XİN-in Hüseyn Hüseynov əmması... - İLGİNC İDDİALAR...
Tarix: 27-01-2021, 08:06 | Çap et
DİA.AZ: - "2004-2020-ci illərdə müstəqillik zamanı Azərbaycanın ən uzunmüddətli xarici işlər naziri olmuş Elmar Məmmədyarovun dövründə dövlətin bu əsas xarici siyasət idarəsi korrupsiya, qanunsuzluq və başqa qaranlıq əməllər yuvası oldu. Bu illər ərzində XİN-də Məmmədyarov başda olmaqla çox sayda vəzifəli şəxslərin qanuna zidd, peşəkarlıqdan uzaq işləri barədə mətbuatda mütəmadi yazılar dərc edilirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Amma bu həyəcan təbilinə vaxtında lazımi əhəmiyyət verilmədi. XİN-in tutduqları vəzifələrə layiq olmayan, diplomatiya kimi vacib, ali sənətə uyğun gəlməyən rəhbər şəxsləri cəzasızqıqdan arxayınlaşaraq əməllərini davam etdirirdilər.
Nəticədə XİN-də ədalətsizlik, qanunsuzluq və qeyri-peşəkarlıq o həddə çatdı ki, belə vəziyyətlə barışmayaq istəməyən diplomatlar da etirazlarını açıq ifadə etməyə başladılar. Xüsusilə 2015-ci ildən nazirlik daxilində gedən neqativ proseslər əvvəlkindən də intensiv və açıq şəkildə mətbuat səhifələrinə çıxdı. İllərlə yığılıb qalan problemlər, mənfi hallar Məmmədyarov və əlaltılarının ört-basdır etmək cəhdlərinə baxmayaraq XİN-in öz diplomatları tərəfindən ifşa edilirdi.
Lakin hətta bu qalmaqallardan sonra da bir nazir kimi yararsızlığı tam təsdiq olunan Elmar Məmmədyarov barəsində hansısa səbəblərdən lazımi tədbir görülmədi. Əksinə, xarici işlər naziri kimi səlahiyyətlərindən sui-istifadə edərək XİN-də özü və dəstəsinin etdiyi haqsızlıqlara qarşı çıxanları cəzalandırırdı. Həmin şəxslər Məmədyarov və onunla birlikdə qeyri-qanuni əməllərin icraçısı olan XİN rəsmilərinin təzyiq və təqiblərinə məruz qalırdılar. Onlar qanunsuz olaraq işdən çıxarılır və digər haqsızlıqlara məruz qalırdılar.
Nəhayət, uzun illər XİN-də Məmmədyarov və dəstəsinin xalça altına süpürdükləri qanunsuz, əyri əməllərin fəsadı açıq və qalmaqallı şəkildə 2020-ci ilin iyulunda vulkan kimi püskürdü. Əvvəlcə Dövlət Təhlükəsizlik Xidməti XİN-də reydlərə başlayaraq onlarla vəzifəli şəxsi həbsə aldı. Nazir müavinlərindən Ramiz Həsənov və Nadir Hüseynovun sorğu-suala çəkildiyi barədə mətbuatda məlumatlar yayıldı. Hələ indiyə qədər heç bir ölkənin diplomatiya tarixində xarici işlər nazirliyinin əməkdaşlarının, diplomatların korrupsiya ittihamları ilə belə kütləvi həbsi müşahidə olunmamışdı.
Daha sonra preizdent İlham Əliyev televiziya qarşısında açıq şəkildə Elmar Məmmədyarovu işinin öhdəsindən gələ bilməməkdə, rəhbərlik etdiyi XİN-i isə fəaliyyətsizlikdə ittiham edərək rüsvayçı şəkildə vəzifəsindən qovdu.
Bu illər ərzində Məmmədyarov və əlaltılarının XİN-də törətdikləri əməllər mətbuatda yayılmaqla bərabər məhkəmələrdə də şikayətlərə səbəb olub. Onların ədalətsizliklərindən və qanunsuz hərəkətlərindən əziyyət çəkən bir çox şəxslər hüquqlarının müdafiəsi üçün məhkəmələrə üz tuturdular.
Şikayətçilər əsasən XİN-də hüquqları pozulan, qeyri-qanuni işdən çıxarılan əməkdaşlar və XİN-in vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən əziyyət çəkənlər şəxslər idi.
