Şəmkirdə əkməyə bir qarış da boş torpaq yoxdur... - NARAZILIQ!
Tarix: 25-03-2021, 08:17 | Çap et
“Son 5 ildə kəndlərdə həyat daha canlıdır, əkin-biçinlə məşğul olanların sayı artıb, bir qarış da boş torpaq yoxdur. Çünki başqa gəlir mənbələri kəsilib, daha əvvəli kimi nə Rusiya bazarları var, nə də Bakıda iş…”
Bunu “Press Klub”un əməkdaşı ilə söhbətində Şəmkir rayon sakini Vazeh Salmanov deyir.
Şəmkir, Tovuz rayonlarının əhalisi əsasən kənd təsərrüfatı və maldarlıq, eləcə də Rusiyada çalışan əmək miqrantlarının öz ailələrinə göndərdikləri pul baratları hesabına dolanır. İşsizlər əvvəllər Bakıda və rayon mərkəzlərində həyata keçirilən infrastruktur layihələrində iş tapırdılar, amma tədricən bu imkanlar aradan qalxıb. İndi hamı torpaqdan bərk yapışıb. Xüsusən maddi gücü olanlar iri torpaq sahələrini alaraq orada bağçılıq və istixana təsərrüfatları qururlar. Çünki burada istehsal olunan məhsulların Rusiyada yaxşı bazarı var. Bir müddət əvvəl paytaxtda, rayon mərkəzlərində ev, obyekt satın alıb, onlardan gəlir əldə etmək yaxşı biznes sayılırdısa, indi vəziyyət dəyişib. Bakıda iş imkanlarının azalması bura miqrasiya etmiş əhalinin əksəriyyətinin geri qayıtmasına səbəb olub. Üstəlik, iqtisadi böhran, pandemiya şəhərdə qazanc imkanlarını kəskin azaldıb. Ona görə, bir çox sahibkarlar daşınmaz əmlaklarını satıb, kənd təsərrüfatına yönəlirlər. Nə qədər olmasa, bir neçə il sonra əldə ediləcək məhsul qoyulan xərci də çıxaracaq, qazanc da gətirəcək.
Rusiyada çalışan azərbaycanlılar da bu prosesdə fəal iştirak edirlər. Nəticədə rayonlarda torpaq sahələri bir qrup imkanlı adamın əlində cəmləşib. Çünki torpaq almaq, orada təsərrüfat qurmaq da böyük maliyyə tələb edir. Torpaq sahələrinə yaranan tələbat onun qiymətinin kəskin yüksəlməsinə gətirib çıxarıb. Məsələn, Tovuzun, Şəmkirin bəzi kəndlərində bir sot torpaq 2 min manatdan bahadır. Əkin-biçin üçün pulu olmayanlar əlindəki torpaqlarını satıb, problemlərini həll etməyə çalışırlar. Bir müddət sonra onlar iri sahibkarların təsərrüfatlarında günlük muzdla çalışan fəhlələrə çevrilirlər. İnsanların var-yoxdan çıxması aqrar siyasətdə yol verilən ciddi qüsurlarla bağlıdır.
Əvvəla, xırda təsərrüfatlar üçün dövlət subsidiyaları əlçatımlı deyil. Əksəriyyət onu əldə etmək mexanizmlərini bilmir, ümumiyyətlə, məlumatsızdır; İkincisi, əkin subsidiyaları əkin zamanı deyil, biçindən sonra verilir. Kəndli özü pul tapıb, təsərrüfatı əkib-becərməlidir; Üçüncüsü, prosesdə xeyli texniki və bürokratik əngəllər var. Sənədləşmə işləri elektron qaydada aparıldığından, xeyli insan üçün əlçatan deyil. Nəhayət, dövlət dəstəyi yalnız iri sahibkarlar üçün faydalıdır. Məsələn, bağçılıq, tütünçülük, subtropik meyvələr üçün subsidiyalar intensiv sortlar yetişdirən, sənədləri qaydasında olan və müasir suvarma sistemləri quraşdıran fermerlərə verilir. Bu da kifayət qədər böyük maliyyə vəsaiti tələb edir ki, xırda təsərrüfat sahiblərinin buna nail olmaq üçün heç bir imkanı yoxdur. Nəticədə torpaqlar dəyər-dəyməzinə satılır və bölgələrdə iri təsərrüfatlar formalaşır. Bu sektorun ən ciddi problemlərindən biri bankların və sığorta şirkətlərinin aqrar sektora maraq göstərməməsidir. Kredit faizləri olduqca yüksək və əlçatan deyil. Yuxarıda qeyd etdiyimiz kimi, onu yalnız böyük təsərrüfat sahibləri əldə edə bilir. Sığorta sistemi də eyni qaydada risk dərəcəsi böyük olan aqrar sektorda işləməyə meylli deyil. Onlar yalnız müəyyən sahələri sığortaya cəlb edirlər ki, burada yenə də dövlət qarantiyası və ya iri təsərrüfat sahiblərinin şəxsi əlaqələri mühüm rol oynayır.
