Göygöl təhsilində kəndlərə uzanan korrupsiya... - Texniki işçilərin maaşlarını kimlər yeyir?
Tarix: 8-03-2021, 08:54 | Çap et
Göygöl rayon təhsil şöbəsində təmsil olunan şəxslər hələ də köhnədənqalma korrupsiya mexanizmlərindən imtina etməyiblər. Bir başı rayon icra hakimiyyətinin "İctimai-siyasi və humanitar məsələlər şöbəsi"nə, digər uzantısı da Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin pulsayanlarına uzanan maddi maxinasiyaların durdurulması çox vacibdir. "Demokratik.Az"-a bu dəfə verilən məlumata görə, rayonun Hacıməlik kəndində (şəhər tipli qəsəbə-red) yerləşən məktəblər də bir sıra özbaşınalıqlardan əziyyət çəkir.
Aldığımız bilgiyə görə, Hacıməlik ŞTQ 2 saylı tam orta məktəbinin təşkilatçı müavini Elbar Şirəliyev öz direktoru Məcid Bayramovla razılaşaraq həyat yoldaşı Gülnarəni məktəbin xadiməçisi kimi yazdıraraq sonuncunun işə gəlməməklə adına maaş yazılmasını təmin edib. Bu məqsədi pərdələmək üçün də qəsəbədəki 1 saylı orta məktəbinin texniki işçisi Sevda Qurbanovanın əmək hüquqları istismar edilib. Yəni, S.Qurbanova ştat üzrə 1 saylıda işləsə də, uzun müddətdir 2 saylı məktəbə göndərilərək Gülnarə Şirəliyevanın da əvəzindən süpürgəçiliyə-təmizlik işlərinə cəlb edilib.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, 2 saylı məktəbdə hazırda 5 nəfər texniki işçi var və onlardan daha biri də Gülnarə Şirəliyeva kimi işə çıxmır, əvəzinə başqası işləyir. Adıçəkilən Sevda isə hər həftənin yalnız cümə günlərində 2 saylı məktəbə göndərilir, Gülnarəni əvəzləyir, özünün tabeli olduğu şəxsin sözügedən qanunsuz tapşırığını icra etməyə məcbur edilir. Ortada olan maaş kartını isə kimin alıb yeməsi, əlinə süpürgə almayan və iş üzü tanımayan direktor müavinin arvadının əvəzində köçürülən əməkhaqqını kimin və niyə qamarlaması daha maraqlıdır.
Məlumata görə, kəndin hər iki məktəbində texniki işçilərə qeyri-rəsmi nəzarət, oxşar maddi maxinasiyalar Hacıməlik ŞTQ 1 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Asiya Hüseynovanın nəzarətindədir. Və Sevdanın süpürdüyü, Gülnarənin də adı getdiyi 2 saylı məktəbin bu kimi işlərə bulaşması Asiyanın iradəsinə uyğunlaşdırılır.
İddialara görə, Asiya Hüseynovanın Göygöl İHB-nin xanım müavini Kəmalə İbrahimova ilə rəfiqə olması hər iki məktəb direktorunun adıkeçənə bu kimi nöqsanlı şərait yaradılmasını məqbul edir. Gülnarə Şirəliyevanın və bir neçə texniki işçinin adına olan maaş kartlarının da Asiya Hüseynovada olması, maaşların hər ay bankomatdan məhz Hüseynova tərəfindən çıxarılması aldığımız məlumatlar sırasındadır. Bundan başqa, xanım təsərrüfat müdirinin öz ali təhsilli gəlinini (hazırda müəllimdir) Gülnarə Şirəliyevadan əvvəl süpürgəçi ştatına oturtması, gəlininin də yerinə başqalarını işlədərək maaşını alması faktı ortadadır.
"Demokratik.Az" saytı sadalanan faktlarla əlaqədar Göygöl Təhsil şöbəsi ilə əlaqə qurub. TŞ-nin məsələyə münasibəti belə olub: "Belə məsələlərə biz baxmırıq, heç nə deyə bilmərik. Biz məktəblərdə yalnız tədrisə cavabdehik, maaş və digər özbaşınalıqların Göygöl TŞ-yə aidiyyatı yoxdur. Araşdırmaq və dəqiqləşdirmək istəyirsinizsə, aidiyyatı üzrə Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət edin!.." Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə yaratmaq istəyimiz isə bir neçə günlük cəhdlərlə havada qaldı.
Hacıməlik 2 saylı tam orta məktəbinin direktoru Məcid Bayramovla söhbətimiz zamanı isə o, deyilənləri təsdiq etsə də, baş verənləri normal qarşıladığını bildirdi. Direktor hesab edir ki, "əgər məktəb təmiz saxlanılırsa, kimin faktiki çalışmasının, kiminsə adına da sənəd üzərində havayıca maaş yazılmasının heç bir önəmi yoxdur və bu cinayət deyil". Hələ də bu məntiqlə düşünən direktorların olması, deyilən özbaşınalığın sanki malalanması cəhdi yalnız təəssüf doğurur.
İnanırıq ki, təhsil naziri Emin Əmrullayev sadalanan faktlara tezliklə göz gəzdirəcək! (əlavə məlumat verməyə çalışacağıq - yazıda adıkeçən digər şəxslərin də söz haqqına sayğımızı ifadə edirik...) Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|