Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                     Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür .....                     Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... .....                     Jurnalistlərə qadağa qoyuldu .....                     “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb .....                     Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                     Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                 

Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Tarix: Bu gün, 10:39 | Çap et
Qaz bahalaşır, neft ucuzlaşır
Avropada təbii qazın qiyməti ötən cümə günü 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə - 600 dollara yüksəlib. Lakin ekspertlərə görə, bu da son deyil. Qaz qiymətlərinin yaz və yay aylarında daha da bahalaşacağı gözlənilir. Bunun əsas səbəbi Avropa İttifaqının qaz ehtiyatlarının böyük sürətlə istehlak olunmasıdır.

Gas Infrastructure Europe-nin (GIE) məlumatına əsasən, fevralın 8-də Aİ ölkələrində yeraltı qaz anbarlarından 477 milyon kubmetr qaz götürülüb, onlara cəmi 25 milyon kubmetr qaz vurulub. Anbarlarda ehtiyatlar 49 faizə qədər azalıb, onlarda 54,4 milyard kubmetr qaz qalıb. Bu il keçən ilkindən 10 gün tez başlayan istilik mövsümünün ötən dövründə anbarlardan 54 milyard kubmetrdən çox qaz götürülüb.

Ötən il istilik mövsümü bitəndə - 31 martda anbarlarda 58,44 faiz qaz qalmışdı. Bu qış havaların keçən ilə nisbətən daha soyuq keçməsi, həmçinin maye qaz bazarında Asiyadan tələbatın yüksək olması səbəbindən qiymətlərin yüksək olması Avropa ölkələrinin yeraltı anbarlarına daha çox müraciət etmələrinə səbəb olub.

Bundan əlavə, havaların əlverişsiz keçməsi külək enerjisi istehsalının azalmasına səbəb olub. Aİ elektrik enerjisi istehsalında külək enerjisinin payı yanvarda orta hesabla 21 faiz təşkil edirdisə, fevralın ilk günlərində bu rəqəm cəmi 13 faiz olub. 2024-cü ilin dekabrında Avropada qazın orta alış qiyməti 1000 kubmetr üçün 489 dollar, bu ilin yanvarında təxminən 518 dollar təşkil edib, fevralın ilk ongünlüyündə orta qiymət 577 dollara bərabər olub. .

Terminallardan Avropa qaz nəqli sisteminə LNG tədarükü fevral ayında rekord səviyyədədir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun sonradan Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 48 faizi ilə yüklənir.

GIE-nin məlumatlarına görə, anbar tutumuna görə Avropanın lider ölkəsi olan Almaniyada yeraltı anbarlardakı qaz ehtiyatları 50 faizdən aşağı düşüb. Fevralın 8-nə Almaniyanın yeraltı qaz anbarlarında təxminən 12 milyard kubmetr ehtiyat olub(49,22 faiz dolu). Fransa anbarlarında ehtiyatlar 30 faizdən aşağı düşüb (4 milyard kubmetrdən az).

Qaz saxlama qabiliyyətinə görə digər aparıcı ölkələr də toplanmış yanacaqdan fəal şəkildə istifadə edirlər. Avstriyanın yeraltı qaz anbarları 59,17 faiz, İtaliyanınkı 59,85 faiz, Hollandiyanınkı isə 33,7 faiz doludur.

Slovakiyada anbarlar 56,4 faiz, Macarıstanda - 52,51 faiz, Çexiyada - 48,65 faiz, Rumıniyada - 40,9 faiz, Bolqarıstanda - 49,98 faiz, Belçikada - 35,79 faiz, Danimarkada - 42,34 faiz, Xorvatiyada - 53,4 faiz, Xorvatiyada - 53,4 faiz doludur.

Avropada ən çox ehtiyatlar hazırda Portuqaliyada müşahidə olunur (100 faizə yaxın). Həmçinin ehtiyatlara görə liderlər arasında İsveç (88,05 faiz), İspaniya (69,48 faiz) və Polşa (62,73 faiz) var.

