Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə neftçi müraciətini ictimailəşdirib. "DİA-AZ" xəbər verir ki, bu dəfə də aidiyyatı qurum və şəxslərə xitab edən NHMT sədri təcili tədbir görülməsini diqqətlərə çatdırıb.
Həmin neftçi müraciətində deyilir:
"Sizə "Abşeronneft"in 4-cü sahəsindən müraciət edirik. 21 gündür ki, dənizdəyik. 2-3-cü mədənlərdə bu gün (dünən nəzərdə tutulur -red.) növbəni dəyişdilər. Bizdə isə yox... Nəyə görə axı?
Təmir-tikinti tresti də bu gün (dünən red.) növbə dəyişib. Amma bizi dəyişən yoxdur. Artıq 21 gündür işdəyik...
Sabah üçün də (bu gün nəzərdə tutulur -red.) 4-cü mədənin gəmisini ("Mpk474") verdilər 2-ci mədənə ki onları dəyişhsinlər... Bəs biz? Artıq 21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."