İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? - İLGİNC FAKTLAR
Tarix: 4-06-2021, 09:07 | Çap et
Sanator Kurort Reabilitasiya Mərkəzi 2021-ci ilin may ayının 3-də "Su haqqının ödənilməsi (İçməli suyun daşınması)" lotu üzrə satınalmaya yekun vurub. Keçirilən tenderin məbləği 113.800 manat, tenderin qalibi isə "TRENİKS QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elan edilib. Qlobal.az xəbər verir ki, Sanator Kurort Reabilitasiya Mərkəzinin "Su haqqının ödənilməsi (İçməli suyun daşınması)" lotu üzrə sifarişçi olduğu tender müqaviləsinin şərtlərinə görə qalib olan şirkət Mərkəzi cari ilin sonuna qədər 23.958 ton içməli su ilə təmin etməlidir.
Mərkəzin qalib elan etdiyi "TRENİKS QRUP" MMC 2021-ci ilin yanvar ayının 7-də təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə 154, mənzil 25, qanuni təmsilçisi isə Rəhimov Yaqub Firudin oğludur.
"TRENİKS QRUP" MMC-nin nizamnamə kapitalı 5 manatdır. Bu şirkətin maddi-texniki bazası, işçi qüvvəsi, satınalmalarda iştirak etmək üçün sahib olduğu sertifikat və lisenziyalar barəsində heç bir məlumat verilmir. Həmçinin şirkətin nə əlaqə telefonu, nə də faktiki ünvanı haqqında da bilgi yoxdur. "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. Belə olan təqdirdə Sanator Kurort Reabilitasiya Mərkəzinin "TRENİKS QRUP" MMC-ni hansı meyarlara əsasən 113.800 manatlıq tenderin qalibi elan etməsi ciddi suallar ortaya çıxarır. Sanator Kurort Reabilitasiya Mərkəzinin 2020-ci ildə sifarişçi olduğu satınalmalar üzərində apardığımız səthi araşdırma ortaya çox maraqlı mənzərə çıxarır...
Teymur Musayev, Səhiyyə Nazirinin səlahiyyətlərinin icraçısı Sanator Kurort Reabilitasiya Mərkəzi yuxarıda da vurğuladığımız kimi çoxşaxəli sahələr üzrə satınalmalar həyata keçirir. Mərkəzin 2020-ci ildə həyata keçirdiyi bu satınalmaların bəziləri üzərində araşdırma aparacağıq. Nədənsə Mərkəzin ötən il qalib elan edərək müqavilə bağladığı şirkətlərin hamısının "taleyi oxşardır". Belə ki, bu şirkətlərin bəzilərinin hüquqi ünvanı eyni, nizamnamə kapitalları 2-3 manat, vergi borcları isə xirtdəyəcən... Məsələn, Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin mart ayının 30-da "Abadlaşdırma və yaşıllaşdırma xidməti" lotu üzrə satınalmaya yekun vurub. Satınalmanın qalibi "ÇİÇİ LTD" MMC elan edilib. "ÇİÇİ LTD" MMC-nin hüquqi ünvanı Quba rayonunun Amsar kəndi, nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Kərimov Əli Bayram oğludur. Fəaliyyət profili haqqında heç bir məlumat olmayan "Çiçi LTD" MMC-nın hazırda dövlətə 1705 manat borcu var.
Mərkəz 2020-ci ilin aprel ayının 24-də daha bir satınalmaya yekun vurub. "Mətbəə mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləği 42.510 manat təşkil edib. Satınalmanın qalibi "ALPAN CO LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "ALPAN CO LTD" MMC-nin hüquqi ünvanı isə çox maraqlıdır. Belə ki, bu şirkətin hüquqi ünvanı Mərkəzin 3 gün öncə qalib elan etdiyi digər şirkətin "Çiçi LTD" MMC-nin hüquqi ünvanı ilə eynidir-Quba rayonu, Amsar kəndi. 10 manat nizamnamə kapitalı olan, fəaliyyət profili haqqında heç bir məlumat olmayan "ALPAN CO LTD" MMC-nin hazırda dövlətə 1674 manat vergi borcu var.