İstilik mövsümü başa çatana qədər Avropanın anbarlarında ehtiyatların 30 faizə qədər azalacağı gözlənilir ki, bu da yaz-yay mövsümündə onların bərpası üçün daha çox qazın tələb olunacağı deməkdir. Avropa anbarlarının tutumu 110 milyard kubmetrə yaxındır. Avropa Komissiyasının tələbinə əsasən oktyabrın 1-dək anbarların 90 faiz doluluğu təmin olunmalıdır. Bu isə o deməkdir ki, yaz-yay aylarında Aİ anbarlarına minimum 60-65 milyard kubmetr qaz toplanmalıdır. Tələbin belə artması fonunda qiymətlərin də yüksəlməsi gözlənilir.

"Bloomberg" analitiki Saul Kavonicin hesablamalarına əsasən, tələbatı ödəmək üçün Avropa bu il əlavə 10 milyon ton LNG idxal etməlidir ki, bu da 2024-cü ildəkindən təxminən 10 faiz çoxdur. Ötən ildən Asiyadan tələbatın artması maye qaz tankerlərinin Avropadan bu qitəyə istiqamətlənməsinə səbəb olub. ABŞ-la Çinin bir-birinin mallarının idxalına əlavə rüsum tətbiqi ilə müşayiət olunan ticarət müharibəsi maye qaz bazarına da təsir göstərəcək. Belə ki, Çin ABŞ-dan alınan maye qazın idxalına 15 faiz rüsum tətbiq edib. ABŞ 2023-cü ildə Çinə 3,337 milyon ton LNG (2,138 milyard dollar dəyərində) ixrac edib. 2024-cü ilin ilk 11 ayında tədarüklər 3,932 milyon tona (2,248 milyard dollar dəyərində) çatıb ki, bu da Çinin LNG idxalının ümumi strukturunun təxminən 5 faizini təşkil edir. Analitiklərə görə, Çin şirkətləri satılma problemi yaranması gözlənilən ABŞ maye qazını ölkəyə idxal etmək əvəzinə onu kiçik marja ilə digər ölkələrə satmağa üstünlük verəcəklər. Bu isə 4 milyon tona yaxın maye qaz həcminin Asiya bazarından sərbəstləşəcəyi deməkdir. Çinin ABŞ maye qazını Rusiya qazı ilə əvəz edəcəyi gözlənilir. Belə ki, yaxın vaxtlarda Aİ-nin Rusiyadan maye qaz idxalını qadağan edəcəyi gözlənilir. 2024-cü ildə Aİ Rusiyadan 17,4 milyon ton LNG alıb. Bu, Aİ-nin aldığı ümumi maye qaz həcminin 21,3 faizi, Rusiyanın LNG ixracının isə 52 faizi deməkdir. Avropa imtina edərsə, Rusiya neft kimi, maye qazını da məcburən Asiya bazarlarına yönəltməli olacaq. Bu isə Çinin öz təminatında ABŞ maye qazını rahatlıqla əvəz etməsinə gətirib çıxaracaq.

ABŞ statistik xidmətinin məlumatına görə, keçən il ABŞ Avropa İttifaqına LNG ixracını 26 faiz azaldıb: 12,73 milyard dollara qədər. Bu, 2021-ci ildən bəri ən aşağı səviyyədir. Ötən il ABŞ-ın satdığı mayeləşdirilmiş təbii qazın ümumi həcminin 44 faizi Avropa İttifaqının payına düşüb.

