Hakimiyyət hansı icra başçısı ilə yollarını ayırmaq qərarını verib - Dəyişikliklər sentyabrdan start götürür
Tarix: 17-07-2014, 17:36 |
Çap et
DİA.AZ: - Gəncə, Ağsu, Şəmkir, Xaçmaz, Qusar, Gədəbəy və Ağcabədi rayon icra hakimiyyətinin başçıları, habelə Bakının Xətai, Sabunçu, Nəsimi və Xəzər rayon rəhbərləri işlərindən azad oluna bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynağın iddialarına görə, adları çəkilən rayon icra hakimiyyəti başçıları ilə bağlı qərar artıq verilib və onlar zaman-zaman işlərindən alınacaqlar.
Mənbənin dia-az.life-a söylədikləri: «Sentyabr ayından etibarən icra başçılarının ələmə prosesi start götürəcək. Eyni zamanda daha bir neçə rayonun İH başçıları ilə bağlı yerdəyişmə qərarı veriləcək. Adları çəkilən rayon rəhbərləri isə vəzifələrini birdəfəlik itirəcəklər».