
Bir qrup vətəndaş və ətraf mühit fəalı Araz çayının çirkləndirilməsi ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə İranın “Xazar” xəbər saytında məlumat yayılıb.
“Son illər hökumətin Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələni diplomatik və təhlükəsizlik məqsədləri xatirinə gizlətməsinə baxmayaraq, bu transsərhəd çayın ekosistemini və onun ətrafında yaşayan sakinlərin sağlamlığına təhdidi gizlətmək mümkün deyi”, - müraciətdə bildirilib.
Müraciəti imzalayanlar ekoloji problemin araşdırılması və həlli üçün təkliflər irəli sürüb, səbəbkarlar barədə tədbir görülməsini tələb ediblər.
Qeyd edək ki, bundan əvvəl iranlı ekoloqlar və bəzi millət vəkilləri Ermənistanın zəhərli tullantıları Araz çayına axıtması ilə bağlı bir neçə dəfə məsələ qaldırıb, İran hökumətinin problemlə bağlı əməli tədbir görməsini istəyiblər.
Ekspertlərin fikrincə, Ermənistanın köhnəlmiş Metsamur AES-nin zəhərli tullantılarının çaya axıdılması Araz çayının çirkləndirilməsində əhəmiyyətli dərəcədə rol oynayır.