Prezident Donald Trampın Avropadan daha çox ABŞ maye qazı və neftini almasını tələb edərək, əks halda, Brüsseli əlavə rüsumlarla hədələməsi də bazara təsirsiz ötüşməyəcək amildir. Aİ anbarlarını doldurmaq üçün daha çox qaza ehtiyac duyduğu üçün ABŞ-dan qaz almaq məcburi addım olacaq. Belə ki, yanvarın 1-dən Ukrayna ərazisindən Rusiya boru qazının nəqli dayanıb. Bu, illik 15 milyard kubmetrə yaxın həcm deməkdir. “Türk axını” kəməri ilə Türkiyə üzərindən bu həcmin bir qismini əvəz etmək mümkün olacaq, lakin bu, 7-8 milyard kubmetrdən artıq olmayacaq. Çünki “Türk axını” ilə nəql olunan 31-32 milyard kubmetr qazın mühüm hissəsini Türkiyə öz daxili tələbatının ödənməsinə yönəldir. Üstəlik, Türkiyədən qazı Cənubi Balkan ölkələrinə ötürən sistemin gücü məhduddur. Bu sistemin genişləndirilməsi istiqamətində işlər başladılsa da, ən azı bu il onun başa çatdırılması gözlənilmir.

Beləliklə, bu il Avropa bazarlarında qaz qiymətlərinin ciddi şəkildə artması perspektivi yüksəkdir. Bu, qaz ixracının mühüm hissəsi Avropaya reallaşan Azərbaycan üçün ciddi üstünlükdür. Neft bazarındakı volatillik fonunda qaz qiymətərinin bahalaşması Azərbaycan büdcəsinin vergi gəlirlərində ciddi artıma səbəb ola bilər. Maliyyə Nazirliyinin açıqladığı məlumata görəŞ 2024-cü ildə neft-qaz sektorundan vergi daxilolmaları 4 milyard 780,5 milyon manat təşkil edib. Bunun 49,0 faizi və ya 2 milyard 341,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edib. Beləliklə, aydın olur ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi. Bunun 1 milyard 837,8 milyon manatını SOCAR təmin edib, 3 milyard 850,3 milyon manatı “Şahdəniz”, 730,7 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” yatağında çalışan xarici şirkətlər tərəfindən ödənilmişdi. Bu isə o deməkdir, neft-qaz sektorundan vergi daxilolmalarındakı azalma bilavasitə qaz bölməsi ilə - “Şahdəniz”lə bağlı olub.

Ötən il Azərbaycanın qaz ixracı 25 milyard 772 milyon 217.76 min kubmetrə bərabər olub ki, bundan ölkəyə 8 milyard 406 milyon 728.72 min dollar gəlir daxil olub. Qaz ixracı miqdar baxımından əvvəlki illə müqayisədə 851 milyon 255.76 min kubmetr, dəyər baxımından isə 5 milyard 271 milyon 615.42 min dollar azalıb.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Rusiya Avropa bazarından sıxışdırılır, ABŞ-a isə Avropada qiymətlərin yüksək olması lazımdır: “Bu ilin Azərbaycan büdcəsi proqnozlaşdırılarkən təbii qazın orta ixrac qiymətləri 1000 kubmetr üçün 242 dollardan proqnoz edilib. Hələlik ilin əvvəlindən qaz qiymətləri yüksəkdir. Avropa bazarında 2025-ci ilin yanvarında qazın orta hərrac qiymətləri 517 dollar təşkil edib. Ötən cümə isə Niderlandın qaz qovşağında təhvil verilməklə satılan mavi yanacaq 607 dollara qədər bahalaşıb.

Azərbaycan ixrac etdiyi qazın yarıdan çoxunu məhz Avropa bazarlarında realizə edir. Biz satdığımız qaza endirim etsək də, onun qiyməti hərrac göstəricilərinə daha çox bağlıdır. Bu baxımdan “Şahdəniz” konsorsiumundan Azərbaycanın dövlət büdcəsinə ödənişlər milyard manatı aşan göstərici üzərindədir və onun zirvə həddi hələ irəlidədir. Çünki şirkətlər qaz satışından əldə etdikləri mənfəətdən 25 faizlik vergi ödəyirlər, şirkətlərin büdcəyə ödəmələri azalanda isə dövlətin mənfəəti artacaq - yəni Dövlət Neft Fonduna ödənişlər bir neçə milyard dollar səviyyəsinə qədər yüksələ bilər".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru