“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.
FED.az bu barədə Səhmdar Cəmiyyətə istinadən xəbər verir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
Cəmiyyətin 2024-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi; Cəmiyyətin illik maliyyə hesabatlarının təsdiqlənməsi; Digər məsələlər. Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: office@iys.az