
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz Rafik qızı İsmayılovanın ADY-də hələ də çalışan ona yaxın olanların və qohumlarının siyahısı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu şəxslər qurumda yüksək vəzifə tuturlar.

Siyahını təqdim edirik:
1. Ceyhun Nağıyev – QSC-nin İnsan resursları departamentinin müdiri (əvvəllər “OBA” marketlər şəbəkəsində çalışıb),
2. Azər Fərəcov - Sərnişindaşıma departamentinin müdiri (“Atasığorta” ASC-də çalışıb, daha sonra kənarlaşdırılıb),
3. Emil İsmayılov - Sərnişindaşıma xidmətinin rəisi (Sığorta şirkətlərinin birində çalışıb),
4. Fərəh Mirili - PR Departmentinin baş mütəxəssisi, satınalma və tədbirlərin təşkilinə cavabdeh şəxs (Aybəniz İsmayılovanın nöqsanları əsasən F.Mirilinin sorğu-sual edilməsi əsasında üzə çıxıb),
5. Anar İmanverdiyev – Rəqəmsallaşma departamentinin müdir müavini (Ceyhun Nağıyevin kirvəsidir),
6. Daşqın Rəcəbli – Kommunikasiya departamentinin rəhbərinin müavini (Aybəniz İsmayılovanın dostu),
7. Nigar İzmayılova - Cüdo Federsiyasında sponsorluq layihələri üzrə müşavir.
Qeyd: Hazırda A.İsmayılovanın vəzifədə olduğu dövr üzrə yoxlamaların aparıldığı bildirilir.