Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
![Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739279795_0001.jpg) Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə İcmanın istəyini elə onların özlərindən öyrənmək məqsədilə İcma nümayəndələrini qəbul etməlidir. Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Millət vəkili vurğulayıb ki, Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk dəfə deyil:
“Vaşinqton səfərindən uğursuz qayıdan, “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ administrasiyası ilə dialoq qura bilməyən Paşinyan ardınca etdiyi Paris səfərində revanşist məqsədləri üçün yenidən dəstək aldı. İrəvana qayıdan kimi militarist niyyətlərini ört-basdır etmək üçün növbəti dəfə mətbuata üzv tutdu.
Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadıması üçün onun hökuməti Brüsselə müraciət ünvanladı. Təbii ki, Fransanın xeyir-duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkda davam edəcək”.
Deputat xatırladıb ki, Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd şəkildə işğal altında saxlaması, 700 000 azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaradıb.
“Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin hazırda Bakıda keçirilən məhkəmə prosesi Ermənistanın dövlət məsuliyyətinin sübutu yolunda çox ciddi addımdır. Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də Paşinyan bir neçə həftə öncə Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirləndirilən şəxslərə “narkotik maddələr verilməsi kimi” absurd iddia səsləndirdi. İndi isə Ermənistanın Baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələri Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdır”, - deyə R.Nəbiyev qeyd edib.
Milli Məclisin deputatı Azər Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, Paşinyanın son müsahibəsində səsləndirdiyi iddiaların nəyə xidmət etdiyini dəyərləndirmək üçün ilk növbədə onun atdığı addımlara diqqət yetirmək lazımdır:
“Ermənistanın Baş nazirinin Fransaya səfəri öncəsi “Azərbaycanın hərbi təhdidi” barədə söz açması, qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı müstəsna hüquqlarını “təzyiq” və “müharibə hazırlığı” kimi təqdim etməsi müsahibənin məqsədyönlü xarakter daşıdığını sübuta yetirir. Bütün bu əsassız iddialar isə bəhanə xarakterlidir və Fransandan yeni silahların alınması üçün qondarma əsasların formalaşmasına xidmət edir”.
Millət vəkili xatırladıb ki, Ermənistanın Baş naziri daha öncə də oxşar iddialar səsləndirilib.
“Bütün bu iddiaların zamanlanması konkret hədəflərə xidmət edib. Bu xüsusda Ermənistanın Fransa və Hindistandan silah tədarük etməmişdən öncə, yaxud Aİ-nin qondarma müşahidəçilərinin mövcudluq müddətinin uzadılmasından və ya bədnam “dördlüy”ün Brüsseldə keçirilən görüşündən əvvəl Paşinyan və ətrafının açıqlamalarını xatırlamaq yetərlidir. Ermənistanda hökumətlər dəyişib, amma süni xarici düşmən amili üzərindən silah, pul, texnika dilənmək ənənəsi dəyişməyib”.
Deputat əlavə edib ki, Qərbi Azərbaycan hadisələri bütün həqiqətlərin başlanğıc nöqtəsidir.
“Qərbi Azərbaycan məsələsi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətini tam çılpaqlığı ilə, təkzibolunmaz faktlarla və həm də hadisələrin inkişafını zaman baxımından obyektiv, ədalətli müstəviyə daşıyaraq gün işığına çıxaracaq əsas amildir. Ədalətin tam bərqərar olması üçün yola da məhz həmin başlanğıc nöqtəsindən çıxmaq lazımdır. Azərbaycanlıların qayıdış hüququnun təmin olunması tarixi ədalətin bərpa olunmasının əsas nöqtəsidir. Tarixi ədalət bərpa olunmadan davamlı sülhə nail olmaq mümkün olmayacaq”, - deyə A.Kərimli fikrini yekunlaşdırıb.
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Bu gün, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Bu gün, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Bu gün, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Bu gün, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Bu gün, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Bu gün, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Bu gün, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Bu gün, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Bu gün, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Bu gün, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Bu gün, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Bu gün, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Bu gün, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Bu gün, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Bu gün, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Bu gün, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Bu gün, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Bu gün, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Bu gün, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Bu gün, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Bu gün, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Bu gün, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Bu gün, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Bu gün, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Bu gün, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Bu gün, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Bu gün, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Bu gün, 16:18 |
|
|
|
• “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Bu gün, 16:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Bu gün, 16:08 |
|
|
|
• Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Bu gün, 16:06 |
|
|
|
• “Ona necə inanmağıma özüm də mat qalmışam...”
Bu gün, 15:38 |
|
|
|
• Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Bu gün, 15:25 |
|
|
|
• Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Bu gün, 15:14 |
|
|
|
• Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Bu gün, 15:08 |
|
|
|
• Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Bu gün, 14:58 |
|
|
|
• Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Bu gün, 14:51 |
|
|
|
• Aeroport yolunda maşınları saxladıb 50 manat istəyir: "Qazi"dir - VİDEO
Bu gün, 14:48 |
|
|
|
• Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb - KİV
Bu gün, 14:43 |
|
|
|
• Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib - MƏHKƏMƏ
Bu gün, 14:10 |
|
|
|
• “Nə Tramp, nə Zelenski! – Son sözü xalq deyəcək”
Bu gün, 14:02 |
|
|
|
• İndi növbə saxta diş həkimlərinindir... - Texniklər necə stomatoloji xidmət göstərir?
Bu gün, 14:00 |
|
|
|
• Sülh müqaviləsi Rusiya ərazisində imzalanmayacaq - BU QƏTİDİR!
Bu gün, 13:58 |
|
|
|
• Atası müstəntiqi öldürüb Azərbaycana qaçırdı, oğlu da polisi döydü - HADİSƏ ANI
Bu gün, 13:12 |
|
|
|
|