Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
İranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İRNA bildirir ki, görüşdə İran və Azərbaycan arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunan razılaşmalara və həyata keçirilən birgə layihələrə toxunulub. “Bu əməkdaşlığın davam etdirilməsi və səviyyəsinin gücləndirilməsi İran və Azərbaycanı bir-biri üçün strateji tərəfdaşa çevirəcək”, - məlumatda qeyd edilir. Prezident Məsud Pezeşkian iki ölkə arasındakı münasibətləri qardaşlıq, dostluq, dini və qohumluq əlaqələrinə əsaslanan münasibətlər kimi qiymətləndirərək deyib: “İran və Azərbaycan ölkələri və xalqları arasında sıx əlaqələr coğrafi sərhədləri aşır və bu əlaqələr həmişə davam edib və edəcəkdir”.
İran prezidenti əlavə edib: “İran qonşu və müsəlman ölkələrlə münasibət və qarşılıqlı əlaqələri inkişaf etdirməyi öz gündəmində əsas siyasət kimi qəbul edir. Bu arada Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirməyə çalışırıq”, İRNA agentliyi qeyd edib. Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da görüşüb. Görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib. Ş.Mustafayev İrana iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyasının iclasında iştirak etmək üçün gedib.
Bu səfər Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziyalara müsahibəsində İran rəsmilərinin Azərbaycandan üzr istəməsi tələbindən sonraya təsadüf edir. Dövlət başçısı yerli televiziyalara müsahibəsində İran-Azərbaycan münasibətlərindən danışarkən ilk növbədə İkinci Qarabağ müharibəsi zamanı gərginliyi qeyd edib. “Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdur”, - dövlət başçısı qeyd edib. İ.Əliyev Azərbaycanla İran arasında münasibətlərə və İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunarkən deyib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Azərbaycan Prezidenti son günlərdə İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab edib: “Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”. İranın yüksək səviyyəli rəsmiləri Prezidentin səsləndirdiyi son bəyanata reaksiya verməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin insidentlə bağlı etirazına cavabda İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”.
Ekspertlərə görə, bu səfərdə Zəngəzur dəhlizi ilə bağlı da müzakirələr olub. Həmçinin İranla təmasların bəzi nəticələri var: həbsdə saxlanan Fərid Səfərlinin Azərbaycana qaytarılması, səfirliyimizi terror edən Yasin Hüseynzadə barədə edam hökmü qərarının icraya yönəldilməsi. Terrorçunun qətlə yetirdiyi mühafizə rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov da edamın tezliklə icra olunmasını tələb edib. Yəni həm bu qərarlar, həm Mustafayevin İran səfəri göstərir ki, Bakı ilə Tehran arasında hökumətlər səviyyəsində münasibətlərdə mülayimləşmə var. Bunu bir də dini rejimin nümayiş etdirməsi labüddür...
Politoloq Zaur Məmmədov hesab edir ki, bu səfər daha çox iqtisadi yükü özündə daşıyır: “Şahin Mustafayevin İran görüşlərində daha çox logistika məsələləri müzakirə olunub və burada bəzi nəticələr də var. Nəticələr ondan ibarətdir ki, Azərbaycan Rusiya ilə İran arasında enerji, logistika, tranzit məsələlərində rol oynaya bilər. Habelə, Azərbaycanla İran arasında bu şəbəkənin genişləndirilməsinə şahid olmaq mümkündür. Bu, Türkiyənin də maraqlarına cavab verir və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Xüsusən də Trampın dönəmində enerji məhsullarının daşınmasının azalması fonunda həm Azərbaycan, həm İran iqtisadiyyatın şaxələndirilməsi haqda fikirləşməlidir. Bu da müxtəlif layihələrin icrasını tezləşdirməyi zəruri edir. Ona görə də Tehranda bu haqda düşünüməlidir”.
Z.Məmmədov bu səfərdə digər istiqamətin siyasi mahiyyət kəsb etdiyini zənn edir: “Bu sahədə isə münasibətlərdə problemlər az deyildi. İran Azərbaycana kiçik qonşusu kimi baxırdı. Amma Bakı nəinki Tehran, eləcə də Moskva, Ankara ilə münasibətlərdə bərabərhüquqlu tərəf olduğunu sübut etdi. Qardaşlıqlarda və dostluqlarda böyük-kiçik olmur. Ancaq İran Azərbaycanın daxili işlərinə qarışırdı, dini zümrələrini genişləndirirdi. Tehran bu şəbəkənin genişlənəcəyini hesab edirdi. Sadəcə, yanılırdılar və bilməliydilər ki, həmin siyasi və dini qruplar Azərbaycanda nəzarət altındaydı, zamanı gələndə də cəzalarını çəkdilər, bundan sonra da çəkəcəklər. Hərçənd Azərbaycan qarşılığında səbir nümayiş etdirirdi. Ümid edirik ki, Pezeşkian İran daxilindəki qüvvələrə qalib gələrək münasibətləri yeni mərhələyə çıxaracaq”.
Politoloqun fikrincə, Azərbaycan Prezidentinin son müsahibəsində dedikləri İranı oyadıb: “İnanıram ki, görüşlərdə cənab Şahin Mustafayev Azərbaycanın istəklərini çatdırıb, qarşı tərəf də öz istəklərini bildirib. İran Azərbaycanı seçərsə, Cənubi Qafqazda özünə qarşı çağırışların qarşısını ala biləcək. Seçim cənub qonşunundur. Əgər İran Ermənistanı müdafiə edəcəksə və Zəngəzurda baş verənləri izləyəcəksə, proses öz əleyhinə çevriləcək. Suriya hadisələri göstərdi ki, proseslərə çevik reaksiya bildirməlidirlər. Əks halda, regionu tərk etməyə məcbur olurlar. Bir sözlə, İran-Azərbaycan münasibətlərində ziddiyyətlər olduğu qədər perspektivlər də var”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|