxması ilə nəticələndi. Hazırda ATƏT-in Minsk Qrupu de-yure olmasa da, de-fakto olaraq işi yekunlaşdırılmış qurumdur. Çünki artıq Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi sona çatıb və sülh danışıqları çərçivəsində üçlü formatın mövcudluğuna ehtiyac yoxdur. Lakin Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Minsk Qrupunun fəaliyyətinin davam etməsində maraqlıdır. Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, sanki hələ də həmsədrlər institutun mövcudluğu gərəklidir. Amma rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə əlaqədar yekun qərarı qəbul etməyə məcbur olacaq”.
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Minsk Qrupunun hər zaman Azərbaycanın əleyhinə olmasından söz açdı: “ATƏT-in Minsk Qrupu qurulandan mənasız bir təşkilat olub. Tarix də göstərdi ki, apardığı danışıqlarda heç nəyə nail ola bilmədilər. İşləri-gücləri Qarabağda çaxır içib, kabab yemək idi. Müharibədən sonra Bakıya son səfərlərində onlara aydın bildirildi ki arzu olunmayan qonaqdırlar. Bu qurum ən başlanğıcdan Azərbaycanın əleyhinə işləyirdi. 3 həmsədrin hamısı zaman göstərdi ki, ermənilərin yanında oldu. Bütün bu illərdə düşdüyümüz çətin vəziyyətdən çıxmağa müvəffəq olduq. Bundan sonra birtərəfli olaraq Minsk Qrupu formatından çıxıb bildiyimizi Ermənistana diktə etməyi bacarmalıyıq. ATƏT-in Minsk Qrupunu da tarixin zibilliyinə göndərməliyik”.
Siyasi analitik Asif Nərimanlını fikrincə, Minsk Qrupu məsələsini Ermənistan üçün sülh danışıqlarında zaman-zaman kart kimi irəli sürüləcək: “De-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğv edilməsi qaçılmazdır, əks təqdirdə, sülh sazişinin imzalanması perspektivi çətin olacaq. Bunu İrəvanda da anlayırlar. Lakin Paşinyan hakimiyyəti Minsk Qrupunun de-yure ləğv edilməsindən sülh danışıqlarında kart kimi istifadə etmək niyyətindədir. Yəni hansısa məsələdə Azərbaycandan güzəştə əldə etmək, əvəzində Minsk Qrupu məsələsində razılaşmaq istəyir. Bu güzəştlərdən biri sülh sazişi mətnində bəndlərdən birinin arxa plana keçirilməsidir. Söhbət üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasından gedir. Ermənistan Aİ missiyasını saxlamaqda qərarlıdır, bununla bağlı təklif irəli sürülüb. İstisna deyil ki, Bakıdan Minsk Qrupunun ləğvinə qarşılıq üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılma məsələsində tələbi yumşaltmağı istəyirlər. Ümumiyyətlə, Minsk Qrupu məsələsi Ermənistan üçün sülh danışıqlarında zaman-zaman kart kimi irəli sürüləcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|