Bakı İnzibati və Apellyasiya məhkəmələrinin arxivində müxtəlif dövrlərdə XİN-ə qarşı qaldırılmış azı 10-a qədər məhkəmə iddiası barədə məlumatlar mövcuddur. Müxtəlif vaxtlarda Xarici İşlər Nazirliyinə qarşı iddia qaldırmış şikayətçilərdən Məmmədov Məsim Əhməd oğlu, Qaçayev Marlen Fəxrət oğlu, Əhmədova Əminət Əli qızı, Həsənov Azad Məmmədağa oğlu, Zamanov Taleyran Zaur oğlu, Məmmədova Nərgiz Xəlil qızı, Bağırov Süleyman Orucəli oğlu, Hümbətov Fuad Dursun oğlu və Qurbanov İlqar Şixəli oğlunun adları mövcuddur. Bu məhkəmə işləri Məmmədyarovun dövründə XİN-də baş vermiş saysız-hesabsız neqativ halların, qanunsuzluqların çox az hissəsini əks etdirir.
Lakin məhkəmələr də XİN rəhbərliyinin qanunsuz əməllərindən şikayətçi olanların işlərinə demək olar ki, heç vaxt ədalətlə baxmayıb. Hakimlər müxtəlif bəhanələrlə XİN-in xeyrinə qərarlar veriblər.
Bu, məhkəmələrin adətən yüksək vəzifəli şəxslərə qarşı iddialara münasibətdə müstəqil qərar verə bilməmələri, hakimlərin onlarla təmənna, qohumluq, dostluq və digər motivlərlə münasibətdə olmalarından irəli gəlib. Baki İnzibati və Apellyasiya məhkəmələrinin arxivində XİN-ə qarşı qaldırılan iddialar üzrə işə baxan hakimlərdən Miminat Hacıbəyova, Mirzə Tağızadə, Ülvi Mayılov və digərlərinin adları göstərilib.
Başqa diqqət çəkən məhkəmə işi XİN-in daxilində yaradılmış mənzil tikintisi ilə məşğul olan “Diplomat – 2008” MTK adlı şirkətlə bağlıdır. Jurnalist Cavanşir Həsənlinin araşdırması ilə üzə çıxmışdı ki, nazir olduğu vaxt Elmar Məmmədyarov bu şirkətə XİN-də idarə rəisi Elxan Azayevi rəhbr təyin edib. Avropa və Amerika ölkələrini kurasiya edən Azayev təbii ki, Elmar Məmmədyarovun yaxın adamı idi və bu səbəbdən də şirkətin idarəçisi olub.
“Diplomat – 2008” MTK şirkəti XİN-in binasının yaxınlığında mənzillər tikdirərək baha qiymətə satırdı. Əldə edilən gəlirin hara sərf olunması barədə isə məlumat yoxdur.
Cavanşir Həsənovun bundan əvvəl üzə çıxartdığı Elmar Məmmədyarovun ABŞ-ın Nyu York şəhərində oğlanlarına aldığı çoxmilyonluq mənzillərinin pulunun haradan gəlməsi sualına “Diplomat – 2008” MTK da cavab ola bilər. Nazir olduğu üçün biznes fəaliyyəti qanunla qadağan olunan Məmmədyarov məhz bu səbəbdən ölkənin “tikinti maqnatı” adlandırılmışdı.
Növbəti araşdırmalar nəticəsində Elmar Məmmədyarovun milyonlarla dollarlıq mənzilləri ABŞ-ın artıq sabiq prezidenti Donald Trampa məxsus şirkətdən aldığı məlum oldu. O, bu yaxınlarda “Azadlıq” radiosuna verdiyi müsahibəsində ABŞ hakimiyyət orqanlarının pulun mənbəyi barədə heç bir sual vermədiklərini demişdi.
Hansı ki, ABŞ-da Maqnitski Aktı və digər qanunlara əsasən korrupsiyada şübhəli bilinən xarici şəxslər məsuliyyətə cəlb oluna bilərlər. ABŞ-ən maliyyə və ədliyyə qurumları da Elmar Məmmədyarovun mülkləri barədə jurnalist sorğusuna cavab vermədilər. Yeni Co Bayden administrasiyasının bu məsələdə hansı mövqe tutuacağı məlum deyil.
DTX XİN-də həbslər aparan zaman “Diplomat – 2008” MTK-nın rəhbəri Elxan Azayevin də istinataq cəlb olunduğu barədə məlumat yayıldı. Lakin bunun nəticəsi barədə hələ ki, bir xəbər yoxdur. Məhkəmənin də şirkətlə bağlı hansı yekun qərar verdiyi məlum deyil.
