Keçmiş şöbə müdirindən Ramin Bayramlıya sərt İTTİHAMLAR - "TƏBİB-in əmrini sübut hesab etməyib..."
Tarix: 19-06-2021, 11:27 | Çap et
Uzun müddət TƏBİB-də şöbə müdiri vəzifəsində çalışan Xəyalə Həsənova bu qurumun rəhbərliyindən şikayətçidir. Hesab edir ki, TƏBİB tərəfindən ona qarşı haqsızlıq edilib. Belə ki, şikayətçi uzun müddət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb. Lakin bir müddət sonra-2020-ci il dekabrın 30-da səhhətində yaranan problemlərlə əlaqədar xəstəlik vərəqəsində olarkən o, qanunsuz şəkildə işdən çıxarılıb.
Yaranmış vəziyyətlə əlaqədar Yenisabah.az-a müraciət edən Xəyalə Həsənova işdən çıxarıldıqdan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olaraq əməkhaqqının da gecikdirildiyini diqqətə çatdırıb:
“Əməkhaqqımı natamam şəkildə 1 aydan sonra, əmək kitabçamı isə 2 aydan çox müddət keçdikdən sonra ala bilmişəm. TƏBİB-in fəalliyətə başladığı ilk gündən bu qurumun struktur, ştat, işə qəbullar, idarəsinə verilmiş xəstəxanaların yeni qaydalara uyğun idarə olunması və s. kimi məsuliyyətli və ağır işləri görmüşəm. Pandemiya və müharibə dövrlərində gündüzlərlə yanaşı, gecələr də işləmişəm və xalqıma xidmət göstərmişəm. Bunu həmin dövrdə TƏBİB-də və üst qurum olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində işləyən hər kəs təsdiq edə bilər. Bütün bunları deməklə bildirmək istəyirəm ki, ölkəsi üçün dayanmadan çalışan gənclərin kiminsə istəyi ilə sifarişlə işdən çıxarılması, zənnimcə, bu qədər asan olmamalıdır. Həmçinin cənab Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, xüsusilə pandemiya dövründə çalışan işçilərin səbəbsiz şəkildə işdən çıxarılması yolverilməzdir. Bütün bunlara baxmayaraq, 30.12.2020-ci ildə xəbərim olmadan işdən çıxarılmışam”.
Həmsöhbətimizin sözlərinə görə, o, əmək müqaviləsinə xitam verilməsi haqda əvvəlcədən heç bir məlumat almayıb. Nəticədə xitam prosesinin qanunsuz olduğunu ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib:
“Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparılıb və TƏBİB-in qanunvericiliyi kobud surətdə pozması müəyyənləşdirilib. Lakin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mənim işə bərpa olunmam barədə göstərişə TƏBİB tərəfindən əməl olunmayıb. Məhkəməyə müraciət edəcəm dedikdə isə TƏBİB rəhbərliyi mənə, “Get nə edirsən et, TƏBİB- ə qalib gələcəksən?”,-dedi. Məsələ ilə bağlı Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Bəli, hakim Cəmilə Musayeva bu qədər sübutlar qarşısında mənim qanunsuz işdən çıxarıldığımı qəbul etdi, amma əsassız şəkildə məhkəmənin iddia müddətini ötürdüyümü əsas göstərərək iddianı rədd etdi. Lakin müddət ötürülməyib. Əlavə olaraq qeyri-iş günlərimdə işlədiyim əvəz günlərimin haqqının verilməsi barəsində də iddiam məhkəmə tərəfindən qanunsuz olaraq rədd edilib. Hakim əsassız olaraq işəgötürənin, yəni TƏBİB-in əmrini sübut hesab etməyib və iddianı rədd edib. Bu məsələni də Müfəttişlik xidməti araşdırmış və ödənilməli olduğunu bildirib”.
Xəyalə Həsənova məhkəmənin qərarı ilə razı olmadığını vurğulayıb:
“TƏBİB-in də, hakimin də sadə vətəndaşlara qarşı belə qərəzli yanaşması ilk deyil. Araşdırılmasını xahiş edirəm. Apelyasiya məhkəməsinə artıq müraciət etmişəm. Məsələni ictimailəşdirməkdə məqsədim ədalətli və qanuna uyğun şəkildə məsələnin həll olunmasında mənə kömək göstərilməsidir. Onların kimə və nəyə arxalandığını bilmirəm, amma mənim arxalandığım yalnız qanun, xalq və ədalətdir. Əminəm ki, onlar mənə kömək olacaqlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|