Əlbəttə bu son deyil. Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin oktyabr ayının 1-də "Digər malların alınması (mətbəx və yeməkxana ləvazimatları)" lotu üzrə daha bir satınalmaya yekun vurub. Smetası 27.000 manat olan bu satınalmanın qalibi "TERIMA" MMC elan edilib. Nizamnamə kapitalı 2 manat olan "TERIMA" MMC-nin hüquqi ünvanı sizcə hara olsa yaxşıdır? Quba rayonunun Çiçi kəndi. Şirkətin qanuni təmsilçisi isə Həsənova Xumar Bəsdi qızıdır. Bu şirkətin dövlətə vergi borcu isə 1655 manatdır.
Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin avqust ayının 8-də "Tədbirlərin keçirilməsi və guşələrin yaradılması" lotu üzrə daha bir satınalma keçirib. Bu satınalmanın məbləği 43.985 manat, qalibi isə "DALĞA LTD-2017" MMC elan edilib. "DALĞA LTD-2017" MMC-nin nizamnamə kapitalı 2 manat, hüquqi ünvanı Xaçmaz rayonu, Şıxhaput kəndi, qanuni təmsilçisi isə Ələkbərov Vahəddin Aydın oğludur. Reabilitasiya Mərkəzinə 2020-ci ildə "guşə" yaradan "DALĞA LTD-2017" MMC-nin hazırda vergi borcu 1895 manatdır.
Reabilitasiya Mərkəzi 2020-ci ildə həyata keçiridiyi daha bir satınalma isə fantastikdir. Belə ki, "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə Mərkəzin sifariş etdiyi satınalmanın məbləği 99.695 manat, satınalmanın qalibi isə "RENAT-55" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Nizamnamə kapitalı 10 manat olan "RENAT-55" MMC-nin qanuni təmsilçisi Süleymanlı Aydın Zahir oğludur. "RENAT-55" MMC-nin qalib elan edildiyi tenderin məbləği mahiyyətinə görə fantastik olduğu kimi, vergi borcu da Mərkəzin qaıib elan etdiyi digər şirkətlərin vergi borcları ilə müqayisədə fantastikdir - 10.671 manat.
Mərkəz 2020-ci ildə də "içməli suyun satınalınması" lotu üzrə satınalma həyata keçirib. Satınalmanın məbləği 119.746 manat, qalibi isə "SAFIRA-GALLERY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Nizamnamə kapitalı 10 manat olan "SAFIRA-GALLERY" MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Əhməd Cavad ev 35A, qanuni təmsilçisi isə Məmmədli Rauf İlqar oğludur. 2019-cu ilin noyabr ayında təsis edilən "SAFIRA-GALLERY" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət profili barədə məlumat yoxdur. Şirkətin hazırda dövlətə vergi borcu 8590 manat təşkil edir.
Sanator Kurort Reabilitasiya Mərkəzi və Səhiyyə Nazirliyi qeyd edilən satınalmalardakı göstərilən məqamlara münasibət bildirmədi.
Hesablama Palatasının sədri, Vüqar Gülməmmədov Qlobal.az-ın Hesablama Palatasına son bir ildə Sanator Kurort Reabilitasiya Mərkəzində audit aparıb-aparmamaları barədə ünvanladığı suala isə, Palatanın İnformasiya azadlığı üzrə məsul şəxsi Vüqar İbrahimov 2020-2021-ci illərdə Hesablama Palatası tərəfindən Sanator Kurort Reabilitasiya Mərkəzinin (Publik Hüquqi şəxs) təsərrüfat fəaliyyəti ilə bağlı audit tədbiri aparmadıqlarını bildirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|