Digər məlumatlara əsasən XİN-i bu məhkəmə işlərində nazirliyin hüquqi təminat idarəsi təmsil edib. İdarənin rəisi Hüseyn Hüseynov adlı şəxsdir. Onun 1996-cı ildə özəl Azərbaycan universitetindən məzun olduğu, bir müddət Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı olduğu bildirilir.
Hüseyn Hüseynov 2011 və ya 2012-ci ildən Elmar Məmmədyarov tərəfindən həmin vəzifəyə təyin edilib. İddialara görə nazir müavini Nadir Hüseynovla yaxın olub. O, Elmar Məmmədyarov və Nadir Hüseynovun tapşırığı ilə XİN-də qeyri-qanuni əmrlərin hazırlanmasının və digər qanuna zidd sənədləşmələrin aparılmasının əsas icraçılarından sayılır. XİN-ə qarşı qaldırılmış iddiaların məhkəmələrdə rədd edilməsi üçün hakimlərə müxtəlif yollarla təsir göstərən şəxsin də Hüseynov olduğu ehtimal edilir.
Maraqlıdır ki, istər hüquqşünas, istərsə də diplomat keyfiyyətlərinə cavab verməyən Hüseyn Hüseynov Məmmədyarov kənarlaşdıırıldıqdan sonra da bir çoxlarından fərqli olaraq tutduğu vəzifədə saxlanılıb. Hətta Baş nazir Əli Əsədovun qərarı ilə bir neçə ay əvvəl H.Hüseynov XİN-in kollegiya üzvü təyin olunub.
Himayəçisi Nadir Hüseynov nazir müavinliyindən çıxarılsa da, Hüseyn Hüseynovun tutduğu vəzifədə saxlanılması, üstəlik XİN-in kollegiyasına da üzv edilməsinə mümkün iki səbəbə göstərilir.
Birincisi, onun E.Məmmədyarov və N.Hüseynovdan sonra başqa bir yüksək rütbəli dövlət məmuru tərəfindən himayə olunmasıdır.
İkinci səbəb isə yeni xarici işlər naziri Ceyhun Bayramovun da H.Hüseynovun XİN-dəki pozuntulara, qaranlıq işlərə qanun donu geyindirmək qabiliyyətinə ehtiyac duyması ola bilər. Buna görə də XİN-dəki qanunsuzluqlarda məsuliyyət payı istintaqa cəlb olunmuş maliyyə, işlər və konsulluq idarələrinin rəhbərlərindən az olmayan H.Hüseynov toxunulmaz qalıb.
Beləliklə də adı, soyadı haqq uğrunda həyatını, ailəsini qurban vermiş imam Hüseyndən götürülsə də, Hüseynov XİN-də haqsızlığa, qanunsuzluğa alət olmağa davam etməkdədir.
XİN-ə qarşı iddiaların ədalətli həllini tapmaması və illərlə üst-üstə yığılmış digər problemlərin aradan qaldırılmasında irəliləyişlərin olmaması yeni nazir Ceyhun Bayramovun da işinin öhdəsindən gələ bilməməsi qənaətini yaratmaqdadır.
Nazir təyin edildiyi ilk vaxtlarda Bayramov XİN-in maliyyə, işlər və ümumi katiblik idarələrinin rəhbərliyinə özünün təhsil nazlriyindən gətirdiyi kadrları təyin etdi. Heç bir diplomatik təcrübəyə malik olmayan şəxslərin bu vəzifələrə gətirilməsi dərhal mətbuatda sual doğurmuşdu. Bəziləri isə bu təyinatların onsuz da bərbad hala salınmış XİN-in Məmmədyarovun adamlarından təmizlənməsi üçün zəruri addım sayırdılar.
Lakin Hüseyn Hüseynovun vəzifədə saxlanılması, XİN-də vəziyyətin dəyişməsi üçün heç bir iş görülməməsi problemləri getdikcə dərinləşdirir. Bu səbəblərdən də diplomatik təcrübəsinin olmaması, zəif və rəhbərlik qabiliyyəti aşağı təsir bağışlayan Ceyhun Bayramvoun XİN-də müsbət dəyişikliyə nail ola biləcəyinə şübhələr artmaqdadır.
Azərbaycan dövlətinin və ordusunun prezident İlham Əliyevin ali baş komandanlığı ilə Dağlıq Qarabağ münqaişəsində qazandığı böyük hərbi qələbəni diplomatik cəbhədə də möhkəmləndirmək hazırda zərurətə çevrilib. Güclü diplomatiya isə layiqli diplomatların olması, sağlam diplomatik aparatın yaradılması ilə mümkündür".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
|