Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                     Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır .....                     Həkimlərə saxta sertifikatları kim verib? .....                     “Ona necə inanmağıma özüm də mat qalmışam...” .....                     Rəşad Dağlı əfv sərəncamına düşə bilər .....                     Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir .....                     Ermənilərlə NECƏ DİL TAPAQ?.. .....                     Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir .....                     Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı .....                     Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük .....                     Öz “ayağına” güllə atan Rusiya .....                     Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir .....                     Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb .....                     Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib .....                     “Nə Tramp, nə Zelenski! .....                     İndi növbə saxta diş həkimlərinindir... .....                     Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq .....                     Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü .....                     Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı .....                     "Mənəm e, Paşinyan": .....                     Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür .....                     Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... .....                     Jurnalistlərə qadağa qoyuldu .....                     “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb .....                     Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                     Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                 

Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Tarix: Bu gün, 09:04 | Çap et
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq...
Ötən həftə sonu Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfər edib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda nazirin keçirdiyi görüşlər barədə detallar açıqlanmayıb. Lakin səfərin məqsədinin Hindistandan yeni silahların alınması olduğu şübhə doğurmur.

Cənubi Qafqaz regionundakı yeni reallıqları qəbul etməyən İrəvanın özünə yeni himayədarlar, müttəfiqlər axtarması sirr deyil. Bu kontekstdə 2025-ci il üçün özünə rekord həcmdə (1.7 milyard dollar) hərbi büdcə müəyyən edən İrəvanın daha çox istinad etdiyi siyasi mərkəz Fransadırsa, hərbi əməkdaşlıq baxımından önə çıxan ölkə Hindistandır. Təsadüfi deyil ki, son illər Ermənistan silah bazarında ənənəvi tərəfdaşı Rusiyadan deyil, məhz Hindistandan silah alır. Lakin burda bir önəmli məqam var. Hazırda Hindistan dünya silah bazarında satıcı yox, daha çox alıcı qismində tanınır. Hətta xaricdən silah alışına görə dünya birincisidir.

Yəni Ermənistana silah satan Hindistan özü başqa ölkələrdən silah alır və raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan qabaqcıl texnologiyalara sahib deyil. Ermənistan Hindistandan “Pinaka” çoxbarelli raket buraxılış sistemləri və “Akaş” hava hücumundan müdafiə sistemləri alır. İrəvanın bu addımları bir daha göstərir ki, onu daimi sülhün əldə edilməsi yox, bölgədə gərginliyin qalması maraqlandırır.

“Ermənistan fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşır”. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində də bildirilir. Məlumata görə, hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli hesab edir ki, Hindistan üzərindən Ermənistana silahlar ötürülə bilər: “Ermənistan hər zaman xarici qüvvələrə ümid edib və yeni reallıqları qəbul edə bilməyib. Bir şeyi başa düşmür ki, 30 ildən artıq Rusiya, Amerika, Fransa və İran kimi dövlətlərə arxayın olub torpaqlarımızı işğalda saxlayırdı. Sonda nə oldu? Qarabağı özünə birləşdirə bildimi? Qondarma rejimi tanıtdıra bildimi? Azərbaycana rüsvayçı məğlubiyyətə uğradı. Bu silahlar da səhəri gün Bakıda Qənimətlər Parkında nümayiş etdiriləcək. Yaxud da yeni bir Qənimətlər Parkı yaradılacaq. Azərbaycan Pakistanın müttəfiqidir. Hindistan isə cəhd edir ki, dünyada yeni güclərdən biri olsun. Bilirsiniz ki, Amerika, Almaniya, Yaponiya, Fransa, İtaliya, İngiltərə, Kanada kimi ölkələr böyük bir yeddilik ölkələri sayılır. Hindistan, Çin, Rusiya, Braziliya və Cənubi Afrika isə ikinci siyahıya aiddir. Onlar yeni güc mərkəzlərinə çevrilmək istəyirlər. Dünyanın müxtəlif ölkələri, regionları ilə əməkdaşlıq edirlər. Hindistan da Cənubi Qafqazda Ermənistanı özünün bir vassalına çevirmək istəyir. Fransa da buna cəhd edir. Bunu da açıq şəkildə göstərir. Burada ABŞ və NATO ölkələrinin də marağı var. Dolayısı ilə bu silahlar Hindistan vasitəsilə Ermənistana göndərilə bilər, dünyanın böyük gücləri tərəfindən. Bu da istisna edilmir”.