Əlbəttə, daxili bazarın zəif, əhalinin alcılıq qabiliyyətinin aşağı, ölkədən məhsul ixrac etmək imkanlarının məhdud olması da kiçik təsərrüfatların sıradan çıxmasını şərtləndirən amillərdən biridir. İldə bir neçə ton məhsul istehsal edən fermerin onu Bakıda, Gəncədə satması çətin məsələdir və sərfəli deyil. Nəqliyyat xərci, bazarlarda tələb olunan haqlar, habelə iri təsərrüfatlarda istehsal olunan məhsulların daha keyfiyyətli və ucuz başa gəlməsi onların əl-qolunu bağlayır. Bu gün paytaxtda yerləşən iri supermarketlər şəbəkəsini kənd təsərrüfatı məhsulları ilə böyük təsərrüfatlar təmin edir. Xırda sahibkarların böyük alıcı kütləsi olan bu şəbəkələrə çıxışı yoxdur. Dövlətin yaratdığı bəzi imkanlar da problemin həllinə gətirib çıxarmadı. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi “Kənddən – şəhərə” yarmarkaları alverçilərin nəzarətinə keçib. Onlar rayon bazarlarından, yaxud birbaşa fermerin anbarından məhsulu ucuz qiymətə alıb, bu yarmarkalarda baha qiymətə satır. Reklam olunan ucuz məhsulların əksəriyyəti keyfiyyətsizdir. Ona görə də nazirliyin şəhərdə quraşdırdığı çadırlar alıcı kütləsi toplaya bilmədi.
Şəmkir sakini V. Salmanov deyir ki, yaşadığı kəndin əhalisini gəlirinə görə 3 qrupa bölmək olar:
“Rusiyadan dolananlar. 25-30 ildir bu ölkədə çalışan adamların kənddəki ailələrinin gəlir mənbəyi oradır. Kənddə 700-ə yaxın təsərrüfatdan 25-30 ailə onlardan ibarətdir. İkincisi, dövlətdən pensiya və maaş alanlardır. İndi xeyli adamın təqaüdünü kəsiblər, deyirlər saxta düzəldiblər. Pensiya alanların sayı uzaqbaşı75-80 nəfərdir. Maaş alanlar da müəllimlər və tibb məntəqəsində çalışanlardır, onların da sayı 100-ə çatmır. Yerdə qalan 500-ə yaxın ailənin qazancı torpaqdan və günəmuzd işlərdən çıxır. Son illərdə bu ailələrin azı 200-ü pay torpaqlarını iri fermerlərə satıblar. Özləri istixanalarda və böyük təsərrüfatlarda günü 10-15 manata çalışırlar. Bu iş də bütün ilboyu yoxdur, mövsümi olur”.
Salmanovun təsvir etdiyi mənzərə bölgələrin demək olar, hamısında mövcuddur. Kənd əhalisinin var-yoxdan çıxması, bu sektorda iri sahibkarlığın formalaşması digər sektorlardakı inhisarçılığı xatırladır. Bu da əhalinin 40 faizindən çoxunu əıhatə edən aqrar sektor üçün çox ciddi problemdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|