Samux Məhkəməsində Xəqani Cəbrayılov "kabusu" - Həbsdəki generalın pulyığanı himayə olunur
Tarix: 22-04-2021, 08:44 | Çap et
Samux rayon Məhkəməsində sifarişə və maddi maraqlara söykənən hüquqi rəzalət yaşanmaqdadır. Adıkeçən məhkəmə sabiq korpus komandiri, hazırda həbsə alınan general-mayor Xəqani Cəbrayılovun adından kütləvi dələduzluq edən Məmmədova Şəhrizad Fəxrəddin qızının cinayət tərkibli əməlini yüngülləşdirməyə, hətta mülki işə çevirməyə çalışır. "Demokratik.Az"-a daxil olan iddialara görə, məhkəmənin sədri Nizami Hümbətov başda olmaqla, xanım hakim Zeynalova Səadət Nazim qızı icraatında olan iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü maddələri üzrə təqsirləndirilən şəxsin müdafiəsinə çalışırlar. "Demokratik.Az" saytına bu barədə zərərçəkmişlər özləri məlumat veriblər.
Şəmkir sakini, iş üzrə zərərçəkmişlərdən biri olan Hüseynov Rafayıl Sayad oğlu bildirir ki, Xəqani Cəbrayılov Şəmkir korpusunun komandiri olan vaxtlarda Şəhrizad Məmmədova müxtəlif adlar altında insanlardan pullar yığaraq mənimsəyib. Şəhrizad R.Hüseynovu aldadaraq 2018-ci ildə guya oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzəldəcəyi vədilə onun 13300 (on üç min üç yüz) manat pulunu mənimsəyib.
Bundan başqa, dələduz xanım özünü korpus komandirinin ən yaxın adamı kimi təqdim etməklə 2019-cu ildə Göygöl sakini Elnur Qurbanovdan 1500 (bir min beş yüz) manat vəsaiti ələ keçirib. Guya general Xəqani Cəbrayılovun tabeliyindəki "N" saylı hərbi hissəyə Elnurun yaxın qohumunu işə düzəldəcəyi iddiası ilə sonuncudan aldığı pulu da mənimsəyib.
Zərərçəkmiş Elnur Qurbanov qeyd edir ki, Şəhrizadın həqiqətən də hazırda həbsdə olan General-mayor Xəqani Cəbrayılovla və korpus komandirinin yaxın ətrafı ilə sıx əlaqələri olub. Dəfələrlə korpusda yüksək rütbəlilərlə telefonda danışması, hərbi hissələrdə müxtəlif "işlər həll edə bilməsi, korpusda generalla istədiyi vaxt görüşə bilməsi onun şirin vədlərlə Elnuru da aldatmasına səbəb olub.
Eləcə də, Şəhrizad Məmmədova aldatdığı digər zərərçəkmiş şəxslərdən işə düzəldəcəyi adı ilə; - Şəmkir rayonu Kür qəsəbəsində yaşayan Abdullayeva İlhamə Novruzəli qızından 5000 (beş min) manat, - Şəmkir rayonu Çaparlı kənd sakini Əliyeva Ulduz Səftər qızından 5000 (beş min) manat, - Ucar rayonu Bağman kənd sakini Heydərov Vüsal İntizam oğlundan 4500 (dörd min beş yüz) manat təkrarən aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir.
Zərərçəkmişlərdən əldə etdiyimiz məlumata görə, sadalananlar təqsirləndirilənin dələduzluq əməllərinin çox cüzi hissəsidir. Şəhrizad Məmmədova əslində son illərdə xeyli sayda insanı aldadaraq küllü miqdarda mənimsəmə faktına imza atıb. Lakin o hələ də azadlıqda gəzir, nə məhkəmələr, nə də ittihamçı prokuror onun həbsini reallaşdırmır.
Məlumata görə, Şəhrizad uzun illər Şəmkir korpusunun nəzdindəki hərbi hissələrdə əsgərləri "perevod" etdirən, rüşvət müqabilində komandir heyəti ilə nöqsanlı "MAXE"lərin arasını "düzəldən, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndi ilə tərxis olunan, yəni xidmətə uyğunsuzluğa görə işdən qovulmuş "xidməti uyğunsuz"ları yenidən öz işinə qaytara bilən ən aktiv şəxslərdən olub. Bu səbəbdən də, özü həbsdə olan general Xəqani Cəbrayılov xanım "kassir"inin uzun zamandır həbs olunmaması üçün əlindən gələni edir.
Görünür, Gəncə Apellyasiya Məhkəməsinin sədrinin 26 oktyabr 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə materialların Şəmkir Məhkəməsindən alınaraq baxılması üçün Samux rayon Məhkəməsinə göndərilməsi də eyni məqsədə hesablanıb. Bu arada, sabiq korpus komandiri ilə Samux rayon Məhkəməsinin sədri Nizami Hümbətovun yaxın dostluq əlaqələrinin olmasına dair ortada dolaşan iddialara inansaq, tutulmazdan əvvəl bu kombinasiyanın general Xəqani Cəbrayılov tərəfindən oynanlılması ağlabatandır.
Zərərçəkmişlərin sözlərinə görə, Samux Məhkəməsi prosessual hüquq normalarını xeyli dərəcədə pozmaqla, işə laqeyid yanaşmaqla da təqsirləndiriləni məsuliyyətdən azad etmək niyyətini ortaya qoyur.
Fakt və cinayət əməli ortada olsa da, işin icrasını həyata keçirən hakim Səadət Zeynalova açıq formada prosesin nəticəsini malalamaqla, tərəfləri tamamilə məlumatsız qoymaqla məşğuldur. Zərərçəkmişlər iddia edirlər ki, onlara adicə məhkəmənin nə zaman keçirilməsi barədə yazılı bildirişlər belə verilmir, göndərilmir. Son bir aydır ki, dələduzluqda təqsirləndirilən şəxs ümumiyyətlə məhkəməyə çağırılmır, zərərçəkmişlərdən fərqli olaraq prosesə gətirilməsi təmin edilmir.
İnanırıq ki, Samux Məhkəməsi sözügedən işə münasibətdə 44 günlük VƏTƏN SAVAŞIMIZDA yarıtmazlığı ilə seçilmiş bir generalı və onun dələduz "pulyığanı"nı deyil, ədaləti və qanunun aliliyini üstün tutacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|