Kəmaləddin Qafarovun parlamentdə susmasına baxmayın... - Deputatın yerə baxanı...
Tarix: 8-01-2021, 08:42 | Çap et
Onkoloji Mərkəz sözün əsl mənasında can bazarıdır. Pulun varsa, bir az daha yaşamağa ümid edə bilərsən, yoxsa diriykən həyata vida deyəcəksən. Mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Milli Onkologiya Mərkəzinin (MOM) baş direktor müavini Kəmaləddin Qafarov haqda sensaion araşdırma aparıb. Onun araşdırmasına görə, onkoloji xəstəlik şübhəsilə ilk müayinə 500 manat, kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə verilməsi 20 manat, kimyaterapiya 300 manat, kimyaterapiyadan öncəki müayinlər 60-100 manat (hər 21 gündən bir), 28 seanslıq şüa 1000 manat, pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, qeydiyyat, bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat), yeri gəldi-gəlmədi əlavə analizlər, biopsiyalar pullu, xəstə ölənə qədər soyğunçuluq… Baxmayaraq ki, MOM-a dövlət büdcəsindən hər il on milyonlarla manat ayrılır. MOM-un baş direktor müavini Kəmaləddin Qafarov növbəti dəfə deputatlığa namizəddir. O Kəmaləddin Qafarov ki, insanların həyatı üzərindən özünə ağılagəlməz biznes şəbəkəsi qurub. SƏHİYYƏNİN BƏDXASSƏLİ ŞİŞİ C.Həsənli yazır ki, YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatlığa vahid namizədi, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılır. İndiyədək bu şəbəkəyə aid müxtəlif şirkətlərin adları çəkilib, MOM-un tenderlərində iştirak etmiş şübhəli şirkətlərlə bağlı araşdırmalar aparılıb. Ən azından ona görə ki, onkoloji xəstəliklərin geniş yayılması fonunda Qafarovun ailə şirkətlərindəki şişkinlik də özlüyündə maraq kəsb edir. Bu biznes Milli Onkologiya mərkəzindəki açıq bazardan, şübhəli tenderlərdən qaynaqlanaraq ölkə hüdudlarını aşıb. Bu barədə bir qədər sonra. Öncə Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında Qafarovun ailə şirkətlərinin bəziləri haqqında çıxarışları diqqətinizə çatdırmaq istəyirəm.
1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında "AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki "Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır. Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Şirkət 2004-cü ik iyulun 2-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 1020 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi FAMİL RƏHİMLİ VƏLİ oğludur. Amma şirkətin hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, MƏHƏLLƏ 3078A, m. 155-dir. Və ünvanda məhz Bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır. 2.Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed "Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "ZƏFƏRAN” apteklərinə və "ZƏFƏRAN HOSPİTAL”ı idarə edir. Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev MƏHƏLLƏ 3078 A, EV 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır. 3. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və "VERSAL PALACE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. MMC 2014-cü il oktyabrın 21-də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 108, GİRİŞ B, m. 4, qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. 4. "VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – 2004-cü il avqustun 16-da 500 manat nizamnamə kapitalı ilə ELMİRA MƏMMƏDOVA PAŞA qızının adına rəsmiləşdirilib. Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir. 5. "KANON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində SƏBUHİ ABBASOV FÜQAR oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "Azəri Med” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir. ✅Bakı şəhəri, X.Məmmədov 32 A, ✅Yasamal rayonu Şərifzadə küçəsi 100, ✅Şamaxı şəhəri, ✅Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1, ✅Sabunçu, S.Qocayev 142, bina 1, ✅Nəsimi rayonu, A.Mirqasımov 2, ✅Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti, ✅Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2, ✅Bakı şəhəri, Əhməd Cavad 32, ✅Sumqayıt, 2-ci mkr, Sülh küçəsi, ✅Ağcabədi ✅Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D, ✅Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a, ✅Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C, ✅Yasamal rayonu, Şərifzadə 314 B ✅Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A, ✅Nəsimi rayonu, Asif Məhərrəmov 119A, ✅Lənkəran, Həzi Aslanov küçəsi, ✅Lənkəran, Nizami küçəsi, ✅Gəncə, Atatürk prospekti, ✅Quba şəh, Fətəlixan küç. Ev 6A, ✅Biləsuvar, Kanon – Aran apteki, ✅Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106. ✅Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə 6.”SHAFRAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci dekabrın 4-də 1000 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, BUZOVNA ŞTQ, DƏRBƏND, ev 1-də hüquqi qeydiyyatdadır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur. "Shafran” MMC isə məşhur "Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisi olub. Keçmiş Vergilər Nazirliyinin 2018-ci il dekabrın məlumatına görə "Shafran” MMC ” Kəmaləddin Qafarovun xanımının təsisçisi oluğu "Azəri Med” MMC-yə birləşdiyini elan edib, hazırda ləğv prosesindədir. 7. "AVESTAFARM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi ELÇİN İBRAHİMOV İSMAYIL oğludur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – "Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir. 8. "MEGA PHARMACY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65A, MƏH. 3078A, m. 155, qanuni təmsilçisi isə CANİLYA QAFAROVA-dır. 9. "NATURALİST” FƏRDİ FİRMASI 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qaddaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var. 10. HELİOS PHARMA LTD qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. 11. SALİDONT LTD 2 ay əvvəl, 2019-cu ilin noyabrın 7-də Kiprin cənubunda (yunan hissəsi), Aralıq dənizi sahilindəki Limasol şəhərində HE403879 saylı lisenziya ilə qeydiyyatdan keçirilib. Şirkətin idarə olunması PATRİCİA STİLİANOY adlı yunana həvalə olunub. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
|