Hərbi ekspertə görə, burada Hindistanın öz maraqları da var: “Böyük dövlətlər onu birbaşa deyil, başqa bir dövlət vasitəsilə edirlər. Bu prosesdə də Hindistan üzərindən Ermənistana silahlar verilə bilər. Ermənistan isə bu silahları hücum niyyəti ilə alır. Azərbaycan da hər il hərbi büdcəsini artırır, müasir silahlar alır və eyni zamanda Hindistan, Fransa kimi ölkələrdən alınan silahlar təhlil edilir. Ermənistan ordusunun mövqeyi, eləcə də dünyada baş verən siyasi, hərbi, iqtisadi və ordu quruculuğu ilə bağlı proseslər müxtəlif aspektlərdən təhlil olunur. Bir sözlə, Azərbaycan Ordusu, dövləti, Azərbaycan siyasi və hərbi rəhbərliyi gərəkən addımları atır. Proses nəzarət altındadır. Ermənistan hansı silahları alır? Onların məqsədləri nədir? Bunun üçün Azərbaycan dövləti qabaqcıl zəruri addımları atır. Ermənistan bu silahları almaqla göstərir ki, hələ də xam xəyallarından əl çəkməyiblər. Bu dəfə də hansısa bir xülyalara qapılsalar, o zaman mövcudluqları sual altında qalacaq”.

Hərbi icmalçı Səxavət Məmməd isə Ermənistanın havadarlarının müharibə arzusunda olduğunu güman edir: “Ermənistan və onun havadarları 44 günlük müharibənin və antiterror əməliyyatının nəticələrini həzm etmirlər. Rəsmi İrəvan hər nə qədər müharibə istəmədiklərini dilə gətirsə də, müharibəyə hazırlaşdıqlarını açıq şəkildə görmək olur. Ermənistanın müharibədən sonra ilk başda silahlar alması anlaşılan idi. Çünki müharibə vaxtı itkilərin yeri doldurulmalı idi. Silah almaq prosesinə başlayarkən də bu xətti götürdüklərini görmək olurdu. Ancaq sonradan Ermənistan tərəfinin sifariş etdiyi silahlar onu deməyə əsas verir ki, bu itkilərin yerini doldurmaq yox, konkret qarşıya qoyulan hədəfə çatmaq üçün silahlanmaqdır. Ermənistan bəzən elə davranır ki, sanki qalib tərəf onlar olub. Çünki normalda hərbi qələbənin nəticəsində əldə olunan razılaşmalar qeyri-şərtsiz yerinə yetirilməli idi. Ancaq Azərbaycan tərəfi 10 noyabr bəyanatının bütün bəndlərini gücü hesabına həyata keçirmiş oldu. Azərbaycanda bəzi şəxslər deyirlər ki, Zəngəzur dəhlizinə ehtiyac yoxdur. O şəxslər bir şeyi unudur ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək və maneəsiz yol masa başında yox, qan hesabına qazanılıb. Ermənilər məğlubiyyətlərinin günahkarı kimi Rusiyanı görür”.

Hərbi analitik hesab edir ki, elə bu səbəbdən də müharibədən dərhal sonra Ermənistan Rusiyadan uzaqlaşma xətti tutdu: “Bunu ilk növbədə silahlanma göstərdi. Ermənistan hazırda böyüməkdə və inkişaf etməkdə olan Hindistan silah sənayesinə üz tutdu. Hindistandan müxtəlif növ silahların alınması üçün müqavilələr imzaladı. İddialar var ki, Ermənistan Hindistana yeni sifarişlər də verəcək. Ermənistanın antidron sistemləri, reaktiv yaylım atəş sistemləri ilə maraqlandığı deyilir. Fransa Ermənistanın müdafiə qabiliyətini gücləndirmək üçün hər cür dəstək verir. Fransa ilk başda Ermənistana "Bastion" zirehli transportyorlar çatdırmışdı. “Bastion”ların yeni partiyasının verilməsi də nəzərdə turulur. “Bastion”ların Ermənistan ərazisi üçün effektiv olacağını düşünmürəm. Çünki o zirehli transportyorlar daha çox düzənlik ərazilər üçün effektivdir. Ermənistan ərazisinin dağlıq olduğunu nəzərə alsaq, “Bastion”lar o qədər də əhəmiyyətli sayıla bilməz. Ancaq “Sezar” haubitsaları barədə bunları demək olmaz. Çünki “Sezar” haubitsaları nəslinin ən yaxşısı sayılır. Bu silahlar Azərbaycan üçün təhdid sayıla bilər. Bundan əlavə, Ermənistan şərti sərhəd boyu bunkerlər, müdafiə zolaqları tikir. İddialar var ki, mühəndis-istehkam işləri də fransız mütəxəssisləri tərəfindən həyata keçirilir. Təkcə Ermənistanın və Azərbaycanın rekord hərbi büdcəsi onu deməyə əsas verir ki, regiondakı gərginlik təsadüfi deyil. Azərbaycan tərəfi bir neçə dəfə açıqladı ki, hərbi büdcə 8 milyard yox, 4 milyard da ola bilərdi. Ancaq qarşı tərəfin atdığı addımlar rəsmi Bakını məcbur edib ki, hərbi büdcəni rekord həddə çatdırsın. Görünən odur ki, Ermənistanı dəstəkləyən qüvvələr regionda yenidən müharibə arzusundadır".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51
Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48
Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43
Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10
“Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02
İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00
Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58
Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12
Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı - FOTOLAR
Bu gün, 13:10
"Mənəm e, Paşinyan": - Nikolun Vaşinqton və Paris rəzaləti
Bu gün, 13:05
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür - FOTO
Bu gün, 13:03
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru